Məhkəmə qərarları › İş №2(002)-2318/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2318/2025

07.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2318/2025 07.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon XDS İK-nın mərhum əri X1 adına verdiyi 14 dekabr 1990-cı il tarixli 51 saylı sərəncamının ailə üzvü kimi ona, yəni Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon XDS İK-nın 14 dekabr 1990-cı il tarixli 51 saylı sərəncamına əsasən Bakı şəhəri ünvan 1 ünvanda yaşayış üçün 4 otaqlı mənzil mərhum əri X2 verilmişdir. Həmin sərəncamda o, ailə üzvü kimi yazılmışdır. Həmin qərar əsasında 02 fevral 1991-ci il tarixli 002558 saylı order verilmişdir. Lakin dövlət arxivinə göndərilmiş xx.xx.1990-cı il tarixli 51 saylı sərəncamda onun adı Suğra əvəzinə «Sura» kimi yazılmışdır. Hazırda həmin mənzili özəlləşdirmək istəyirlər, lakin arxiv arayışında olan bu uyğunsuzluğa görə mənzilin özəlləşdirilməsi mümkün olmur. Hazırki hüquqi faktın müəyyən edilməsi ona mənzili özəlləşdirmək üçün lazımdır. Həmin sərəncam hüquqmüəyyənedici sənəddir, mənzilin özəlləşdirilməsi üçün əsasdır və o, bunu başqa yolla təsdiq edə bilmir. Həmin sənəddə olan uyğunsuzluğun düzəldilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, onlar tərəfindən düzəliş edilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2004-cü il tarixdə Qaradağ RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. - İ-JQ seriyalı 347984 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə X4 arasında nikah xx.xx.1976-cı il tarixdə Qaradağ rayon VVAQ şöbəsində 150 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlanandan sonra arvada Qənbərova soyadı verilmişdir. - Qaradağ rayon XDS İK-nın 14 dekabr 1990-cı il tarixli 51 saylı sərəncamından görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Kalinin (indiki C.Qəhrəmanov) küçəsi 10 saylı evin 12 saylı mənzili 5 nəfər ailə tərkibində (özü, arvadı Ərizəçi və övladları) X2 verilmişdir. Həmin sərəncamda ərizəçidən asılı olmayan səbəblərdən səhvə yol verilərək, ərizəçinin adı Suğra əvəzinə «Sura» kimi yazılmışdır. - AZ-İ seriyalı 137309 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X3 20 iyul 2005-ci il tarixdə Bakı şəhərində ürək ağciyər çatmamazlığından vəfat etmiş, bu barədə müvafiq akt qeydləri kitabında 02 avqust 2005-ci il tarixdə 317 saylı akt qeydi aparılmışdır. - «Azneft» İB Ə.C.Əmirov adına Neftqazçıxarma idarəsinin xx.xx.2005-ci il tarixli 1664 saylı sərəncamından görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi C.Qəhrəmanov küçəsi 10 saylı evin 12 saylı mənzilinin kirayəçisi X3 2005-ci ilin iyul ayında vəfat etmişdir. Hazırda mənzildə mərhumun həyat yoldaşı Ərizəçi və oğlu Tehran yaşayır. Ərizəçi oğlunun razılığına əsasən mənzilin şəxsi hesabının öz adına dəyişdirilməsini xahiş etmişdir. Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsasən həmin mənzilin şəxsi hesabının Ərizəçi adına dəyişdirilməsi qərara alınmışdır. - Bakı şəhəri Maraqlı şəxs 15 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi müraciətinə rayon icra hakimiyyətində baxılmışdır. Ərizəçiyə Azərbaycan Respublikası MPM-nın 307-ci maddəsinin tələbləri izah edilərək, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarından göründüyü kimi, ərizəçinin həyat yoldaşının adına verilmiş Bakı şəhəri Qaradağ rayon XDS İK-nın 14 dekabr 1990-cı il tarixli 51 saylı sərəncamda ərizəçinin adı Suğra əvəzinə səhvən «Sura» kimi qeyd edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan səbəbdən ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və sərəncamda ərizəçinin adında səhvə ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X2 5 nəfər ailə tərkibi (özü, həyat yoldaşı və övladları) ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Kalinin (indiki C.Qəhrəmanov) küçəsi 10 saylı evin 12 saylı mənzilinin verilməsinə dair Bakı şəhəri Qaradağ rayon XDS İK-nın 14 dekabr 1990-cı il tarixli 51 saylı sərəncamı xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuş, həmin mənzildə qeydiyyatda olan Ərizəçi məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X2 5 nəfər ailə tərkibi (özü, həyat yoldaşı Ərizəçi və övladları) ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Kalinin (indiki C.Qəhrəmanov) küçəsi 10 saylı evin 12 saylı mənzilinin verilməsinə dair Bakı şəhəri Qaradağ rayon XDS İK-nın 14 dekabr 1990-cı il tarixli 51 saylı sərəncamının xx.xx.1954cü il tarixdə Bakı şəhərində doğulmuş, həmin mənzildə qeydiyyatda olan Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 5 nəfər ailə tərkibi (özü, həyat yoldaşı Ərizəçi və övladları) ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Kalinin (indiki C.Qəhrəmanov) küçəsi 10 saylı evin 12 saylı mənzilinin verilməsinə dair Bakı şəhəri Qaradağ rayon XDS İK-nın 14 dekabr 1990-cı il tarixli 51 saylı sərəncamının xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuş, həmin mənzildə qeydiyyatda olan Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar