Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2211/2020 08.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kirayə müqaviləsinin ləğv edilməsi və pulun tutulması tələbinədair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kirayə müqaviləsinin ləğv edilməsi və pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ilə arasında bağlanmış xx xxxx 2019-cu il tarixli kirayə müqaviləsi ləğv edilməsini, Cavabdeh kirayə müqaviləsi üzrə borclu qaldığı 1160 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 1190 ( bir min yüz doxsan) manat pulun alınıb ona verilməsi barədə qətnaməqəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, ev 5 Q, mənzil 50 tam mülkiyət hüququ üzrə ona məxsusdur və xx.xx.2010-cu il tarixdə DƏDRX- də onun adına qeydiyyat aparılmışdır. xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri 3 saylı notariat kontorunda ayda 300 manat ödəniş olunmaqla cavabdehlə arasında 5 illik kirayə müqaviləsi bağlanmışdır. İlkin ödənişi xx xxxx 2019-cu ildə ödəyəcəyini öz arasında razılaşmışlar. Kirayəçi hərbi qulluqçu olduğu üçün 14 faiz vergidən azad edildi. Razılaşdıqları vaxt çatanda kirayəçi Cavabdeh növbəti maaşa qədər, yəni xx xxxxxx 2019-cu ildə maaşı karta keçənə kimi vaxt istədi. Aldığı maaşı şəxsi problemlərinə xərclədiyinə onu inandırdı və tezliklə kirayə haqqını verəcəyinə söz verdi. xx xxxxxx 2019-cu ildə cəmi 140 manat pul verdi. Kirayə haqqının qalan növbəti dəfə maaş alanda, yəni, 15 sentyabrda tam ödəyəcəyinə söz verdi. 15 sentyabrda kirayə haqqından 200 manat verdi. Müəyyən bəhanələr gətirib ödənişin qalan hissəsini ayın sonuna ödəyəcəyini bildirdi. Ayın sonunda nəzərdə tutduğu işlərin alınmamasını bəhanə edərək növbəti ayda yəni xx xxxxxxx 2019-cu ildə ödəyəcəyinə söz verdi. Aralarında rəsmi kirayə müqaviləsi olduğundan və onun rəsmi iş yeri olduğundan o kirayəçi Cavabdehla razılaşmışdır. Cavabdeh xx xxxxxxx 2019-cu ildə onu inandırmağa çalışmışdır ki. xidmət etdiyi hərbi hissə başqa bir hərbi hissə ilə birləşdirilib. Ona görə də maaşların karta oturması gecikir. Həyat yoldaşı Nümayəndə kirayəçi Cavabdeh atası Qablin telefon nömrəsini tapdı və bu barədə onun atasına məlumat verdi. Atası 2019-cu ili dekabrın 1-də evi boşaltdı və mənzilin açarlarını qaytardı. Rəşadın atası Qabil ödənilməyən kirayə haqlarını oğlunun maaşından alıb ödəyəcəyini bildirdi. Onu da bildirdi ki, Rəşadın maaş kartı ondadır. Kirayəçi heç bir telefon zənginə cavab vermirdi. Atası onun gah növbədə, gah da ezamiyyatda olduğunu söyləyirdi. Kirayəçi onun evində 5 ay yaşamış, həmin müddət ərzində 1500 manat ödəməli olduğu halda, cəmi 340 manat ödəniş etmiş, qalan 1160 manat borcu isə ödəməkdən yayınmışdır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş DƏDRX-dən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir, daşınmaz əmlak üzərində hüquq xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş kirayə müqaviləsinin surətindən görünür ki, kirayəyə verən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58,95kv/m, yaşayış sahəsi 42.62 kv/m, yardımçı sahəsi 16.33 kv/m olan 3 otaqlı mənzili Cavabdeh kirayəyə verir, kirayəçi qismində çıxış Cavabdeh hər ay 300 manat məbləğində kirayə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli yazılı bildirişin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən cavabdehə yazılı bildiriş göndərilmiş, bildirişdə cavabdehin onun mənzilini 2019-cu ilin dekabr ayından mənzili boşaldıb getdiyini, indiyədək cəmi 340 manat məbləğində kirayə haqqı ödədiyini, 1160 manat məbləğində ödənilməmiş kirayə haqqı borcunun qaldığını, 6 ay keçməsinə baxmayaraq, ondan xəbər olmadığını, onunla əlaqəsaxlanılsa da, telefonlarına cavab verilmədiyini, ona görə də xəbərdarlıq edərək, onunla 1 ay müddətində əlaqə saxlanılması, kirayə müqvailəsinin ləğv edilməsi, borclu qaldığı 1160 manat məbləğində borclu qaldığı kirayə haqqının ödənilməsi tələb eidlmiş, əks təqdirdə məhkəməyə iddia ilə mürcaiət olunacağı barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, tərəflər arasında əmlak kirayə müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə bununla əlaqədar bir sıra hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. Həmin Məcəllənin 686-cı maddəsinə əsasən əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. Həmin Məcəllənin 690.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Həmin Məcəllənin 691.1-ci maddəsinə əsasən, torpaq sahələrinin, otaqların və ya rəsmi reyestrdə qeydə alınmış gəmilərin kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə aşağıdakı hallarda yol verilir: Həmin Məcəllənin 691.2-ci maddəsinə əsasən, yaşayış otaqlarının kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, müqavilənin ləğvinə dair bildiriş növbəti aydan sonrakı ayın axırı üçün qüvvəyə minməklə təqvim ayının birinci iş günü verilsin. Həmin Məcəllənin 691.3-cü maddəsinə əsasən, müqavilənin ləğvinə dair xəbərdarlıq edilməsinin bu Məcəllənin 691.1.3 və 691.3-cü maddələrində göstərilmiş və kirayəçi tərəfindən gözlənilməli olan müddətləri kirayəlik əşya verildikdən üç, altı və doqquz il sonra kirayəçinin xeyrinə müvafiq surətdə üç ay uzadılır. Müqavilənin ləğvinə dair xəbərdarlıq müddətləri kirayəçi üçün dəyişilməz qalır. Müqavilənin ləğvinə dair xəbərdarlıq edilməsinin kirayəyə verən tərəfindən gözlənilməli olan müddətlərinin qısaldılmasına əsas verən razılaşmaların 692.1. Kirayəyə verən bu Məcəllənin 692.4-cü maddəsinin müddəalarını gözləmək şərti ilə yaşayış otağının kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərini yalnız o halda ləğv edə bilər ki, bu hüquq münasibətlərinə xitam verilməsində onun əsaslı marağı olsun. Həmin Məcəllənin 692.2-ci maddəsinə əsasən kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu aşağıdakı hallarda əsaslı sayılır: 692.2.1. kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda; Həmin Məcəllənin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. Həmin Məcəllənin 697.2-ci maddəsinə əsasən əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, tərəflər arasında xx xxxx 2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş kirayə müqaviləsi bağlanmışıdır.Həmin müqaviləyə əsasən iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan müvafiq yaşayış sahəsini cavabdehə kirayə verməyi, cavabdeh isə həmin yaşayış sahəsinin istifadəsinə görə hər ay 300 manat məbləğində kirayə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehin kirayə müqaviləsi üzrə götürdüyü öhdəlikləri pozduğunu, həmin mənzildə cəmi 5 ay yaşadığını, daha sonra yaşamadığını, yaşadığı müddətə görə də kirayə haqqını tam ödəmədiyini, 1500 manat kirayə haqqı ödəməli olduğu halda, cəmi 340 manat məbləğində kirayə haqqı ödədiyini, 5 aydan sonra həmin mənzildə yaşamadığını, hazırda da həmin evdə yaşamadığını, müqavilənin ləğv edilməsi və kirayə haqqının ödənilməsi ilə bağlı cavabdehin özünə dəflərlə şifahi müarciət etdiyini, yazılı bildiriş göndərdiyini, lakin cavabdehi yenə də tapa bilmədiyini əsas gətirərək, cavabdehə qarşı belə bir tələb irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad edilmişdir. Məhkəmə iddia tələbinin kirayə müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin veridyi izahtından aydın olur ki, cavabdeh həmin mənzildə 2019-cu ilin dekabr ayından yaşamır, cəmi 5 ay müddətində yaşamış və müqvailə üzrə həmin müddətə görə kirayə haqqını ödəməmişdir. Həmçinin, iş materialalrında olan 123 saylı MKİS tərəfindən təsdiq olunmuş müvafiq bildirişin məzmunundan aydın olur ki, cavabdeh mübahisə predmeti olan məznildə yaşamır. Həmçinin, iş materiallarındna görünür ki, iddiaçı cavabdehə bu barədə yazılı bildiriş göndərək, kirayə müqaviləsinin ləğv edilməsi və ödənilməmiş kirayə haqqının ödənilməsini tələb etmiş, əks təqdirdə bu barədə müvafiq məhkəməyə müarciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən müvafiq kirayə müqaviləsinin ləğv edilməsi ilə bağlı cavabdehə yazılı bildiriş göndərilsə də, cavabdeh tərəfindən bununla bağlı heç bir mürcaiət olunmamışdır. Digər tərəfdən məhkəmə hesab edir ki, cavabdehin kirayə müqaviləsinin predmeti olan mənzili iddiaçıya heç bir məlumat vermədən tərk edib getməsi halı kirayə müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının cavabdeh tərəfindən təqsirli pozulması kimi qiymətləndirilməsinə əsas verir. Həmçinin, məhkəmə hesab edir ki, cavabdehin qeyd olunan təqsirli hərəkəti iddiaçı üçün müvafiq kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin onun tərəfindən davam etdirilməsini yolverilməz edir. Bu hal isə öz növbəsində mülki qanunvericiliyinin tələbinə əsasən müvafiq kirayə müqaviləsinin ləğv edilməsi üçün əsasdır. Bununla da, məhkəmə qeyd olunan halları əsas götürərək, cavabdehin həmin məznili tərk edib getməsi, yaşamaması halını nəzərə alaraq, hesab edir ki, tərəflər arasında bağlanılmış kirayə müqvailəsinin qüvvədə qalması kirayə verən qismində çıxış edən iddiaçının mülkiyyət hüquqlarının pozulmasına əsas verir. Ona görə də qeyd olunan halları əsas götürərək, məhkəmə hesab edir ki, iddia tələbi kirayə müqaviləsinin ləğv edilməsi hissəsində əsaslı hesab edilməklə, bu hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbinin kirayə haqqının tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, iddiaçı kirayə müqaviləsinin predmeti olan yaşayış sahəsində cavabdehin 5 ay müddətində yaşadığını, aylıq kirayə haqqının 300 manat olduğu halda, cavabdeh tərəfindən həmin müddət üçün 1500 manat kirayə haqqı ödəməli olduğu halda, cəmi 340 manat məbləğində kirayə haqqı ödədiyini, 1160 manaqt məbləğində kirayə haqqı borcunun qaldığını əsas gətirərək, həmin məbləğdə kirayə haqqı borcunun cavabdehdən tutulması tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Bununla bağlı məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı sübut etmət yükü bilavasitə iddiaçının üzərinə düşür. Belə ki, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad olunan halları, yəni cavabdehin qeyd olunan məbləğdə kirayə haqqı borcunun olması halını sübut etmək öhdəliyini daşıyır. Lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbinin əsası kimi qeyd olunan hallara dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da, cavabdehin iddiaçı qarşısında müvafiq kirayə müqaviləsi üzrə kirayə haqqına dair borc öhdəliyinin olması halını müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi kirayə haqqı borcunun tutulması hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun tutulması hissəsi ilə bağlı hesab edir ki, bu hissədə iddia tələbi ödənilmiş tələb əsas götürülməklə müəyyən edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.4.11-ci maddəsinə əsasən yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən 10 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Bu halda, məhkəmə hesab edir ki, iddia tələbi məhz kirayə müqaviləsinin ləğv edilməsi hissəsində təmin edildiyindən və qeyd olunan tələb dövlət rüsumu haqqında qanunvericiliyin tələbinə əsasən qiymət qoyulmayan tələblərə aid olduğundan və həmin tələb üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 10 manat təşkil etdiyindən, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində məhz 10 manat məbləğində olan hissədə təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Qeyd olunan halları əsas götürərək, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manat məbləğində olan hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, 20 manat məbləğində olan hissəi isə iddiaçıya aid edilməlidir. Məhkəmə bununla əlaqədar onu qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X3 Məhkəməsi "X1rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli kirayə müqaviləsi ləğv edilməli, iddia qalan hissədə rədd edilməli və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manat məbləğində olan hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, 20 manat məbləğində olan hissəsi isə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli kirayə müqaviləsi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manat məbləğində olan hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilsin, 20 manat məbləğində olan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2211/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2211/2020
08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver