Məhkəmə qərarları › İş №2(002)-2384/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2384/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2384/2021 08.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ HakimƏhmədova Gülnar İnqilab qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh1 5200(beş min iki yüz) manat, Cavabdeh2 1750 (min yeddi yüz əlli) manat, Cavabdeh3 Çoban qızından 3050 (üç min əlli) manat və ödənilmiş 30 (otuz.) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqlədirmə ərizəsi verərək, iddia ərizəsində Cavabdeh1 5200 manat xeyrinə tutulmasını xahiş etmişdir.Onun iddiaçıya 1450 manat borcu qaldığını və göstərilənlərin nəzərə alaraq cavabdehdən 1450 manat tutulmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Moskva” TM-də işləyən Vidadi adlı şəxsi tanıdığından qonşusu Cavabdeh1, qohumu Esmira Muxlarovanın və Mahiyət (Mahirə) Paşayevanın xahişlərinə əsasən ondan qızıl-zinət əşyaları götürüb onlara verməklə zamin durmuşdur. Bundan sonra onlar borclarını ödəmədiklərindən Firuzəyə görə 2100 (iki min yüz) manat, Esmiraya görə isə 1750 (min yeddi yüz əlli) manat, Mahiyətə (Mahirəyə) görə isə 3050 (üç min əlli) manat Vidadiyə ödəməli olmuşdur. Bundan başqa Firuzə İtaliya istehsalı olan qiyməti 1500 (min beş yüz) manat olan 15 qramlıq klon (aralıq), qiyməti 200 (iki yüz) manat olan 4 qramlıq ağ qaşlı üzük, qiyməti 600 (altı yüz) manat olan sırğa (qırx düymə) və 800 (səkkiz yüz) manat pul vermişdir. Cavabdehlər onu aldatdıqlarından polisə müraciət etməli olmuşdur. Nəsimi RPİ-nin 19-cu PB-də araşdırılma aparılmış və həmin orqanın 27 yiun 2019-cu il tarixli qərar: ilə mülki xarakterli məsələ olduğundan məhkəməyə müraciət etməsi töfsiyyə olunubdur. Ona görədə cavabdehlərin hərəkətlərini qanunsuz hesab etdiyimdən mülki mühakimə qaydasında məhkəməyə müraciət etməli olmuşdur. Bütün bunların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, cavabdehlərə qızıl-zinət əşyalarını satdığını, lakin onlar həmin əşyaların pulunu ödəmədiyini, ona görə də məhkəməyə mürcaiət etmək məcburiyyətində qaldığını, Firuzənin 1450 manat, Esmiranın 1750 manat, Mahiyətin isə 3000 manat borcu qaldığını, lakin həmin halla bağlı yalnız əllə yazılmış kaöızın sübut kimi qaldığını, onların özlərinin də bu halı təsdiq etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək,iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul edərək, 2400 manat borcundan 950 manat qaytardığını və hazırda 1450 manat məbləğində borcunun olduğunu bildirərək, bu barədə yazılı ərizə təqdim etdi. Cavabdeh3 məhkəmə iclasında izahat verərək, iddia tələbini qismən qəbul edərək, iddiaçıdan 2500 manat dəyərində qızıl-zinət əşyası götürdüyünü, həmin əşyaların dəyərinin 2000 manatını (1000 manat bir vaxtda, 1000 manatını bir vaxtda) ödəmiş, hazırda 500 manat borcunun qaldığını, ona ödəməyə pulunun olmadığını, həmin pulun qyatarılmasına dair heç bir sübutunun olmadığını bildirərək, bu barədə yazılı ərizə təqdim etdi. Cavabdeh223.08.2021-ci il tarixli məhkəmə iclaısnda iddia tələbinin etiraf olunmasına dair yazılı ərizə təqdim edərək, iddiaçı qarşısında 1750 manat məbləğində borcunun olduğunu qəbul etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin işinin olması ilə əlaqədar olması barədə məhkəməyə məlumat vermişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin və iddiaçının vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasından qızıl-zinət əşyalarının şifahi alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranması halı, iddiaçı tərəfindən cavabdehlərə qızıl-zinət əşyalarının satılması, cavabdehlər tərəfindən həmin qızıl zinət əşyalarının təhvil alınması, alınmış əşyaların dəyərinin ididaçıya ödənilməməsi halı işin mübahisəsiz hallarıdır. Həmçinin, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 iddiaçı qarşısında idid atələbində qeyd edilən məbləğdə borc öhədliklərinin yaranması halını qəbul edərək, iddia tələbinin etiraf olunmaısna dair yazılı ərizə təqdim etmişlər. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid olan hissədə əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh3 aid olan hissəsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı qeyd edilən cavabdehin ona 3000 manat məbləğində borc pul ödəməli olduğunu bildirsə də, həmin hala dair sübutetmə yükü isə iddiaçının üzərinə düşsə də, onun tərəfindən həmin hala dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də həmin cavabdehin iddiaçı qarşısnda məhz 3000 manat məbləğində borc öhdəliyinin yaranması halını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı qeyd edilən cavabdeh iddiaçıdan 2500 manat dəyərində qızıl-zinət əşyasını satın aldığını, lakin həmin əşyaların dəyərindən 2000 manat məbləğində pul vəsaitini iddiaçıya ödədiyini, hazırda 500 manat pul vəsaiti borclu qalıdğını bildirmişdir. Bu halda, məhkəmə hesab edir ki, qeyd edilən cavabdehin iddiaçı qarşısında borcunu ödəməsi halının müəyyən eidlməsi ilə bağlı sübutetmə yükü bilavasitə cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən həmin halın (borcun 2000 manat olan hissəsinin ödənilməsi halının) sübut edilməsinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. bununla da, məhkəmə araşdırması zamanı həmin cavabdehin iddiaçı qarşısında 2500 manat məbləğində olan borc öhdəliyinin hansı hissədə icra edilməsi halının müəyyən eidlməsi mümkün olmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh3 aid olan hissədə özünün iddiaçıdan 2500 manat dəyərində qızıl-zinət əşyası satın aldığını etiraf etdiyindən və həmin məbləğdə pul vəsaitinin qaytarılması halının sübut edilməsi mümkün olmadığından, iddia tələbi məhz 2500 manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsində təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bu halda, məhkəmə mülki prosessual qanunvericiliyin tələbini əsas götürərək, habelə hazırki mülki iş üzrə iddia tələbinin qismən təmin edildiyini (iddia tələbinin təmin edilən hissəsinin 500 manatdan çox olmasını) nəzərə alaraq, hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, habelə cavabdehlərin borcun etirafına dair ərizələrini əsas götürərək, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 1450 (min dörd yüz əlli) manat, Cavabdeh3 2500 (iki min beş yüz) manat, Cavabdeh2 1750 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 1450 (min dörd yüz əlli) manat məbləğində , Cavabdeh3 2500 (iki min beş yüz) manat məbləğində, Cavabdeh2 1750 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar