Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2268/2022 19.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçının nümayəndəsi X11, Cavabdeh2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı «16 sentyabr 2016-cı il tarixli 1/71 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı «16 sentyabr 2016-cı il tarixli 1/71 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müvəqqəti istifadəsinə verilmiş Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış qəsəbəsində yerləşən 1 saylı evin 71 nömrəli 2 otaqlı mənzilinə dair xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və onların həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası» təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirirlər ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verir, qeyri-qanuni öz aralarında alğı-satqı edir və yaxud ümumiyyətlə həmin mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 16 sentyabr 2016-cı il tarixli 1/71 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün Cavadova X5 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış qəsəbəsində yerləşən 1 saylı evin 71 nömrəli 2 otaqlı mənzili ilə təmin edilmişdir. Sonradan həmin qəsəbənin Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 uzun müddətdir ki, həmin mənzildə yaşamadığı müəyyən edilmiş və aktlaşdırılmışdır. Göstərilən hallarla bağlı Cavabdeh1 xəbərdarlıq edilmiş, lakin cavabdeh şəxs mənzilin təhvil verilməsindən imtina etmişdir. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 3.3, 3.7-ci bəndlərinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, Cavabdeh1 mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.3 və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, Qaydanın 3.7-ci bəndinin tələbinə uyğun olaraq, müvafiq tədbir görülmüşdür. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Komitənin mənzil-istismar Departamenti ilə Cavabdeh1 arasında Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış qəsəbəsində yerləşən 1 saylı evin 71 nömrəli 2 otaqlı mənzilinin ona verilməsi ilə bağlı 16 sentyabr 2016-cı il tarixli 1/71 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmışdır. 16 sentyabr 2016-cı il tarixli 1/71 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə (5.7, 5.7.1, 5.7.2, 5.7.3), həmçinin Azərbaycan Respublikasının Kosntitusiyasına və Mənzil Məcəlləsinin aidiyyatı maddələrinə istinad edən iddiaçı hesab edir ki, Cavabdeh1 verilmiş mənzildə yaşamadığı müəyyən edildiyindən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, o, ailə üzvləri birlikdə həmin mənzildə yaşamaqla, mənzildən təyinatı üzrə istifadə edirlər. Mənzildə yalnız bir yerə qonaq gedərkən, hər hansısa mərasimə gedərkən, dükandan, bazardan alış-veriş edərkən olmurlar. Qalan bütün vaxtlarda mənzildən təyinatı üzrə istifadə edirlər. Onların mübahisə predmeti olan mənzildən başqa digər yaşayış yeri yoxdur. 2016-cı ildən indiyə qədər dövlətin onlara icarəyə verdiyi mənzildən istifadə edirlər. Mənzil onlar tərəfindən başqa şəxslərə kirayə verilməmiş, ödənişsiz əsaslarla yaşamaq üçün heç kimə təqdim olunmamışdır. məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1 və X1 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, şahid X7 ifadəsində bildirdi ki, Cavabdeh2 onların qonşusudur. Arzu da, Arzunun ailə üzvləri də dövlət tərəfindən onlara verilmiş mənzildə yaşayırlar. X4 ifadəsində bildirdi ki, 1 saylı binanın 5 saylı mənzilində yaşayır. Cavabdehlər onlara verilmiş mənzildə yaşayırlar. Arzu gedib-gəlir. X3 ifadəsində bildirdi ki, onlar cavabdehlərlə alt-üst qonşu mərtəbələrdə yaşayırlar. Cavabdehlər onlara təqdim olunmuş mənzildə yaşayırlar. İş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli 1/71 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış qəsəbəsində yerləşən 1 saylı evin 71 nömrəli 2 otaqlı mənzili 3 nəfər ailə tərkibi ilə (özü və övladları) Cavabdeh1 kirayə verilmişdir. İddiaçı tərəf cavabdehin həmin mənzildə yaşamadığını bildirərək, iş materiallarına əlavə edilmiş aktlara istinad edib, hazırkı iddia ərizəsi ilə məhkəməyə mürciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlərin hər üçü həmin mənzildə yaşamaqla, mənzildən təyinatı üzrə istifadə edirlər. Mənzildə yalnız bir yerə qonaq gedərkən, hər hansısa mərasimə gedərkən, dükandan, bazardan alış-veriş edərkən olmurlar. Qalan bütün vaxtlarda mənzildən təyinatı üzrə istifadə edirlər. Cavabdehlərin mübahisə predmeti olan mənzildən başqa digər yaşayış yeri yoxdur. 2016-cı ildən indiyə qədər dövlətin onlara icarəyə verdiyi mənzildən istifadə edirlər. Mənzil cavabdehlər tərəfindən başqa şəxslərə kirayə verilməmiş, ödənişsiz əsaslarla yaşamaq üçün heç kimə təqdim olunmamışdır. İşin faktiki hallarından göründüyü kimi, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı «16 sentyabr 2016-cı il tarixli 1/71 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı «16 sentyabr 2016-cı il tarixli 1/71 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2268/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2268/2022
19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver