Məhkəmə qərarları › İş №2(002)-2258/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2258/2020

29.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2258/2020 29.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması” faktının müəyyən edilməsi tələbinə dair mülki işəBaki Şəhəri Qaradağ Rayon Məhkəməsində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması” faktının müəyyən edilməsi tələbinə ərizə ilə məhkəməyə müraciət edərək, “İmanqulu Əbdüləli oğlu adına qeyd edilmiş “şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un (Qaradağ rayon Lökbatan qəsəbəsi, massiv 2, ev 64 ünvanında yerləşən evə dair sənədlərin) babası “Əbdüləli İmanqulu oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki evə mənim məhrum babası Əbdüləli İmanqulu oğluna məxsus olmuşdur. Babası 1991-ci ildə vəfat etmişdir. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 50 saylı sərəncamı ilə həmin yaşayış evi onun adına qeydiyyata alınmışdır. Hazırda evi dair çıxarış alarkən məlum olmuşdur ki, evin texniki pasportunda babasının adı səhvən “Əbdüləli İmanqulu oğlu” əvəzinə “ İmanqulu Əbdüləli oğlu” kimi yazılmışdır. Hazırda həmin ünvana dair hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciət etsə də sənədlərdə olan bu uyğunsuzluğa görə müəyyən problemlər yaranmışdır. Hazırkı hüquqi faktın müəyyən edilməsi ona torpaq sahəsindən sənədləşdirmə aparmaq üçün lazımdır. Ona görə də qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizəni müdafiə edərək, bildirmişdir ki, evin babasının adına olduğunu, və onun da həmin evdə qeydiyyatda olduğunu, evin sadəcə texniki pasportu olduğu, başqa sənədi olmadığını, texniki pasportun babasının adına olduğunu, onun çıxarışı öz adına almaq istədiyini, ona görə də babasının adı və ata adındakı səhvlik düzəldilməli olduğunu, həmin səhv olduğundan evə dair sənəd ala bilmədiyini bildirərək, bu halların nəzərə alınaraq, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilnəsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən verilmiş məktubdan görünür ki, vərəsələrə vərəsəlik hüququ haqqında şəhadənamə verilməsi üçün mərhum Əbdüləli İmanqulunun adına olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki evə Əbdüləli İmanqulunun adına hüquqmüəyyənedici sənəd verildikdən sonra vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. İş materiallarına əlavə edilmiş Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 50 saylı sərəncamının surətindən görünür ki, Ərizəçi yaşadığı Lökbatan qəsəbəsi, 2-ci massiv, 64 saylı ünvanda 736,6 m2 torpaq sahəsində yerləşən 2 otaqdan ibarət yaşayış sahəsi 30,8 m2, köməkçi sahəsi 40,6 m2, həyətdə təsərrüfat otaqları sahəsi 50,0 m2, ayaqyolu sahəsi 2 m2 olan yaşayış evinin sənədləşdirilib qeydiyyata alınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi verilmiş məktubdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 64 saylı evə dair tərtib olunmuş texniki pasportun surəti ərizəçiyə təqdim edilmiş, sözügedən ünvana dair torpaq sahəsinin ayrılması ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş evlər idarəsi üzrə texniki inventarizasiyasının ev sahibliyinin kartoçkasından və şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Lökbatan qəsəbəsi, massiv 2, 64 saylı evin sahibi X1 göstərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qeyd olunan mülki prosessual hüquq normalarının məzmunundan görünür ki, həmin normalarda xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin şərtləri nəzərdə tutulmuşdur. Həmin şərtlər qeyd olunan maddələrdə aşağıdakı ardıcıllıqla göstərilmişdir: ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır; ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən hər hansı sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə ərizəçi şəxsi mülkiyyət hüquq ilə evlərin texniki inventarizasiya və qiymətləndrilməsinə dair pasportun onun babasına məxsus olması faktının müəyyən edilməsinə dair iddia tələbi irəli sürmüşdür. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, onun babası vəfat edib, babasına aid digər sənədlərdə yazılmış ad, soyad, ata adı ilə məhz həmin tecniki pasportda qeyd olunmuş ad, soyad , ata adı fərqli yazıldığından, o həmin evə dair sənəd ala bilməmiş, ona görə də belə bir iddia tələbi irəli sürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi müvafiq sənədin əldə olunması üçün müvafiq dövlət qurumuna müraciət etmiş, ona verilmiş cavab məktubunda evə dair texniki pasportda X1, digər sənədlərdə isə Abdul Əli İmamQulu kimi qeyd olunduğundan, həmin şəxslərin isə eyni şəxs olmasına dair heç bir sənəd əlavə edilmədiyindən, mübahisənin məhkəmə qaydasında həll olunması tövsiyə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, ərizəçinin şəxsə məxsus olması faktının müəyyən edilməsini tələb etdiyi sənəd evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid pasportdur. Bununla bağlı məhkəmə hesab edir ki, qeyd olunan sənəd hüquqmüəyyənedici sənəd əlamətlərinə malik olmamaqla, evə dair hər hansı hüququnun mövcudluğunu deyil, yalnız evin plan, ölçü cəhətdən vəziyyətinin müəyyən edilməsinə xidmət edir. Başqa sözlə, qeyd olunan sənəd şəxsin ev üzərində hər hansı mülkiyyət və digər hüquqlara malik olması halını deyil, evin texniki vəziyyətini müəyyən edir. Bu halda, məhkəmə hesab edir ki, qeyd olunan sənəd hüquqmüəyyənedici sənəd olmadığından, həmin sənədin şəxsə məxsus olması faktının xüsusi icraat qaydasında baxılaraq, müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, müvafiq Plenumun Qərararının məzmunundan da aydın olduğu kimi, hər hansı sənədin şəxsə məxsus olması faktının xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün tələb edilən zəruri şərtlərdən biri də məhz həmin sənədin hüquqmüəyyənedici sənəd olması halıdır. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə ərizə əsassız olduğundan təmin edilməməlidir. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, ərizəçiyə müvafiq evə dair hüquqmüəyyənedici olmayan sənədlərdə olan səhvləri aradan qaldırlması məqsədilə həmin sənədi verən müvafiq təşkilatlara müraciət etmək hüququnun olması, habelə həmin təşkilatlar tərəfindən bununla əlaqədar imtina olduğu halda, müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, ərizəçinin “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması” faktının müəyyən edilməsi tələbinə dair ərizəsi əsassız olduğundan təmin edilməməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar