Məhkəmə qərarları › İş №2(002)-2339/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2339/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2339/2021 10.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı reqress qaydada pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh borclu olaraq ödəməli olduğu, lakin onun əvəzinə Azərbaycan Beynəlxalq Bankına onun maaşından tutulmuş 1638 manat pulun, "xxxx" ASC-nin təqdim etdiyi ödəniş tapşırığına əsasən 1781 manat pulun və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 3449 manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə onunla əsaslandırmışdır ki, Cavabdeh 2014-cü ildə ondan Azərbaycan Beynəlxalq Bankından pul götürməyi üçün ona zamin durmağı xahiş etmişdir. Bununla bağlı 07 noyabr 2014-cü ildə Azərbaycan Beynəlxalq Bankı Xətai Filialı ilə Cavabdeh arasında 1-07-11-2014-XAT56 saylı kredit, onunla isə 1-07-11-2014-XAT56 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh müqavilədən sonra borcunu ödəmədiyi üçün həmin borc müxtəlif vaxtlarda hissə-hissə onun maaşından tutulmuşdur. İlk əvvəl maaşını Azərbaycan Beynəlxalq Bankından aldığı üçün Beynəlxalq Bank özü birbaşa məhkəmə qətnaməsi olmadan onun maaşından 1638 manat pul tutumuşdur. Sonradan maaşını "xxxx" ASC-dən aldığı üçün məhkəmə qətnaməsi ilə "xxxx" ASC tərəfindən onun maaşından 1781 manat məbləğində pul vəsaiti tutulmuşdur. Bununla bağlı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 2(002)- 308/2019 nömrəli qətnaməsi olmuşdur. Lakin aradan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh onun ödədiyi pulları qaytarmamış, müxtəlif bəhanələrlə ondan yayınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün sayir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və cavabdehin əvvəlki məhkəmə iclasında verdiyi izahatını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara görə təmin olunmalıdır. Belə ki, Qaradağ Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 2(002)-308/2019 saylı qətnaməsinə əsasən cavabdeh X2 və X1 müştərək qaydada 07.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1176,86 manat, faiz borcu üzrə 474,24 manat, cərimə borcu üzrə 100 manat, 0,40 manat bank xidmət haqq və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 1781,50 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 18.03.2021-ci il tarixli, 156 saylı arayışdan görünür ki, İddiaçı 07.11.2014-cü il tarixdə bağlanılmış zaminlik müqaviləsinə əsasən Cavabdeh ayrılmış 3500 manat kreditə zamin durmuşdur. Kredit gecikdirildiyi üçün müqavilə şərtlərinə uyğun olaraq aylıq ödənişlər bu kreditdə zamin olan İddiaçı hesabından müxtəlif tarixlərdə cəmi 1638.6 manat bank tərəfindən tutulma aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 443-cü maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmədə həmin işə baxıldıqda müəyyən edildi ki, Cavabdeh 2014-cü ildə X1 Azərbaycan Beynəlxalq Bankından pul götürməyi üçün ona zamin durmağı xahiş etmişdir. Bununla bağlı 07 noyabr 2014-cü ildə Azərbaycan Beynəlxalq Bankı Xətai Filialı ilə Cavabdeh arasında 1-07-11-2014-XAT56 saylı kredit, X3 ilə isə 1-07-11-2014-XAT56 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh müqavilədən sonra borcunu ödəmədiyi üçün həmin borc müxtəlif vaxtlarda hissə-hissə onun maaşından tutulmuşdur. İlk əvvəl maaşını Azərbaycan Beynəlxalq Bankından aldığı üçün Beynəlxalq Bank özü birbaşa məhkəmə qətnaməsi olmadan onun maaşından 1638 manat pul tutmuşdur. Sonradan maaşını "xxxx" ASC-dən aldığı üçün məhkəmə qətnaməsi ilə "xxxx" ASC tərəfindən onun maaşından 1781 manat məbləğində pul tutulmuşdur. Beləliklə, İddiaçı Cavabdeh qarşı onun maaşından tutulmuş 1638 manat pulun, "xxxx" ASC-nin təqdim etdiyi ödəniş tapşırığına əsasən 1781 manat pulun və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 3459 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tələb təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 3449 manat məbləğində pul vəsaiti tutularaq, ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı ödədiyi 30 manat dövlət rüsumu da Cavabdeh tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə maaşından tutulmuş 1638 manat pul, "xxxx" ASC-nin təqdim etdiyi ödəniş tapşırığına əsasən 1781 manat pul və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 3449 manat pul vəsaiti tutularaq, ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar