Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2387/2025 15.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi, Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci ildə Bakı şəhərində doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X9 onun oğlu olmaqla 16 avqust 2007-ci ildə Bakı şəhərində anadan olmuşdur. Rauf müddətsiz olaraq birinci qrup əlildir. Raufun diaqnozu "Kvadroplegik spastik serebral iflic, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu" olmaqla onun kənar şəxslərin qulluq və himayəsinə ehtiyacı vardır. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ona mövcud problemlərin həlli barədə müxtəlif instansiyalara müraciət etmək üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X6 məhkəmə iclasında rəylə razı olduğunu bildirərək, ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Səhiyyə Nazirliyinin Ambulator Kitabçadan çıxarışdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X9 “Kvadroplegik spastik serebral iflic, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu" diaqnoz qoyulmuşdur. İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Ərizəçi Füzuli rayonundan məcburi köçkündür, ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 2314 saylı ekspert rəyindən görünür ki, Motivləşdirici hissə. Yoxlanılan şəxs X4 "UŞAQ SEREBRAL İFLİCİ NƏTİCƏSİNDƏ YARANMİŞ AĞİR DƏRƏCƏLİ (İMBESİLLİK DƏRƏCƏSİNDƏ) ƏQLİ GERİLİK" (F72) qeyd olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixo-fiziki inkişafdan geri qalması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X5" X10 "Kvadroplegik spastik serebral iflic" diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması), hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat görünməsi, simasında çaşqın ifadənin olması, ətrafında baş verən hadisələrə maraq göstərməması, verilən suallan anlamaması, mnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosional-iradi sferasının enməsi, maraq dairəsinin məhdud olması, oz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır.1-ci sual: xx.xx.2007-ci il təvəllüdlü X3 hər hansı psixoİoji qüsuru vardırmı? Cavab: Yoxlanılan şəxs X4 uşaq serebral iflici nəticəsində yaranmış ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik müəyyən edilir.2-ci sual: xx.xx.2007-ci il təvəllüdlü X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdirmi? Cavab: Yoxlanılan şəxs X9 psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.3-cü sual: xx.xx.2007-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyətlidirmi? Cavab: Yoxlanılan şəxs X7 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməyə kifayət qədər əsaslar var. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.Məhkəmə araşdırması zamanı ərizəçinin izahatları ilə, iş materiallarındakı sağlamlıq vəziyyətinə dair olan sənədlərlə və həmçinin ekspertiza rəyləri ilə xx.xx.2007-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacıqardaşların),müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin oğlu olan xx.xx.2007-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-2387/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2387/2025
15.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver