Məhkəmə qərarları › İş №2(049)-4166/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4166/2025

03.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4166/2025 03.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin əmlakları ilə birlikdə evdən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran rayonunun Şıxakəran kəndinde yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, **********31-10301 reyestr nömrəli Çıxarışla İddiaçı məxsus olan 0,09 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 103.80 kv m² fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1990-cı il tarixdə Lənkəran rayonunun Şıxakəran kəndində anadan olmuş və hazırda da həmin kənddə qeydiyyatda olmaqla yaşayır. X3, anası isə X4 olmuşdur. Atası 6 noyabr 2018-ci il tarixdə, anası isə 26 may 2025-ci il tarixdə vəfat elmişlər. Ailədə 2 bacı 1 qardaş olmuşlar. Böyük bacısı ailə quraraq hazırda ailəsi ilə birlikdə ayrı yaşayır. Özü də ailə qursa da ailəsində baş vermiş narazılıqlara görə 2022-ci ildə nikahları pozulduğundan ayrılaraq ata evinə qayıtmalı olmuşdur. X2 2021-ci il noyabrın 1-də hazırkı iş üzrə cavabdeh olan Cavabdeh qzı ilə ailə qurmuş və cavabdeh onların evinə gəlin gəlmişdir. Anası hələ sağlığından hazırda yaşadığı evi ona bağışlayacağını bildirmiş qardaşı və bacısı da bununla razı olmuşlar. Buna görə də hazırda yaşadığını evə dair öz adına Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış əldə etmişdir. İş üzrə cavabdeh olan Cavabdeh hələ anamın sağlığında nə anası, nə də qardaşı ilə yola getmir, o ata evinə qayıtdıqdan sonra isə onun evdə dava-dalaş salmaları daha da atmış, nə onunlalə, nə uşağı nə də ki, ananı və qardaşı ilə yola getməməmişdir. Anası xəstəlikdən vəfal elmişdir. Bu insan dəfələrlə onu və qardaşınıı nalayiq sözlərlə təhqir edir. bizə, daha dəqiq desəm mənə olmazın sözlər deyir, hətta məndən evi tərk etməyimi belə tələb edir. Bununla bağlı Lənkərn ŞİHB-nin Şıxakəran kənd inzibati ərazi dairəsində icra nümayndəliyinə də ərizə ilə müraciət elmişəm. Lakin, cavabdeh yənə də öz əməllərindən əl çəkmir və hərəkətlərini davanı etdirir. Odur ki, məcbur qalıb cavabdehin mülkiyyətimdə olan evdən çıxarılması tələbi ilə bağlı məhkəməyə müraciət edir. Daha sonra xx.xx.2026-cı il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək göstərmişdir ki, İddiaçı Cavabdeh qarşı cavabdehin əmlakları ilə birlikdə evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciat edərək, Cavabdeh Lənkəran rayonu, Şıxakəran kəndində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, **********31-10301 reyestr nömrəli Çıxarışla ona məxsus olan 0,09 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzrində yerləşən ümumi sahəsi 103.80 kv m² fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbində dəqiqləşdirmə apararaq Cavabdeh Lənkəran rayonunun Şıxakəran kəndində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, **********31-10301 reyestr nömrəli Çıxarışla ona məxsus olan 0,09 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 103.80 kvadrat metr fərdi yaşayış evindən ona məxsus olan 1250 manat dəyərində olan yataq dəstindən, 400 manat dəyərində olan 1 ədə stol və 6 ədəd stuldan, 400 manat dəyərində 2.20 metr uzunluğunda mətbəxt mebelindən, 100 manat dəyərində 1 ədəd böyük xalçadan, 70 manat dəyərində 1 ədəd böyük xalçadan, 40 manat dəyərində olan 2 ədəd kiçik xalçadan, 25 manat dəyərində 2 ədəd qonaq otağı üçün lüstürdən, 20 manat dəyərində 1 ədəd yataq otağı üçün lüstürdən, 40 manat dəyərində 4 ədəd irili-xırdalı qazandan ibarət 1 ədəd qazan dəstindən, 25 manat dəyərində 3 ədəd irili-xırdalı 1 ədəd iran istehsalı olan tava dəstindən, 12 manat dəyərində 18 ədəd şüşə stəkandan, 15 manat dəyərində 18 ədəd nəlbəkidən, 60 manat dəyərində 96 ədəddən ibarət 4 dəst nimçədən, 12 manat dəyərində 4 ədəd bulud qabıdan, 10 manat dəyərində 12 ədəd böyük qaşıqdan, 6 manat dəyərində 12 balaca qaşıqdan, 20 manat dəyərində 1 ədəd bıçaq dəstindən, 450 manat dəyərində 1 ədəd paltaryuyan maşından, 500 manat dəyərində 1 ədəd soyuducudan, 250 manat dəyərində lədəd balaca ölçüdə televizordan, 90 manat dəyərində balaca İran qazından, 60 manat dəyərində ət çəkən maşından 80 manat dəyərində çörək bişirən sobadan və 60 manat dəyərində balaca ölçüdə tozsovurandan ibarət əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən xx.xx.2026-cı il tarixdə İddiaçı tərəfindən məhkəməyə verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun çıxış edib tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Vəkil iddia tələbinin məzmununa uyğun çıxış edib tələbin təmin olunmasını, həmçinin dəqiqləşdirilmə barədə ərizənin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və qanunvericilikdə göstərilmiş qaydada Cavabdeh məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə heç bir rəsmi məlumat verməmişdir. Lakin Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, iddia tələbini qəbul etdiyini, iddia tələbinin təmin edilməsi barədə məhkəmə qətnaməsi qəbul edildikdən sonra Lənkəran rayonu, Şıxakəran kəndində yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla iddiaçıya məxsus olan 0.09 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 103.80 kv.m fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxacağını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə istinadən hazırki iddia tələbi üzrə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən (daşınmaz əmlakın **********1-10301 reyestr nömrəli) çıxarışından görünür ki, Abbasova X5 rayonunun Şıxəkəran kəndində yerləşən 0.09 ha torpaq sahəsi üzərində yerləşən və ümumi sahəsi 103.80 kv olan fərdi yaşayış evinin mülkiyyətçisidir. Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şıxəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi nümayəndəliyinin 2-34\240 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X1 rayonunun Şıxakəran kəndində yaşayır və qeydiyyatdadır. X7 bir evdə yaşadığı həyat yoldaşı və onun bacılar ilə tez-tez etdikləri mübahisələrə görə Şıxakəran kənd icra nümayəndəliyinə bu məsələnin həll olunması üçün müraciət etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ : Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1 və 152.2-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.6-cı və 152.7-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 152.11-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. 161-ci və 162-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. 164.1-ci və 164.2-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi: Yuxarıda sadalanan Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müddəalarına əsasən cavabdeh iddianı qəbul edib, onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən iddianın verilməsi üçün iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat iddiaçının özünə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əmlakları ilə birgə evdən çıxarılması tələbinə dair iddiası təmin edilsin. İddiaçı mülkiyyətində olan Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli çıxarışa əsasən Lənkəran rayonu Şıxəkəran kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh ona məxsus əşyalarla birgə çıxarılsın. İddiaçı məxsus fərdi yaşayış evində yerləşən Cavabdeh məxsus əşyaların siyahısı: 1250 manat dəyərində olan yataq dəsti, 400 manat dəyərində olan 1 ədəd stol və 6 ədəd stul, 400 manat dəyərində 2.20 metr uzunluğunda mətbəxt mebeli, 100 manat dəyərində 1 ədəd böyük xalça, 70 manat dəyərində 1 ədəd böyük xalça, 40 manat dəyərində olan 2 ədəd kiçik xalça, 25 manat dəyərində 2 ədəd qonaq otağı üçün çilçıraq (lüstür), 20 manat dəyərində 1 ədəd yataq otağı üçün çilçıraq (lüstür), 40 manat dəyərində 4 ədəd irili-xırdalı qazandan ibarət 1 ədəd qazan dəsti, 25 manat dəyərində 3 ədəd irilixırdalı 1 ədəd iran istehsalı olan tava dəsti, 12 manat dəyərində 18 ədəd şüşə stəkan, 15 manat dəyərində 18 ədəd nəlbəki, 60 manat dəyərində 96 ədəddən ibarət 4 dəst boşqab (nimçə), 12 manat dəyərində 4 ədəd bulud boşqab, 10 manat dəyərində 12 ədəd böyük qaşıq, 6 manat dəyərində 12 balaca qaşıq, 20 manat dəyərində 1 ədəd bıçaq dəsti, 450 manat dəyərində 1 ədəd paltaryuyan maşın, 500 manat dəyərində 1 ədəd soyuducu, 250 manat dəyərində 1 ədəd balaca ölçüdə televizor, 90 manat dəyərində balaca İran qazı, 60 manat dəyərində ət çəkən maşından 80 manat dəyərində çörək bişirən soba və 60 manat dəyərində balaca ölçüdə tozsovuran. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar