Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2271/2024 30.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ Rayon Xalq Deputatları Sovetinin 13 may 1988-ci il tarixli, 15\185 saylı Qərarının və xx.xx.2014-cü il tarixli, 778 saylı” Torpaq sahəsinin müvəqqəti bostançılıq təsərrüfatına verilməsinə” dair “Rayon memarına sorgu” sənədinin Ərizəçi məxsus olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki Bakı ş. Qaradağ rayonu,Müşviqabad qəsəbəsində çoxdan yaşadığından onu və ailə üzvlərini bu qəsəbənin ilk sakinləri kimi qəbul etmək olar. Bu əsasla, Bakı şəhəri, Qaradağ Rayon Xalq Deputatları Sovetinin, 13 may 1988-ci il tarixli, 15\185 saylı Qərarı ilə ona, Müşviqabad qəsəbə hüdudlarında bostançılıq təsərrüfatının aparılması məqsədi ilə, 400 kv.m torpaq sahəsi ayrılmışdır. Bu torpaq üzərində çoxlu sayda bar ağacları və bostan bitkiləri əkib becərmişdir. Uzun müddətdir ki, müvafiq orqan və təşkilatlara yazılı müracətlər ünvanlayıb qanuni istifadəsındə olan torpaq sahəsinin adına özəlləşdirilməsini xahiş etmişdir. Lakin bütün müracətlərinin cavabında bu məsələ ilə əlaqədar gözləməyi tövsiyyə olunmuşdur. Bu yaxında isə ona müvafiq orqandan məlumat daxil olaraq torpaqla əlaqədar sənədlərin təqdim edilməsi xahiş olmuşdur. Sənədlərə tanış olandan sonra ona yazılı məktubla bildirmişlər ki, torpağın ayrılmasına dair ilkin sənədlərdə adı ’Mirqəfər” əvəzinə səhvən, “Mirzəfər” kimi qeyd olunub və bu yanlışıq aradan qaldırılandan sonra xahişinə yenidən baxılacaq. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, müvafiq sənədlərdə onun adı səhv yazılmışdır, bu isə hazırda müəyyən problemlərə səbəb olur, nəticədə o mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Maraqlı şəxslər Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs vətəndaş Ərizəçi ərizəsinə cavab məktubundan görünür ki, Sizin, istifadənizdə olan torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı rayon icra hakimiyyətinə ünanlanmış müraciətinizə aidiyyəti üzrə baxılmışdır.İzah edirik ki, sizin müvəqqəti olaraq bostan salınması ilə bağlı müraciətinizə əsasən Qaradağ rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli, 15/185 nömrəli qərarına əsasən (xx.xx.2014-cü il tarixli, 778 nömrəli arxiv çıxarışı) Müşviqabad qəsəbəsində müvəqqəti 400 kv.m. torpaq sahəsi istifadənizə verilmişdir. Qərarın “B” bəndinə əsasən həmin torpaq sahəsində tikinti işlərinin aparılmaması qeyd edilmişdir. Müraciətinizdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə istinad etdiyiniz bəndə əsasən torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ müraciət etməyiniz məqsədəmüvafiqdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Qaradağ rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli, 15/185 nömrəli qərarında Mirzəfər Bağırov qeyd edilmişdir. Sözügedən qərarda Mirzəfər adının Mirqəfər kimi oxunmasına dair hüquqi faktın müəyyən edilməsi ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz sizə tövsiyə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasından tədqiq edilmiş xx.xx.2014cü il tarixli, 778 saylı “Torpaq sahəsinin müvəqqəti bostançılıq təsərrüfatına verilməsinə” dair“ Rayon memarına sorğu”-dan görünür ki, Müşviqabad qəsəbəsində X3 400 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri, Qaradağ Rayon Xalq Deputatları Sovetinin 13 may 1988-ci il tarixli, 15\185 saylı Qərarından görünür ki, Müşviqabad qəsəbəsində X3 400 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə olunmuş ******* nömrəli hərbi biletdən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə hərbi xidmətə çağıılmışdır. İş materiallarına əlavə olunmuş 656 saylı attestatdan görünür ki, Ərizəçi fəqlənmə ilə orta məktəbi bitirmişdir. İş materiallarına əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X2 aeasında nikah xx.xx.1977-ci il tarixdə bağlanmışdır. İş materiallarına əlavə olunmuş AZ-İV seriyalı 960434 saylı doğum haqqından şəhadətanmədən görünür ki, Ərizəçi xx.xx.1950-ci il tarixdə doğulmuşdur.. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri,Qaradağ Rayon Xalq Deputatları Sovetinin 13 may 1988-ci il tarixli, 15\185 saylı Qərarında və xx.xx.2014-cü il tarixli, 778 saylı “Torpaq sahəsinin müvəqqəti bostançılıq təsərrüfatına verilməsinə” dair “Rayon memarına sorğu” sənədlərində ərizəçinin adı X1 qeyd edilmişdir. Ərizəçi qeyd olunan yanlışılığın aradan qaldırılması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin müraciətlərinə cavab olaraq sənədin həmin müvafiq şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür.Hazırki faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün lazımdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmin qərarın 6.2-ci maddəsinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur.Həmim Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Yuxarıda sadalanan normalardan göründüyü kimi belə faktın müəyyən edilməsi imkanı prosessual qanunvericilikdə təsbit olunmuşdur, lakin bu faktın müəyyən edilməsi üçün müəyyən şərtlərin olması zəruridir. Hansı ki hazırki mübahisədə həmin şərtlərin hamısı mövcuddur. Əvvəla Bakı şəhəri, Qaradağ Rayon Xalq Deputatları Sovetinin 13 may 1988-ci il tarixli, 15\185 saylı Qərarının və xx.xx.2014-cü il tarixli, 778 saylı “Torpaq sahəsinin müvəqqəti bostançılıq təsərrüfatına verilməsinə” dair “Rayon memarına sorğu” sənədlərində Ərizəçi adı (Mirzəfər olmaqla) həmin şəxsin digər sənədlərdəki (şəxsiyyət vəsiqəsində,doğum və nikah şəhadətnamələrində) soyadı ilə düz gəlmir. İkincisi həmin sənədlər hüquqmüəyyənedici sənədlərdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Üçüncüsü sənədləri verən təşkilatın hüququ varisi tərəfindən sənəddəki səhv aradan qaldırılmamışdır. Bu səbəbdən həmin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəyə baxılması mümkündür və həmin faktın müəyyən edilməsi məhz sübutetmə ilə bağlı olan məsələdir. Həmçinin, hazırda mülki iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsindən də görünür ki, ərizəçi müvafiq mübahisəli hüqüqmüyyəndici sənədlərin verildiyi ünvanda qeydiyyatdadır. Beləliklə, iş materiallarında olan bütün sənədlərdə hüquqmüəyyənedici sənədlərin verildiyi şəxsin soyadı “Mirqəfər” kimi qeyd edildiyi halda mübahisəli olan hüquqmüəyyənedici sənədlərdə isə səhvən “Mirzəfər” kimi göstərilmişdir. Bu səbəbdən yuxarıda sadalanan qanunvericilik normalarını və qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri,Qaradağ Rayon Xalq Deputatları Sovetinin 13 may 1988-ci il tarixli, 15\185 saylı Qərarının və xx.xx.2014-cü il tarixli, 778 saylı “Torpaq sahəsinin müvəqqəti bostançılıq təsərrüfatına verilməsinə” dair “Rayon memarına sorğu” sənədlərinin Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri,Qaradağ Rayon Xalq Deputatları Sovetinin 13 may 1988-ci il tarixli, 15\185 saylı Qərarının və xx.xx.2014-cü il tarixli, 778 saylı “Torpaq sahəsinin müvəqqəti bostançılıq təsərrüfatına verilməsinə” dair “Rayon memarına sorğu” sənədlərinin Ərizəçi məxsus olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Qaradağ Rayon Xalq Deputatları Sovetinin 13 may 1988-ci il tarixli, 15\185 saylı Qərarının və xx.xx.2014-cü il tarixli, 778 saylı “Torpaq sahəsinin müvəqqəti bostançılıq təsərrüfatına verilməsinə” dair “Rayon memarına sorğu”-nun Ərizəçi məxsus olması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-2271/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2271/2024
30.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver