Məhkəmə qərarları › İş №2(002)-2270/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2270/2022

19.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2270/2022 19.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh2,Cavabdeh1,X3,Cavabdeh3, Cavabdeh3 vəkili və nümayəndəsinin iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh2,Cavabdeh1,X3 və Cavabdeh3 qarşı «torpaq sahəsindən və evdən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh2,Cavabdeh1, X3 və Cavabdeh3 qarşı “torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2,Cavabdeh1,X2 və Cavabdeh3 Bakı şəh.,Qaradağ ray.,Lökbatan qəs.,1-ci massiv,4-cü küçə,ev 76 b ünvanda yerləşən torpaq sahəsindən və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ rayon İcra Hakimiyyəti Baçşısının 01 iyul 2000-ci il tarixli,501 nömrəli sərəncamı ilə ona Qaradağ rayonu,Lökbatan qəsəbəsi,1-ci massiv,4-cü küçə 76B ünvanda torpaq sahəsi verilmiş və o orada fərid yaşayış evi tikmişdir.Cavabdehlər Bayramov ailəsi qohumları olub Cəbrayıl rayonundan məcburi olduğundan yaşamağa başqa yerləri olmadığından evini müvəqqəti yaşamaq üçün onların istifadələrinə vermişdir.Hazırda həmin torpağa və tikiliyə ehtiyacı olduğunu bildirməklə cavabdehlərdən oranı boşaltmağı tələb etmişdir.Oranı boşaltmadıqlarından məhkəməyə müraciət etməli olmuşdur.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh3 məhkəmənin ünvanına iddia tələbinə etiraz ərizəsi göndərərək, əslində Baxşaliyeva Gülnarə tərəfindən iddianın qaldırılması niyyəti Gülnarənin özünə aid deyil, digər 3 nəfər cavabdehə aiddir. Onlar əsas niyyətlərini pərdələmək məqsədi ilə Gülnarənin adından iddia qaldırmışlar və icraatda olan hazırkı işdə onların çıxışlarından və izahatlarından da görünür ki, onun həmin evdən çıxarılmağını məhz bu cavabdehlər tələb edirlər və hətta evdən çıxmağı üçün kompensasiya da təklif edirlər. Onların özlərinin evdən çıxarılma haqqında iddia ərizəsində göstərilmiş tələb isə əsl niyyətin pərdələnməsidir. iddiaçının onların bu evdən çıxarmaq niyyəti yoxdur. Qaradağ rayon İHB-nın xx.xx.2000-ci il tarixli 247 saylı Sərancamı ilə verilmiş torpaq sahəsinə aid olan torpaq sahəsinin plan-ölçüsü məhkəməyə təqdim edilmədiyindən ,həmin Sərəncamla verilmiş torpaq sahəsinin iddiada mübahisələndirilmiş torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsi sübuta yetirilmir. Həmdə Daşınmaz Əmlakın Dövlət Reyestrindəki ərazinin plansxemində mübahisələndirilən torpaq sahəsi iddiaçının adına qeydə alınmamışdır. Bu səbəbdən iddiaçının onun həmin torpaq sahəsindən çıxarılmağı barədə tələbə subyektiv huququ yoxdur. O mübahisələndirilən evə 2008-ci ildə el adəti üzrə gəlin köçürülmüşdür. Daha sonara 2010 cu ilin aprel ayında Cavabdeh2 ilə rəsmi nikah bağlamışlar. O gəlin köçən zaman ev yarımçıq tikili vəziyyətə olmuşdur.Evin bir otağı istisna olmaqla ,digər otaqların döşəməsi ,qapı -pəncərələri və digər görülməli işləri hasil olmamışdır. 2010-cu ilin sonuna dək onun birbaşa iştirakı ilə həmin evin inşaatı və təmiri başa çatdırılmışdır. Bu səbəbdən evin yarıdan çox hissəsi onların birgə qazancı (qazandığı pul) hesabına əmələ gəlmiş .Yəni qazandığı pul vəsaiti maddi əmlaka çevrilmişdir. Evin materiallarının çox hissəsi birgə ümumi əmlakdan ibarətdir. Ona görə də həmin evdə onun əmlak payı vardır. Odur ki, onun öz əmlakından istifadə etmək və ona sahiblik etmək hüququ vardır. Qaradağ rayon Məhkəməsinin 16 mart.2022-ci il tarixli Qətnaməsinə əsasən Cavabdeh2 ilə arasında olan nikah pozulmuş və birgə nikahdan doğulmuş iki azyaşlı uşaq onun yanında qalmışlar. Halhazırda o uşaqlarla birgə həmin evdə yaşayır, iddiaçım heçvaxt görməmişdir. O, onun evdən çıxmağımı ondan tələb etməmişdir. Onun evdən çıxmağı üçün mütəmadi dava-dalaş salan iddiaçı deyil, digər 3 cavabdehlərdir. iddiada uşaqların çıxarılması tələbi qoyulmamışdır. Hesab edir ki, nə iddiaçının özünün , nədə ki .cavabdehlərin onun evdən çıxarılmağı tələbi üçün subyektiv hüquqları yoxdur. Üstəlik nəzərə alınmalıdır ki, o həmin torpaq sahəsinə və evə özbaşına yolla gəlməmişdir. Əksinə , el adəti üzrə nəzərdə tutulmuş bütün mərasimləri keçirməklə onu 2008-ci ildə həmin ünvana gəlin kimi gətirmişlər. Hal-hazırda onun yaşamaq üçün heçbir yerdə hərhansı yaşayış sahəsi, yeri yoxdur. Qeyd olunanlardan görünür ki, onun evdən çıxarılmağı barədə tələb əslində iddiaçının niyyəti daxilində olmasa da və iddia onun adından qaldırılsa da belə ,özbaşına tikilmiş evə sərf edilmiş əmlakda payı olduğundan , o öz əmlakına qanuni vəziyyətdə sahiblik etdiyinə görə ,həmin ünvana iddianın qaldırılmasında maraqlı şəxslər tərəfindən edilən təkliflə köçürüldüyündən , yanında həmin evdə doğulmuş iki azyaşlı uşaq olduğundan ,başaqa yerdə heçbir yaşayış yeri olmadığından iddia tələbi qanunsuz və əsassız sayılmalıdır.Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında həmin torpaq sahəinin və evin iddiaçıya məxsus olduğunu, sadəcə müvəqqəti yaşamaq üçün cavabdehlərə verildiyini,indi isə onların oradan çıxmasını tələb etdiyini, həmin torpaq sahəsi ilə bağlı Sərəncam olduğunu, başqa sənədin, plan sxemin olmadığını, evi də Gülnarəni vəsaiti hesabına tikildiyini bildirərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iştirak edərək, iddia tələbini qismən qəbul edərək, öz izahatında, həmin evin də, torpaq sahəsinin də iddiaçya məxsus olduğunu, iddiaçınn həmin evi onlara müvəqqəti yaşamaq üçün verdiyini, ona görə də iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh1 və X4 məhkəmə iclasında iştirak edərək, iddia tələbini qismən qəbul edərək, Cavabdeh2 izahatının məzmunun ilə eyni məzmunda ifadə verərək, iddia tələbinin təmin edilməsinə etirazlarının olmadığını bildirdi. Cavabdeh3 vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak edərək,iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, həmin torpaq sahəsi də, ev də yoldaşının olub, o həmin evə gəlin köçüb, həmin evdə yaşayıblar, uşaqları da həmin evdə doğulub, indi də həmin evdə yaşayırlar, ora gəlin gəldiyi 2008-ci il vaxtdan indiyədək həmin evdə yaşayırlar, bir dəfə də olsun Gülnarə adlı şəxsi görmədiyini, heç Gülnarənin həmin evin yerini belə tanımadığını, bu halın onun keşmiş yoladşı tərəfindən qurulmuş oyun olduğunu, məqəsd onu və iki uşağını çölə atmaq olduğunu bildiərərk, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh3 vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak edərək, iddia tələbinə etiraz edərək, etirazın məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında iddiaçının belə bir tələb irəli sürmək üçün subyektiv hüququnun olmadığını, bunun üçün onun həmin torpaq sahəsinə və evə dair sənədi olmalı, mülkiyyətçi kimi və ya qanuni sahibi olması halı müəyyən edilməlidir, lakin indki halda, qeyd edilən halların heç bir müəyyən edilə bilmir, çünki heç bir sənədi yoxdur, ona görə də əlavə araşdırma aparılmadan, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edirik. İş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi 06 sentyabr 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edərək, torpaq sahəsi barədə sərəncamların onlarda 5 il müddətinə saxlanıldığını, daha sonra arxivə verildiyini, hazırda onlarda torpaq sahəsi ilə bağlı heç bir sənəd olmadığını, torpaq shaəi 2000-ci ildə verildiyini, onlarda torpaq shaəini memar payladığını, plan cizgi plan sxem vermədiyini, göstəridi ki, bu tporpaq shaəsi kimindir, cizgilər onun tərəfindən müəyyən edilirdi, plan cizgi olmadan həmin sahənin ərazisnin müəyyən eidlməsi mümkün deyil, indi həmin plan cizginin verilməsi mümükün deyildir, ilk öncə torpaq sahəinin cizgiləri müəyyən edilir, sonra çıxarış verilri, sərəncamda ərazi qeyd edilməyib, bu cür sərəncamların çox olduğunu, konkret ərazi qeyd edilmədiyini bildirmişdir. İş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş Qaradağ Rayon icra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki işə üçüncü şəxsin iştirakı olmadan baxılmasın mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 501N-li sərəncamının surətindən görünür ki, Qaradağ rayonu,Lökbatan qəsəbəsində ayrılmış 300,00 kv.m olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsi, V.ələkbərov küçəsi ev 1a, mənzil 27 ünvanında yaşayan İddiaçı verilmişdir. Məhkəmə ilk iddia tələbininə dair aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 55ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları:müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr;hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər;məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü;vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Həmin Məcəllənin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir Həmin Məcəllənin 67-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmədə ilk öncə onu qeyd edir ki, hazırki mülki iş üzrə ilk növbədə iddiaçının qeyd edilən iddia tələbinin irəli sürülməsinə dair subyektiv hüququnun olub-olmaması məsələsi aydınlaşdırılmalıdır. Belə ki, hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində çıxış edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinə əsasən məhz mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində olan öz əmalkını geri tələb etmək hüququna malikdir. Belə ki, hazırki mülki iş üzrə iddiaçı cavabdehlərin Bakı şəh.,Qaradağ ray.,Lökbatan qəs.,1-ci massiv,4cü küçə,ev 76 b ünvanda yerləşən torpaq sahəsindən və evdən çıxarılması tələbini irəli sürsə də, qeyd edilən torpaq shaəsi və evin ona məxsus olması halına dair sübut məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilən halla bağlı yeganə sübut vasitəsi kimi Qaradağ Rayon İcra Hakimiyyətinin01 iyul 2000-ci il tarixli 501№li Sərəncamına istinad edilmişdir. Məhkəmə qeyd edilən sübutvasitəsi ilə bağlı onu qeyd edir ki, sübut qismində təqdim edilmiş həmin Sərəncamda Lökbatan qəsəbəsində ayrılmış 300 kv.m torpaq sahəsinin iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün verilməsi qeyde edilmiş, heç bir plan sxem, cizgi, torpaq sahəsinin koordinatlarına dair heç bir məlumat qeyd edilməmiş, heç bir sənəd əlavə edilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qeyd edilən Sərəncamın məhz Bakı şəh.,Qaradağ ray.,Lökbatan qəs.,1-ci massiv,4-cü küçə,ev 76 b ünvanda yerləşən torpaq sahəsi və orada inşa edilmiş fərdi yaşayış evinə aid olması halının müəyyən edilməsi mümkün olmamışdır.Həmçinin, Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən də həmin halın müəyyən edilməsinə dair hər hansı sənədin təqdim edilməsi mümkün olmamışdır. Bununla da, mübahisə predmeti olan torpaq shaəsinin və evin iddiaçıya məxsus olması halı müəyyən edilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, hazırki iddia buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır. Belə ki, məhkəmə bununla bağlı onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin və evin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin və evin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Bu halda, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsinə və evə dair müvafiq sahiblik, istifadə və sərəncam səlahiyyəti olmadığından, o hazırki iş üzrə tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Həmçinin, məhkəmə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 iddia tələbinin qismən qəbul edilməsi hissəsi ilə bağlı onu qeyd edir ki, iddia tələbinin etiraf olunması qanunvericiliyin tələbinə zidd olmadıqda qəbul edilə bilər, indiki halda isə qanunvericiliyin tələbinə (MM-nin 157-ci maddəsinin tələbinə) uyğun olmadığından iddia tələbinin etiraf olunmasının qəbul edilməsi məqsədəuyğun deyildir. Ona görə də, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığına görə iddia tələbi rədd olunmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, habelə müvafiq qanunvericiliyinin tələblərini əsas götürərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməli,iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya adi edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar