Məhkəmə qərarları › İş №2(002)-2264/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2264/2021

31.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2264/2021 31.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X3 iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Daşınmaz Əmlakının dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazı İdarəsini iş üzrə maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlər Qaradağ rayon X10 İcraiyyə Komitəsinin "Fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılmasına dair" 31 mart 1989-cu il tarixli 27/139 saylı Qərarından Çıxarışın və Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə dair Pasportun ona- Azərbaycan Respublikası, Cəlilabad rayonu, Sərhədabad kəndi xx.xx.1935-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Ərazi İdarəsinin 09.04.2021-ci il tarixli, **********28 saylı məktubu ilə 26.02.2021-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, müvafiq dövlət qurumuna onun tərəfindən təqdim edilən hüquq müəyyənedici sənəddə ata adında "Cəfər" və digər sənədlərdə "Cabbar" fərqli olduğuna görə ünvan 1-də yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilir. Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Ərazi İdarəsinin 09.04.2021-ci il tarixli imtinası ilə ona məxsus hüquq müəyyənedici sənədlərdəki "Cəfər" ata adındakı fərqliliyin aradan qaldırılması başqa qaydada mümkün olmadığına görə, hüquq müəyyənedici sənədlərin ona-Ərizəçi məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Hesab edir ki, onun ata adındakı fərqlilik ona məxsus doğum haqqında şəhadətnamədə, nikah haqqında şəhadətnamədə, hərbi biletində, əmək kitabçasında, həmkarlar komitəsi tərəfindən verilən kitabçada, şəxsiyyət vəsiqəsində, sosial sığorta şəhadətnaməsində ata adı "Cabbar", hüquq müəyyənedici sənədlər Qaradağ rayon X10 İcraiyyə Komitəsinin "Fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılmasına dair" 31 mart 1989-cu il tarixli 27/139 saylı Qərarından Çıxarışda və Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair Pasportda ata adı "Cəfər" fərqliliyi düz gəlmədiyinə görə hüquq müəyyənedici sənədlərin ona- Ərizəçi məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilməlidir.Cəlilabad rayon Qeydiyyat Şöbəsinin verdiyi 26.07.1947-ci il tarixli doğum haqqında bərpa akt qeydinə əsasən verilmiş 26 aprel 2021-ci il tarixli 244/12 saylı arayışda onun adı, soyadı, ata adı—Azərbaycan respublikası, Cəlilabad rayonu, Sərhədabad kəndi, 1935-ci il, Ərizəçi, atasının adı, soyadı və ata adı-X8, ananın adı, soyadı,ata adı-X1 qeyd edilmişdir. Bakı şəhər Əzizbəyov(keçmiş) Rayon Hərbi Komissarlığı tərəfindən ona verilmiş 28 iyun 1964-cü il tarixli H3 №1066299 saylı hərbi biletdə onun adı, soyadı, ata adı-Azərbaycan respublikası, Astraxan Bazar rayonu) keçmiş adı). Kürdlər kəndi, 1935-ci il.Ərizəçi Cabar oğlu yazılmışdır.Bakı şəhər Qaradağ rayon X14 tərəfindən qeydə alınmış 11 dekabr 1961-ci il tarixli 1-UE № 282684 saylı nikah haqqında şəhadətnamədə onun adı, soyadı, ata adı-Azərbaycan, Cəlilabad rayonu, Sərhədabad kəndi, xx.xx.1935-ci il, Ərizəçi Cabar oğlu qeyd edilmişdir.1955-2011-ci illər əmək fəaliyyətinə dair əmək kitabçasında adı, soyadı, ata adı-Ərizəçi Cabar oğlu qeyd edilmişdir.Qaradağ Rayon Polis İdarəsi tərəfindən ona verilmiş 26.09.2005-ci il tarixli Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsində adı, soyadı, ata adı-Azərbaycan, Cəlilabad rayonu, Sərhədabad kəndi, xx.xx.1935-ci il, Ərizəçi qeyd edilmişdir.Hüquq müəyyənedici sənədlər Qaradağ rayon X10 İcraiyyə komitəsinin "Fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılmasına dair" 31 mart 1989-cu il tarixli 27/139 saylı Qərarından Çıxarış ilə ona fərdi yaşayış evi tikmək üçün 600 kv.m. torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsində umumi sahəsi 55.8 kv. m. olan fərdi yaşayış evi tikmiş və 1979-cu ildə həmin fərdi yaşayış evinə dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləındirilməsinə dair Pasport verilmişdir.Həmin evə çıxarış almaq üçün Reyestr Xidmətinə müraciət etmiş və hər iki hüquq müəyyənedici sənəddə onun adı, soyadı-Ərizəçi, ata adı isə "Cəfər" qeyd edil diyinə görə Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Ərazi İdarəsi çıxarış verməkdən imtina etmişdir.Yuxarıda qeyd edilən əsaslara görə hesab edir ki, həmin dövrlərdə azərbaycan dilindəki sözlər rus dilində düzgün istifadə edilmədiyinə görə texniki səhvlə bağlı onun ata adı" Cabbar" yox, hüquq müəyyənedici sənədlərdə "Cəfər" qeyd edilmişdir.Məhkəmə hüquq müəyyənedici sənədlər Qaradağ rayon X10 İcraiyyə Komitəsinin "Fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılmasına dair" 31 mart 1989-cu il tarixli 27/139 saylı Qərarından Çıxarışın və Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə dair Pasportun ona-Ərizəçi məxsus olması faktını müəyyən etməlidir . Ərizəçi nümayəndəsi və vəkili X6 məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 26.04.2021-ci il tarixli 244/12 nömrəli doğum haqqında aktın bərpası arayışından görünür, 1935-ci il təvəllüdlü Ərizəçi 26.07.1947-ci il tarixli doğum haqqında aktda atasının adı X11, anasının adı X2 verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 16.03.1998-cı il tarixdə verilmiş İ-ИЕ seriyalı 282684 saylı nikahın bağlanması haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X5 arasında nikah 11.12.1961-ci il tarixdə 106 saylı akt qeydi ilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş НЗ seriyalı № ******* saylı hərbi biletdən görünür ki, Əzimovun Yusifin ata adı Cabbar kimi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin X4 26.02.2021-ci il tarixli ərizəsinə olan 09.04.2021-ci il tarixli cavab məktubundan görünür ki, onun tərəfindən təqdim edilmiş sənəd- Qaradağ rayon X10 İcraiyyə komitəsinin "Fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılmasına dair" 31 mart 1989-cu il tarixli 27/139 saylı Qərarından Çıxarışda və Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə dair Pasportunda ata adı - Cəfər olaraq qeyd edilmişdir. Həmçinin Qaradağ rayon X10 İcraiyyə komitəsinin "Fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılmasına dair" 31 mart 1989-cu il tarixli 27/139 saylı Qərarından Çıxarış və Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə dair Pasportunun məzmunundan görünür ki, həmin sənədlərdə qeyd edilən fərdi yaşayış evinin ünvanı ünvan 1 ünvanıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1935-ci il tarixdə Cəlilabad rayonun, Sabirabad kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. Ərizəçinin izahatından və iş materiallarından, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 09.04.2021-ci il tarixli cavab məktubundan göründüyü kimi, 31 mart 1989-cu il tarixli 27/139 saylı Qərarından Çıxarışda və Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə dair Pasportunda ata adı “Cəfər” kimi qeyd edilmiş olsa da ərizəçinin bütün sənədlərində onun ata adı “Cabbar” kimi qeyd edilmişdir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutları, ərizəçiyə məxsus olan bütün hüquqmüəyyənedici sənədlərdə ata adının “ Cabbar” olmasını, ərizədə ona məxsus olmasının müəyyən olunması tələb olunan sənədlərin aid olduğu fərdi yaşayış evində ərizəçinin qeydiyyatda olmasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Qaradağ rayon X10 İcraiyyə komitəsinin "Fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılmasına dair" 31 mart 1989-cu il tarixli 27/139 saylı Qərarından Çıxarış və Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə dair Pasportun Ərizəçi məxsus olması müəyyən edilməldir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmim Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Qaradağ rayon X10 İcraiyyə Komitəsinin "Fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılmasına dair" 31 mart 1989-cu il tarixli 27/139 saylı Qərarından Çıxarışın və “Azərbaycan SSR Kommunasl Təsərrüfat Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə dair Pasportun” Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qaradağ rayon X10 İcraiyyə Komitəsinin "Fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılmasına dair" 31 mart 1989-cu il tarixli 27/139 saylı Qərarından Çıxarışın və “Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə dair Pasportun” Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar