Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2264/2020 22.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Əsədov Kamran Bağır oğlu, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «hüquqi əhəmiyyəti olan döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsini ona əlavə edilmiş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi Əlsöhbət oğlu Azərbaycan Respublikası Müdafiə Nazirliyini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyəti olan döyüş əməliyyatlarında iştirak faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1991-ci ilin oktyabr ayının 9-dan 1994-cü ilin may ayının 12-dək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmətdə olması faktını müəyyən etməklə, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görəərizə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görəQanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinəəsasən inzibati mübahisələrin həlli ilə bağlıəmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «Hüquqiəhəmiyyətiolanfaktlarınmüəyyənedilməsinədairişlərüzrəməhkəmətəcrübəsininbəzim əsələlərihaqqında» AzərbaycanRespublikasıAliMəhkəməsiPlenumunun xx xxxxx 2019-cuiltarixli, 03 saylıqərarının 14-cübəndindəməhkəmələrinnəzərinəçatdırılmışdırki, müvafiqqanunvericilikləbaşqaqaydadamüəyyənedilməsinəzərdətutulanhərbixidmətkeçmə, döyüşəməliyyatlarındaiştiraketmə, döyüşlərdəyaralanma, müharibəiştirakçısı, müharibəveteranıkimitanınma, əməkqabiliyyətininitirilməsininsəbəbvədərəcəsi, əlilliyinbaşverməsianıvəəlillikqrupları, xəstəyəqulluqetmə, yaşınmüəyyənedilməsi, eləcədə, hərhansıtəhsilmüəssisəsinibitirməkimihüquqiəhəmiyyətlifaktlarınməhkəməqaydasındamüəyyənedil məsiyolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Ərizəçi Əlsöhbət oğluna izah edilsinki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma vəs. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153, 263 və 269-cu maddəsinə əsasən, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «hüquqi əhəmiyyəti olan döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi iddianın yolverilməzliyə görə qəbul edilməkdən imtina edilsin. Ərizəçi Əlsöhbət oğluna izah edilsinki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma vəs. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Qərardad ərizəyə əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada təqdim edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2264/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2264/2020
22.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver