Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2361/2024 15.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X1rşı “öhdəliyin əvəzləşdirilərək silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanı üzrə (abonent İddiaçı) abonent kartı məlumatlarına əsasən, ünvan üzrə xx.xx.2008-ci ildə su sayğacı quraşdırılmışdır. Müqavilənin bağlanma tarixi xx.xx.2008-ci il, müqavilə nömrəsi 26283931, 2016-ci il üzrə illik su sərfiyyatı 52.71 m3 və yekun borc məbləği 18.21 manat, 2017-ci il üzrə illik su sərfiyyatı 60.5 m3 və yekun borc məbləği -9.5 manat, 2018-ci il üzrə illik su sərfiyyatı 151.35 m3 və yekun borc məbləği 126.35 manat, 2019-ci il üzrə illik su sərfiyyatı 103.7 m3 və yekun borc məbləği 63.7 manat, 2020-ci il üzrə illik su sərfiyyatı 94.35 m3 və yekun borc məbləği 94.35 manat, 2021-ci il üzrə illik su sərfiyyatı 189.83 m3 və yekun borc məbləği 96.83 manat, 2022-ci il üzrə illik su sərfiyyatı 212.5 m3 və yekun borc məbləği -206.14 manat, 2023-cü il üzrə illik su sərfiyyatı 205.7 m3 və yekun borc məbləği 116.6 manat, xx.xx.2024-cü ilədək illik su sərfiyyatı 195.3 m3 və yekun borc məbləği 195.3 manat olmaqla, ümumilikdə yekun borc məbləğinin 495.70 manat olduğu qeyd edilmiş və İddiaçı 2013-cü ildə -64 manat, 2014-cü ildə -14.20 manat, 2015-ci ildə -2.80 manat, 2017-ci ildə -9.50 manat, 2022-ci ildə isə -206.14 manat artıq ödəniş edilmişdir. İddia tələbi
2. İddiaçı cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən Lökbatan qəsəbəsi, Xəqani küçəsi, ev 27 ünvanına **********000 saylı abonent koduna su və çirkab su xidmətinə görə əsassız yaranmış borc 383.70 manat və illər üzrə artıq etdiyi ödənişlərini 300 manatı nəzərə alıb, qalıq borcla əvəzləşdirilərək silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o ünvan 2 ünvanında yaşayır. Hal-hazırda bu günə 383.70 manat borc yaranmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi ilə aralarında su təchizatından istifadəyə görə hesabatın aparılması üçün xx.xx.2008-ci il tarixində 26283931 nömrəli müqavilə bağlayaraq, **********000 saylı abonent kodu açılmışdır. Dəfələrlə şifahi formada Qaradağ rayon Sukanal İdarəsinə yaranmış borcun hasnı səbəbdən yarandığı barədə yazılı və izahlı rəsmi qaydada ona cavab verilməsini xahiş etmiş, müraciətinə baxılmamışdır. Şifahi formada ona deyiblərki, əsassız yaranmış borcun silinməsi ilə əlaqədar “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə müraciət et. Çox təsüflər olsun ki, öz maraq dairələrin istehlakçının hüququndan üstün tutub onun şikayətinə baxmayıblar və rəsmi izahlı cavab verməyiblər. İstehlakçı kimi onun hüquqlarının pozulub və əsassız olaraq abonent koduna 383.70 manat borc hesablanmışdır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
4. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 73-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 217.4-cü maddələrinə istinad etmişdir.
5. İddia ərizəsinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
6. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini, artıq ödədiyi məbləğin borcu ilə əvəzləşdirilməsini xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etdiyini, iddiaçının artıq ödənişləri olduğunu, ödədiyi artıq məbləğin borcu ilə əvəzləşdirilməsinə etirazı olmadığını, borcunun 383.70 manat olduğunu bildirmiş və 296.64 manat əvəzləşdirilməsini xahiş etmişdir. a) Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
8. 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
9. 540.1-ci maddəsinə əsasən, əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər.
10. 543-cü maddəsinə əsasən, əgər əvəzləşdirilən tələblər bir-birini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir.
11. 545.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir: 545.0.1. tələblərin əvəzləşdirilməsi razılaşma yolu ilə əvvəlcədən istisna edilmişsə; 545.0.2. öhdəliyin predmetinə tutmanı yönəltmək olmazsa və ya öhdəliyin predmeti yaşayış vasitəsidirsə; 545.0.3. öhdəlik sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsini nəzərdə tutursa; 545.0.4. digər tərəfin ərizəsi ilə tələbə iddia müddəti tətbiq edilməli olduqda və bu müddət keçdikdə; 545.0.5. alimentlərin tutulması ilə bağlı olduqda; 545.0.6. bu, Azərbaycan Respublikasının və ya bələdiyyənin tələbidirsə; digər tərəfin qarşılıqlı əvəzləşdirmə tələbi hansı orqanın vəsaitindən ödənilməlidirsə, öhdəliyin də həmin orqanın xeyrinə icra edilməli olduğu hallar istisna təşkil edir. 545.0.7. bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda.
12. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
13. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
14. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
15. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
16. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
17. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
18. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
19. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
20. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
21. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
22. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Əsaslandırma
24. İddia qismən əsaslıdır.
25. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında xx.xx.2008-ci il tarixdən İddiaçı adına su sayğacı quraşdırılmışdır.
26. Həmin mənzilə quraşdırılmış sayğac üzrə abonent kartına əsasən, İddiaçı xx.xx.2024-cü il tarixə suya olan ümumi borcu 495.70 manat hesablanmışdır. Sayğac göstəricilərinə əsasən, İddiaçı tərəfindən 2013-cü ildə -64 manat, 2014-cü ildə -14.20 manat, 2015-ci ildə -2.80 manat, 2017-ci ildə -9.50 manat, 2022-ci ildə isə -206.14 manat olmaqla, cəmi 296.64 manat artıq ödəniş edilmişdir.
27. Məhkəmə qeyd edir ki, iddiaçının əlavə ödənişləri üçün əsassız varlanma qaydaları tətbiq etməklə tələb etmə hüququ yaranmışdır. İddia tələbində isə iddiaçı həmin artıq ödənişlərinin cavabdehə olan borcu ilə əvəzləşdirilməsini xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək, 296.64 manat məbləğində artıq ödənişlər aparıldığını və abonentin borcunun həmin hissədə əvəzləşdiriməsinə etirazının olmadığını bildirmişdir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.4-cü maddəsinə görə, məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir.
29. Məhkəmə cavabdehin iddianı qismən etiraf etməsinə münasibətdə hesab edir ki, cavabdehin etirafı işin hallarının gizlədilməsi məqsədilə və ya aldatma, yanılma təsiri nəticəsində baş vermədiyindən qəbul edilməlidir.
30. Məhkəmə göstərilənlərə əsasən, əlavə ödənişlərin iddiaçının borcu ilə əvəzləşdirilməsi üçün Mülki Məcəllənin 545-ci maddəsinə qeyd edilən istisnaların olmamasını, tələblərin icra müddətinin çatmasını və tərəflərin qarşılıqlı razılığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehin iddiaçıya qarşı su xidmətlərinə görə olan tələbi, iddiaçının cavabdehə qarşı 296,64 manat məbləğində əsassız varlanmadan irəli gələn tələbi ilə əvəzləşdirilməklə xitam edilməlidir. Məhkəmə xərcləri
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
32. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
33. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə bütün növ büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar.
34. Göründüyü kimi, tərəflərin hər ikisi dövlət rüsumu ödəməkdən azaddırlar.
35. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 olan, Lökbatan qəsəbəsi, Xəqani küçəsi, ev 27 ünvanına **********000 saylı abonent koduna su və çirkab su xidmətinə görə yaranmış öhdəliyi, iddiaçının cavabdehə qarşı 296.64 manat məbləğində əsassız varlanma tələbi ilə əvəzləşdirilmə yolu ilə xitam edilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının azad edildiyi 30 manat dövlət rüsumu cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsindən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova