Məhkəmə qərarları › İş №2(3-8)-189/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-189/2026

19.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(3-8)-189/2026 19.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (məruzəçi), X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi evindən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(012)-6245/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi evindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1i ünvanında yerləşən, 0,011 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Məmmədli kəndi ərazisində yerləşən mülkiyyətində olan ümumi sahəsi 0,011 ha olan torpaq sahəsinin satılması barədə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qoça oğlu ilə Bakı şəhəri 17 saylı notariat ofisində bağlanmış 23 iyul 2024-cü il tarixili 1 № ******* alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(012)-6245/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi evindən çıxarılma tələbinə dair mülki iş üzrə, Cavabdeh müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır (hakim Habil Əhmədov). Cavabdeh vəkili və nümayəndəsi Həsənov X1 Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(012)-6245/2025 saylı qərardadından elektron kabinet vasitəsilə xx.xx.2026-cı il tarixdə şikayət verərək, şikayətin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 2(012)-6245/2025 saylı qərardadının ləğv edilməsi, əks təqdirdə işin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi evindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1i ünvanında yerləşən, 0,011 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh öz növbəsində xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Məmmədli kəndi ərazisində yerləşən mülkiyyətində olan ümumi sahəsi 0.011 ha olan torpaq sahəsinin satılması barədə qarşılıqlı iddia üzrə cavabdehİddiaçı ilə Bakı şəhəri 17 saylı notariat ofisində bağlanmış 23 iyul 2024-cü il tarixili 1 № ******* alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(012)-6245/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi evdən çıxarılma tələbinə dair mülki iş üzrə, Cavabdeh müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Əsas olaraq cavabdehin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iddia ərizəsi ilə tanış olduğu, ona görə də məhkəmə iddia ərizəsinin alınma tarixini xx.xx.2025-ci il tarixindən götürmüş, qarşılıqlı iddianın isə 23 gün sonra göndərildiyindən, beləliklə məhkəmə qarşılıqlı iddianı müddətinin ötürərək verildiyi hesab etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cıiltarixli 2(012)- 6245/2025 saylı qərardadını tamamiilə qanunsuz, əsassız sayır. Belə ki, iddia ərizəsi onlara xx.xx.2025-ci il tarixdə təqdim edilməmişdir. Hətta məhkəmə tərəfindən iddia ərizəsi ilə tanış olmağa belə imkan verilməmişdir. Məhkəməyə dəfələrlə müraciət etdikdən sonra çox gec olaraq məhkəmə tərəfindən elektron məhkəmə sisteminə əlavə edilmişdir. İddia ərizəsini əldə etdikdən dərhal sonra qarşılıqı iddia təqdim edilmişdir. Göründüyü kimi qarşılıqlı iddia ərizəsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürülməmişdir. Buna görə də, hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli 2(012)- 6245/2025 saylı qərardadı ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(012)-6245/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(012)- 6245/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan məhkəmə zərfindən görünür ki, ünvanın tam olmaması səbəbi ilə cavabdehə ünvanlanmış iddia ərizəsi xx.xx.2025-ci ildə məhkəməyə geri qaytarılmışdır. Bundan sonra isə cavabdeh məhkəmənin ilk xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iddia ərizəsi ilə tanış olmuşdur. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin iddia ərizəsini alması xx.xx.2025-ci il tarixi götürülməlidir. Hazırkı iddia tələbi ilə bağlı cavabdeh qarşılıqlı iddia ərizəsini xx.xx.2025-ci il tarixdə verməklə məhkəmə iclası barədə xx.xx.2025-ci il tarixdə, yəni iddia ərizəsini əldə etdikdən 23 gün sonra məhkəməyə göndərmişdir. Bundan başqa, cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını sübut edən hər hansı dəlilləri nə birinci instansiya məhkəməsinə nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.2-ci maddəsinə əsasən həmin Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Göründüyü kimi, Cavabdeh qarşılıqlı iddia ərizəsinin verilməsi üçün mülki prosessual qanunvercilikdə nəzərdə tutulmuş 20 günlük müddəti ötürmüşdür. Ona görə də ərizənin qəbul edilməsindən imtina etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kollegiya cavabdehin dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər iş materiallararı ilə öz təsdiqini tapmadığından, şikayətdə qeyd olunanlar birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddia ərizəsini qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 395- 396, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(012)-6245/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar