Məhkəmə qərarları › İş №2(002)-231/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-231/2021

17.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-231/2021 17.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 qızının, Cavabdeh vərəsəsi X2 iştirakı ilə, İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Cavabdeh vərəsəsi X3 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh mərhum Cavabdeh vərəsəsi X1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2801.75 (iki min səkkiz yüz bir manat yetmiş beş qəpik) manat əsas borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx) qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin «Nəqliyyat» filialı ilə Cavabdeh arasında bağlanmış 28.11.2018-ci il tarixli, BPM**********46 № kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh 25 ay müddətinə illik 26 faiz dərəcəsi ilə hesablanmaqla, 3190 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh 28.01.2019-cu il tarixdə vəfat etmişdir. Bakı şəhəri 8 saylı notariat ofisinin 06.03.2020-ci il tarixli, 451 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Cavabdeh adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan ünvan 1 ünvanında qeydiyyatda olan arvadı-X3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.10.09.2020-ci il tarixli arayışına əsasən Cavabdeh Banka ödənilməmiş qalan 2801,75 manat əsas borcu qalmışdır. Cavabdeh-X4 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi X5 qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vərəsəsi X4 iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28.11.2018-ci il tarixli, BPM**********46 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Nəqliyyat filialı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, müqavilə üzrə cavabdehə 3190 manat məbləğində kredit ayrılmış və sonuncu tərəfindən kreditin vaxtı-vaxtında ödənilməsi və müvafiq olaraq müqavilənin yerinə yetirilməsi öhdəliyi götürülmüşdür. İş materiallarında olan 28.11.2018-ci il tarixli, BPM**********46 nömrəli kredit müqaviləsinə 1 №-li əlavənin kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" ASC-yə 3190 manat borcu vardır. İş materialarında olan AZ-İ № 992861 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 28 yanvar 2019-cu il tarixdə essensial (birincili) hipertenziya xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri 8 saylı Notariat ofisinin 06.03.2020-ci il tarixli, 451 saylı məktubundan görünür ki, 28.01.2019-cu il tarixdə Cavabdeh miras qalmış əmlaka dair vərəsələr Bakı şəhəri 8 saylı notariat ofisinə 2019-cu il tarixdə müraciət etmiş və 119/2019 nömrəli vərəsəlik işi açılmışdır. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən ölənin vərəsəsi ünvan 2 ünvanda qeydiyyatda olan arvadı X3 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan 12.03.2020-ci il tarixli, 14/A1383 №-li bildirişdən görünür ki, X7 vərəsəsi X4 "xxxx" ASC-yə 28.11.2018-ci il tarixli, BPM**********46 nömrəli kredit müqaviləsi üzrə mövcud olan 2635,12 (iki min altı yüz otuz beş manat on iki qəpik) manat əsas borc və bu borca müvafiq olaraq hesablanmış faiz məbləğininin ödənilməsi, yəni müqavilə üzrə yaranmış öhdəliyi tam şəkildə yerinə yetirməli olması barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin 28 yanvar 2019-cu il tarixdə vəfat etmişdir. Borclunun vəfatından sonra onun arvadı X2 vərəsəlik hüququ tanınaraq ona vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vərəsəsi X4 miras qoyanın kreditoru qarşısında məsuliyyət daşıdığından ondan 2801,75 (iki min səksiz yüz bir manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2801,75 (iki min səksiz yüz bir manat yetmiş beş qəpik) manat pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqı Cavabdeh vərəsəsi X1 "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar