Məhkəmə qərarları › İş №2(002)-235/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-235/2021

29.01.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-235/2021 29.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş həyat yoldaşı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, X6 onun həyat yoldaşı olmaqla xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Həyat yoldaşı ilə xx.xx.1986-cı il tarixdə ailə həyatı qurmuş, uzun illər bir ailədə yaşamışlar. Həyat yoldaşı X6 qəflətən xəstələnməklə yataq xəstəsi olmuşdur. Həyat yoldaşının diaqnozu “APALİK sindrom-udmanın, ağız-burun tənəffüsü və nitqin tam itməsi ilə Spastik tetraplegiya, Spastik tetraplegiya, bütün ətraflarda hərəkətin tam itməsi ilə müşahidə olunan, müalicə tələb edən ciddi davranış pozuntusu və kənar şəxslərin himayəsinə ehtiyacı olan” ağır dərəcəli olmaqla 1-ci qrup əlildir. Onlar hal-hazırda müəyyən problemlərin həll edilməsi üçün onu lazımi təşkilatlara aparıb gətirməkdə çətinlik çəkir. Odur ki, həyat yoldaşı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ona mövcud probləmlərin həlli barədə müxtəlif instansiyalara müraciət etmək üçün lazımdır. Odur ki, X3 fəaliyyət qabiliyyətinin olmamasının müəyyən edilməsi zəruridir. Ona görə də o, həyat yoldaşının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, ərizəyə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 129 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 260 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Qaradağ rayonu, Səlyan yolu küçəsi, ev 5A, mənzil 33 ünvanında yaşayır və himayəsində həyat yoldaşı X6 vardır. İş materiallarında olan X5 məxsus AZE No 09601737 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 mənzil 33 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Ərizəçi məxsus AZE No ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Qazax rayonu, Qaymağlı kəndində anadan olmuşdur, ünvan 1 mənzil 33 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İV-JQ seriyalı, 266850 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X7 xx xxxxxx 1986-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Qaradağ rayon Qeydiyyat şöbəsində qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Yusubova” soyadı verilmişdir. İş materiallarında olan əlillik barədə çıxarışdan görünür ki, X6 digər ensefalit, mielit və ensefalomielit, keçirilmiş meninqoensefalitdən, ensefalit nəticəsində uzun müddət davam edən komadan sonrakı vəziyyət, somnolentlik, stupor və koma, meningoensefalit nəticəsində yaranmış KOMA (GKS-3/15)-dan sonrakı vəziyyət, Apalik sindrom-udmanın, ağız burun tənəffüsü və nitqin tam itməsi ilə Spastik tetraplegiya, Spastik tetraplegiya, bütün ətraflarda hərəkətlərin tam itməsi diaqnozu ilə birinci dərəcəli əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli, 2472 saylı rəyindən görünür ki, mülki işdə olan tibbi sənədlərin araşdırılması nəticəsində belə qənaətə gəlinmişdir ki X4 dərin demensiya keçirilmiş meninqoensefalit nəticəsində qeyd olunur. Belə ki, tibbi sənədlərə əsasən, X4 xx.xx.2020-ci il tarixdə meninqoensefalit xəstəliyinin ilk əlamətləri müydana çıxmış, vəziyyətinin pisləşməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixdə X10 qəbul edilmiş, aparılan müalicələrə baxmayaraq komatoz vəzyyətə düşmüş, sonradan X1 və Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbələrində müalicə olunmuş, aparılan müalicə tədbirlərinə baxmayaraq koma vəziyyəti davam etmiş, apalik sindrom qeyd olunmuş, TSEK-in müayinəsində İ dərəcəli əlillik təyin olunmuşdur. Qeyd olunmalıdır ki, meninqoensefalitdən sonra yaranmış apalik sindrom ali sinir fəaliyyətinin tam pozulması ilə xarakterizə olunan bir vəziyyətdir. Bunları nəzərə alaraq belə qərara gəlinmişdir ki, X4 dərin demensiya keçirilmiş meninqoensefalit nəticəsində qeyd olunur. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların) ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə, yuxarıda qeyd olunan sübutları, o cümlədən ekspert rəyini və qanunvericiliyin normalarını nəzərə alaraq müəyyən edir ki, xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də, o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 317 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar