Məhkəmə qərarları › İş №2(002)-2324/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2324/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2324/2021 17.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı, İdiaçının vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh1 MMC, Cavabdeh2 qarşı podrat müqavilələrindən imtina edilməsi və bu müqavilələrin icrası ilə bağı ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC, Cavabdeh2 qarşı podrat müqavilələrindən imtina edilməsi və bu müqavilələrin icrası ilə bağı ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə mahiyyəti üzrə baxıb İddiaçı ilə Cavabdeh1 firması və firmanın təsisçisi Cavabdeh2 arasında bağlanmış 01 noyabr 2008-ci il tarixli 16-1-9, 16-1-23 və 16-1-38 nömrəli müqavilələrdən imtina edilməklə, bu müqavilələrin icrası ilə bağlı iddiaçının cavabdehə ödədiyi 33 000 manat puldan qaytarılmamış 16 500 manat pulun Cavabdeh1 Firması və onun təsisçisi Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı-sifarişçi İddiaçı 2008-ci ildə Binə Ticarət Mərkəzində iş qurmaq, biznes fəaliyyəti ilə məşğul olmaq üçün cavabdeh-podratçı Cavabdeh1 firması və firmanın təsisçisi Cavabdeh2 ilə Firmanın “Yeni bazar” Ticarət kompleksində anbar, mağaza və iaşə obyektləri tikilməsinə dair 01 noyabr 2008-ci il tarixli 16-1-9, 16-1-23 və 16-1-38 nömrəli müqavilələri bağlayaraq, cavabdehə 3 ədəd mağaza binası tikməyi sifariş vermiş, cavabdeh hər biri 40 kv.m olmaqla 3 ədəd mağaza binasını inşa edib iddiaçıya təhvil verməyi öhdəsinə götürmüş, iddiaçı da aralarında olan razılaşmaya görə nəzərdə tutulmuş işi icra etmək üçün cavabdehə muzd ödəməyi öhdəsinə götürmüşdür. 01 noyabr 2008-ci il tarixli 16-1-9, 16-1-23 və 16-1-38 nömrəli müqavilələr Cavabdeh1 firmasının təsisçisi Cavabdeh2 tərəfindən imza və Firmaya məxsus məhürlə təsdiq edilmişdir. Tərəflər arasında olan şifahi razılaşmaya əsasən razılaşdırılmış müzd olaraq hər mağaza üçün 11 000 manat olmaqla, ümumilikdə 33 000 manat pulu iddiaçı hələ mağazaların tikintisinə başlanmazdan əvvəl, hər iki tərəfin qəbul etdiyi kimi 01.11.2008-ci ildə qabaqcadan Firmanın həmtəsisçisi, Cavabdeh2 ödəmiş, cavabdehpodratçı müqavilədə nəzərdə tutulmuş işi icra etməyi öhdəsinə götürmüş və 33 000 manat pulu iddiaçı-sifarişçidən qəbul etmişdir. Tərəflər arasında həmin vaxt qarşılıqlı inam və etibar olduğundan cavabdeh aldığı pullara dair iddiaçıya müvafiq kassa mədaxil qəbzi verməmiş və iddiaçı da gələcəkdə tikiləcək Ticarət Mərkəzində öz mülkiyyəti olan əmlak əldə etmək məqsədilə aralarında olan inam və etibarə, əməkdaşlıq münasibətlərinə xələl gəlməsin deyə, o cümlədən podratın yalnız muzd müqabilində yerinə yetirilməsi nəzərdə tutulduğundan cavabdehdən kassa mədaxil qəbzini israrla tələb etməmişdir. Cavabdeh iddiaçıdan və digər şəxslərdən əvvəlcədən aldığı pul vəsaiti hesabına Firmaya məxsus Yeni Ticarət Mərkəzini tikmiş, tikinti başa çatdıqdan sonar isə iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmiş, mağazaları onun mülkiyyətinə verməmiş, o cümlədən iddiaçıdan aldığı 33 000 manat pulu da qaytarmamışdır. Yəni Sifarişçinin vəsaiti hesabına cavabdeh tikinti işlərini görsə də, podratşi iddiaçının sifarişini yerinə yetirməmiş, iddiaçıya məxsus vəsait hesabına mağaza binaları tikilsə də, mağazalar mülkiyyət hüquqları qeydə alınmaqla iddiaçıya təhvil verilməmiş, bununla iddiaçıya külli miqdarda maddi zərər vurmuşdur. İddiaçı cavabdehdən yerinə yetirilməmiş işin haqqını, ona dəymiş zərərin əvəzini tələb etsə də cavabdeh 2015-ci ildə iddiaçıya ilkin mərhələdə bir il ərzində 16 500 manat verməyə söz vermiş, 01.01.2021-ci il tarixə kimi, yəni 6 il ərzində iddiaçıya bu puldan hissə-hissə 16 500 manat qaytarmış, qalan 16 500 manat iş haqqı və zərərin əvəzini iddiaçıya ödəməmiş, müqavilə şərtlərini pozmaqla yol verdiyi qüsuru aradan qaldırmamışdır. Tərəflər arasında bağlanmış müqavilələrin adları “İcarə müqaviləsi” adlandırılmış, lakin əslində isə faktiki olaraq onun tam mənası podrat müqaviləsi olmuşdur. Tərəflər arasında bağlanmış İcar müqavilələrinin ilkin bəndlərində (müqaviləlin 2.2-ci bəndi)şərtləşdirilmişdir ki, cavabdeh tərəf ticarətlə məşğul olmaq məqsədi ilə anbar, mağaza və iaşə obyekti inşa edib iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Tikilinin inşa edilməsi və təhvil verilməsi kimi işlər, cavabdehin bununla bağlı üzərinə götürdüyü öhdəliklər icarə müqaviləsinin predmeti deyil, podrat müqaviləsinin predmetidir. İddiaçı cavabdeh tərədindən aldadılaraq uydurma icarə müqaviləsi bağlanmaqla ona külli müqdarda vurduğu zərəri və işin haqqını cavabdehdən ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 MMC, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə malumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Belə ki, məhz iddiaçı cavabdehlə aralarında podra müqaviləsinin bağlanılması, həmin müqvailəyə əsasən sifarişçi qismində cavabdehə (podratçı qismində) mağaza (anbar) tikilməsini sifariş verməsi, həmin sifarişin icra edilməsi üçün cavabdehə 33000 manat məbləğində pul vəsaitinin ödənilməsi, həmin məbləğdən 16500 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən ona qaytarılmaması hallarını sübut etməlidir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə ilk növbədə tərəflər arasında podrat hüqqu münasibətlərinin yaranıb-yaranmaması halının müəyyən edilməsi zəruridir. İddiaçı qeyd edilən halın müəyyən edilməsi üçün sübut qismində kserosurət olan icarə müqaviləsi adlı kağıza istinad etmişdir . Məhkəmə qeyd olunan halın müəyyən edilməsi ilə bağlı iddiaçının təqdim etdiyi yazılı sübutla bağlı onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddiaçının qeyd olunan halın təsdiq olunması ilə bağlı sübut qismində istinad etdiyi yazılı kağız kserosurət olmaqla, lazımi qaydada təsdiq olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmçinin, həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Göründüyü kimi, iddiaçının hazırki iş üzrə sübut qismində təqdim etdiyi yazılı kağız qanunvericiliklə müəyyən eidlmiş qaydada təsdiq olunmadığından mülki prosessual qanunvericiliyin tələbi baxımından mötəbər sübut qismində qəbul edilə bilməz. Bundan əlavə, hazırki mülki iş üzrə iddiaçı tərəfindən qeyd edilən halın müəyyən edilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı tərəflər arasında podrat müqaviləsinin bağlanılması halını, habelə həmin müqavilədən irəli gələn podrat hüquq münasibətlərinin mövcud olması halının müəyyən edilməsi mümkün olmamışdır. Başqa sözlə, hazırki mülki iş üzrə iddiaçı tərəfindən sifarişçi qismində mağaza (anbar) tikintisinin cavabdehə sifariş verilməsi, cavabdeh tərəfindən həmin sifarişin icra eidlməsi öhdəliyinin öz üzərinə götürülməsi halının müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də, məhkəmə tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranamsı halının müəyyən edilməsinin mümükün olmadığını əsas götürərək, hesab edir ki, iddia tələbi podrat müqaviləsindən imtina olunması hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin podrat müqaviləsi üzrə ödənilmiş pulun geri qayatrılması hissəsi ilə bağlı hesab edir ki, qeyd dilən tələb hazırki mülki iş üzrə əsas tələb qismində çıxış edən podrat müqaviləsindən imtina olunmasına dair tələbdən törəmə tələb olduğundan, əsas tələb üzrə iddia tələbi təmin edilmədiyindən, iddia tələbi qeyd edilən hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə bununla əlaqədar onu qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq, sübutları əsas götürərək, hesab edir ki, iddiaçı İddiaçı Cavabdeh1 MMC, Cavabdeh2 qarşı podrat müqavilələrindən imtina edilməsi və bu müqavilələrin icrası ilə bağı ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İddiaçı Cavabdeh1 MMC, Cavabdeh2 qarşı podrat müqavilələrindən imtina edilməsi və bu müqavilələrin icrası ilə bağı ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar