Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2230/2021 27.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kirayə haqqının tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kirayə haqqının tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu A.Məhərrəmov küçəsi ev 15, mənzil 16-da yerləşən evində yaşamış cavabdeh Cavabdeh 600 manat məbləğində kirə haqqının, 25 manat telefon pulunun, 11 manat qalmış işıq pulunun , su üçün 25 manat, 18 manat qaz pulu, evdə xarab edilmiş 1 zamokun pulu-30 manat və paltaryuyan maşının təmiri üçün 110 manat,soyuducunun təmiri üçün 30 manat, evin elektrik işləri üçün təmirə 30 manat , mətbəxdə xarab edilmiş 2 su krantının pulu 18 manatın, və dövlət rüsumu kimi ödənilmiş 30 manatın pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıiddia ərizəsini onunla əsaslandırmışdır ki, onun Bakı şəhər, Nizami rayonu, A.Məhərrəmov küçəsi,ev 15, mənzil 16-da yerləşən evi vardır. Həmin evi razılaşma və 20 dekabr 2020-ci ıl tarixli kirayə müqaviləsinə əsasən hər ayı 300 manata olmaqla Cavabdeh kirayə vermişdir. Hər ay 300 manata razılaşmışdılar. Cavabdeh əvəllər kirə haqqını ödəyirdi, lakin sonradan 2 ayı ödəmədi , qaz, su pulu, işıq pulunu ödəmədən zamoklan və su krantlarını , şkafı, qapının şüşələrini, soyuducunu, paltaryuyanı və digər ev əşyalarını məhv edərək çıxıb getmişdir. Cavabdeh könüllü olaraq mülkiyyətində olan binadan istifadə etməyə görə kirə haqqı ödəmir.Mülkiyyətimdə olan Bakı şəhər, Nizami rayonu, A.Məhərrəmov küçəsi,ev 15, mənzil 16-da yerləşən evində yaşamış Cavabdeh 600 manat, məbləğində kirə haqqının, 25 manat telefon pulunun, 11 manat qalmış işıq pulunun , su üçün 25 manat 18 manat qaz pulu, evdə xarab edilmiş 1 zamokun pulu 30 manat və paltaryuyan maşının təmiri üçün 110 manat ,soyuducunun təmiri üçün 30 manat , evin elektrik işləri üçün təmirə 30 manat, mətbəz xarab edilmiş 2 su krantının pulu 18 manatın və dövlət rüsumu kimi ödənilmiş 30 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməlidir İddiaçının İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, cavabdeh qeyd olunan mənzildə 3 ay yaşamışdı,son iki ayın kirayə haqqını ödəməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş DƏDRX-dən verilmiş MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir, daşınmaz əmlak üzərində hüquq 25.10.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 20 dekabr 2020-ci il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, kirayəyə verən- İddiaçı ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili aylıq 300 manat kirayə haqqı ödəmək şərti ilə Cavabdeh kirayəyə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, tərəflər arasında 20 dekabr 2020-ci il tarixli kirayə müqaviləsi bağlanmışdır. İddiaçı iddia ərizəsində kirayə müqaviləsi üzrə ödənilməmiş kirayə haqqının və digər yaranmış əlavə xərclərin cavabdehdən alınıb ona verilməsi tələbini irəli sürmüşdür. Məhkəmə iddia tələbinin kirayə müqaviləsi üzrə ödənilməmiş 600 manat kirayə haqqının alınıb ona verilməsi hissəsində hesab edir ki iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməli, iddia tələbi digər yaranmış əlavə xərclər hissəsində (25 manat telefon pulunun, 11 manat qalmış işıq pulunun , su üçün 25 manat, 18 manat qaz pulu, evdə xarab edilmiş 1 zamokun pulu- 30 manat və paltaryuyan maşının təmiri üçün 110 manat,soyuducunun təmiri üçün 30 manat, evin elektrik işləri üçün təmirə 30 manat , mətbəxdə xarab edilmiş 2 su krantının pulu 18 manat=297 manat) iddiaçı tərəfindən übuta yetirilmədiyindən rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehdən kirayə müqaviləsi üzrə ödənilməmiş kommunal xərcləri və digər məişət cihazlarının təmiri üçün (25 manat telefon pulunun, 11 manat qalmış işıq pulunun , su üçün 25 manat, 18 manat qaz pulu, evdə xarab edilmiş 1 zamokun pulu- 30 manat və paltaryuyan maşının təmiri üçün 110 manat,soyuducunun təmiri üçün 30 manat, evin elektrik işləri üçün təmirə 30 manat , mətbəxdə xarab edilmiş 2 su krantının pulu 18 manatın) 297 manat pul tələb etsə də, iddia tələbini bu hissədə təsdiq edən heç bir sübut materialını məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə olan halda iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə bununla əlaqədar qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 600(altı yüz) manat pul (kirayə haqqı) və 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 600(altı yüz) manat pul (kirayə haqqı) və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2230/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2230/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver