Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2298/2024 14.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon XDS İK-nın 17 avqust 1991-ci il tarixli 005064 saylı orderinin ona məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ rayon XDS İK-nın 24 may 1991-ci il tarixli qərarına əsasən 7 nəfər ailə üzvü nəzərə alınaraq, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi E.İmanov küçəsi 21 saylı evin 66 saylı 4 otaqlı mənzili 17 avqust 1991-ci il tarixli 005064 saylı daimi orderlə ona verilmişdir. Lakin həmin orderdə adı Xanımnənə əvəzinə «Xanımnama» kimi yazılmışdır. Hazırda həmin mənzili özəlləşdirmək istəyirlər, lakin adında olan uyğunsuzluğa görə mənzilin özəlləşdirilməsi mümkün olmamışdır. Hazırki hüquqi faktın müəyyən edilməsi ona mənzili özəlləşdirmək üçün lazımdır. Qeyd olunan order hüquqmüəyyənedici sənəddir, mənzilin özəlləşdirilməsi üçün əsasdır və o, bunu başqa yolla təsdiq edə bilmir. Həmin sənəddə olan uyğunsuzluğun düzəldilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Lakin İH tərəfindən müvafiq düzəliş edilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa oxşar, eyni məzmunlu izahat verdi. Ərizədə qeyd olunan hüquqi faktın müəyyən edilməsinin ona mənzilin özəlləşdirilməsi üçün lazım olduğunu bildirdi. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi X2 məhkəmə iclasında ərizəni qəbul edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1957-ci il tarixdə Salyan şəhərində doğulmuşdur. ünvan 1 ünvanda qeydiyyatdadır. - Bakı şəhəri Qaradağ rayon XDS İK-nın 24 may 1991-ci il tarixli 3 saylı qərarına əsasən 17 avqust 1991-ci il tarixdə verilmiş 005064 saylı orderdən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi E.İmanov küçəsi 21 saylı evin 66 saylı mənzili ailə üzvləri ilə ərizəçiyə verilmişdir. Həmin orderdə ərizəçinin adı səhvən «Xanımnama» kimi yazılmışdır. - Bakı şəhəri Maraqlı şəxs 14 iyun 2024-cü il tarixli 5-13/1-Ə-81-091/24 saylı məktubundan görünür ki, Ərizəçi müraciətinə baxılmış, ona MPM-nin 307-ci maddəsinin tələbləri izah edilərək, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarından göründüyü kimi, ərizəçinin adı yuxarıda qeyd olunan orderdə səhvən Xanımnama kimi yazılmışdır. Halbuki, ərizəçinin adı Xanımnənədir və digər sənədlərdə düzgün qeyd olunmuşdur. Sənədlərdə bu qəbildən olan səhvlər, həmin dönəmlər üçün xarakterikdir və təcrübədə çox tez-tez rast gəlinir. Bu, ilk öncə qeydiyyat aparan şəxslərin çox vaxt təhsillərinin olmaması və yaxud kifayət qədər olmaması, qeydiyyat aparan şəxsin doğma dilini yaxşı bilməməsi, ikincisi, qeydiyyat aparan şəxslərin bir çox hallarda azərbaycandilli şəxs olmaması ilə bağlıdır. Vətəndaşlar müxtəlif səpkili sənədləşmə işlərinin aparılması zamanı bu səbəbdən çətinlik çəkirlər. Hazırkı iş üzrə ərizəçi də istisna deyil. Belə ki, yuxarıda adı çəkilən orderdə Ərizəçi adında səhvə yol verilərək, Xanımnama kimi yazılmışdır. Göründüyü kimi, yuxarıda qeyd olunan səbəbdən ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Bakı şəhəri Qaradağ rayon XDS İK-nın 24 may 1991-ci il tarixli 3 saylı qərarına əsasən 17 avqust 1991-ci il tarixdə verilmiş 005064 saylı order xx xxxxxx 1957-ci il tarixdə Salyan şəhərində doğulmuş Ərizəçi məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Qaradağ rayon XDS İK-nın 24 may 1991-ci il tarixli 3 saylı qərarına əsasən 17 avqust 1991-ci il tarixdə verilmiş 005064 saylı orderin xx xxxxxx 1957-ci il tarixdə Salyan şəhərində doğulmuş Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Qaradağ rayon XDS İK-nın 24 may 1991-ci il tarixli 3 saylı qərarına əsasən 17 avqust 1991-ci il tarixdə verilmiş 005064 saylı orderin xx xxxxxx 1957-ci il tarixdə Salyan şəhərində doğulmuş Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2298/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2298/2024
14.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver