Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2347/2024 25.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi nümayəndəsi X3, Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cu ildə Bakı şəhərində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X9 onun oğludur, xx.xx.1999-cu ildə Bakı şəhərində doğulmuşdur. Hazırda onunla birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi,massiv 2, döngə 3. Ev 11 ünvanında yaşayır. Oğlu debillik dərəcəsində ağıl zəifliyi, autizm qulluq və müalicə tələb edən ciddi davranış ilə niqtin təsir qabiliyyəti pozuntusu,nitq anlamaq qabiliyyətinin pozulması diaqnozu ilə əlildir. Göründüyü kimi oğlu psixi xəstədir, özünü idarə edə bilmir, kənar şəxsin qulluğuna ehtiyacı vardır. Oğluna xüsusi qulluq olmaqla ona kiminsə baxması zəruridir və ona qəyyum təyin edilməlidir. Odur ki, oğlu X4 fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. Hazırda oğlumun fəaliiyət qabiliyyət olmamasını müəyyən etdirmək ona qəyyum olunması üçün lazımdır. Ərizəçi nümayəndəsi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X6 məhkəmə iclasında rəylə razı olduğunu bildirərək, ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Uşaq Poliklinikasının çıxarışından görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X7 “orta kəmağıllıq, ağıl zəifliyi və hərəkət-dayaq aparatının pozğunluğu” diaqnozu qoyulmuşdur. İş materiallarında olan AZ-T seriyalı 081981 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X4 anası Ərizəçidır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komisiyyasının çıxarışından görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X9 uşaqların sağlamlıq imkanlarının məhdydluğu-eşitmə, görmə, nitq, daya-hərəkət aparatının və digər sistem və ya orqanlarının nəzərəçarpanpozulmaları ilə və ya davranışın pataoloji forması ilə müştərək debillik dərəcəsində ağıl zəifliyi, autizm diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-2347/24 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3089 saylı ekspert rəyindən görünür ki, Yoxlanılan şəxs X5 “AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTULARİ İLƏ” aşkar olunur.Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticəldəri (anamnestik məlumata görə yoxlanılan şəxs doğuş travması ilə doğulması, körpəlik erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, nitqi kasad olmaqla zəif inkişaf etməsi,ağıl zəifliyi ilə əlaqədar təhsil almaması,Bakı şəhər X2 müalicələrdə olması, Psixi Sağlamlıq Mərkəzində xx.xx.2018-cı il tarixdə tibb üzrə fəlsəfə doktoru Gülnarə Musabəyova tərəfindən müayinədə olunaraq, ağır dərəcəli kəmağıllıq.Kobud nitq və davranış pozuntusu ilə. Dayaq hərəkət aparatınınfunksional qüsuruilə F72.1 diaqnozunun müəyyən edilməsi ilə birinci dərəcəli əlil hesab olunması), həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (nitqinin zəif inkişaf etməməsi, nəzərə çarpan dərin ağıl zəifliyi əlamətlərinin biruzə verməsi, yersiz hərəkətlərə yol verməsi, qışqırması, sərbəst yeriyə bilməməsi, xəstəliyi ilə əlaqədar müddətsiz birinici dərərcəli əlil olması, bununla əlaqədar kənar şəxslərin himayəsinə və nəzarətinə ehyiyac duyması , həmçiinin hazırki müayinə zamanı yoxlanılan şəxsdə ağır dərərcəli əqli geriliyin müəyyən edilməsini və s.) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1999-cu il təvəllüdlü X4 hər hansı psixi qüsuru vardırmı? Cavab: Yoxlanılan şəxs X5 X14 Gerilik,X10 müəyyən edilir. 2-ci sual: xx.xx.1999-cu il təvəllüdlü X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdirmi? Cavab: Yoxlanılan şəxs X9 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. 3-cü sual: xx.xx.1999-cu il təvəllüdlü X9 fəaliyyət qabiliyyətlidirmi? Cavab: Yoxlanılan şəxs X8 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.Məhkəmə araşdırması zamanı ərizəçinin izahatları ilə, iş materiallarındakı Əkbərov Şükranın sağlamlıq vəziyyətinə dair olan sənədlərlə və həmçinin ekspertiza rəyi ilə xx.xx.1999-cu il təvəllüdlü X4 İ-ci dərəcəli əllilik müəyyən edilərək fəaliyyət qabiliyyəti olmayan şəxs olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacıqardaşların),müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin oğlu olan xx.xx.1999-cu il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-2347/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2347/2024
25.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver