Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2202/2024 21.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçinın və Maraqlı şəxs nümayəndəsi X3 iştirakı ilə, Ərizəçinın Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin xx.xx.2006-ci ildə anadan olmuş oğlu Alışanov Şəmistan Süleyman oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, Alışanov Şəmistan Süleyman oğlu onun oğlu olmaqla 04 mart 2006-cı ildə anadan olmuşdur, hazırda onunla birlikdə iddia ərizəsində gösətrilən ünvanda yaşayır. Oğlu anadangəlmə orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış ilə F71, nitqin təsir qabiliyyəti pozuntusu, nitq anlamaq qabiliyyətinin pozulması diaqnozu ilə əlildir. Göründüyü kimi, oğlunun kənar şəxslərin qulluq və himayəsinə ehtiyacı vardır. Oğluna qəyyum təyin edilməlidir. Odur ki, oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi zəruridir. Hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Maraqlı şəxs nümayəndəsi X6 izahat verərək bildirdi ki, iş materialları və ekspert rəyi ilə tanış olmuşdur, ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə, izahatları dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Laçın rayonu İcra Hakimiyyəti başçısının Ağbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi 1992-ci ilin may ayında məcburi köçkün düşmüşdür və hazırda müvəqqəti olaraq Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində məskunlaşmışdır. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Alışanov Şəmistan Süleyman oğlu xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı, 727557 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Alışanov Şəmistan Süleyman oğlu xx.xx.2006-cı il tarixdə Laçın rayonunda anadan olmuşdur, Alışanov Şəmistanın atası Ərizəçi, anası X5r. İş materiallarında olan 4 nömrəli X4 Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli cavab məktubunun surətindən görünür ki, Alışanov Şəmistan Süleyman oğlu sağlamlıq imkanı məhdud olan uşaq kimi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X8 148 saylı, xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Alışanov Şəmistan Süleyman oğluna atipik autizm F84.1, orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə F71.1, nitqin təsir qabiliyyətinin pozuntusu F80.1, nitqi anlamaq qabiliyyətinin pozuntusu F80.2 diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 1/1137 saylı, xx.xx.2024-cü il tarixli həkim psixiatr komissiyasının 1052 saylı rəyindən görünür ki, Alışanov Şəmistan Süleyman oğluna ağır kəmağıllılıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları ilə daim kənar şəxsin qulluq və himayəsinə ehtiyacı vardır diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 2209 saylı rəyindən görünür ki, Alışanov Şəmistan Süleyman oğlunda atipik autizm, ağır dərəcəli əqli geriliklə müəyyən edilir. Alışanov Şəmistan Süleyman oğlu öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də Alışanov Şəmistan Süleyman oğlu tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Alışanov Şəmistan Süleyman oğlunun səhhəti onda müəyyən edilən atipik autizm, ağır dərəcəli əqli geriliklə əlaqədar mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların) ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə, izahatları, yuxarıda qeyd olunan sübutları, o cümlədən ekspert rəyini və sadalanan hüquq normalarını nəzərə alaraq müəyyən edir ki, ərizəçinin xx.xx.2006-cı ildə anadan olmuş oğlu Alışanov Şəmistan Süleyman oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 317 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-cı ildə anadan olmuş Alışanov Şəmistan Süleyman oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2202/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2202/2024
21.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver