Məhkəmə qərarları › İş №2(002)-2433/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2433/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2433/2022 16.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 Kəmaləddin qızına və Cavabdeh2 Kəmaləddin qızına qarşı «29 may 2019-cu il tarixli, 5/12 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 Kəmaləddin qızına və Cavabdeh2 Kəmaləddin qızına qarşı «29 may 2019-cu il tarixli, 5/12 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış qəsəbəsində 5 saylı binada yerləşən 12 nömrəli 1 otaqlı mənzilin cavabdehlər Cavabdeh1 Kəmaləddin qızının və Cavabdeh2 Kəmaləddin qızının müvəqqəti istifadələrinə verilməsinə dair 29 may 2019-cu il tarixli, 5/12 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və onların həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası» təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirirlər ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verir, qeyri-qanuni öz aralarında alğı-satqı edir və yaxud ümumiyyətlə həmin mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 29 may 2019cu il tarixli 5/12 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün Vəliyeva X1 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış qəsəbəsində yerləşən 5 saylı evin 12 nömrəli 1 otaqlı mənzili ilə təmin edilmişdir. Sonradan həmin qəsəbənin Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 Kəmaləddin qızının uzun müddətdir ki, həmin mənzildə yaşamadığı müəyyən edilmiş və aktlaşdırılmışdır. Göstərilən hallarla bağlı Cavabdeh1 Kəmaləddin qızına xəbərdarlıq edilmiş, lakin cavabdeh şəxs mənzilin təhvil verilməsindən imtina etmişdir. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 3.3, 3.7-ci bəndlərinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, Cavabdeh1 Kəmaləddin qızının mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.3 və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, Qaydanın 3.7-ci bəndinin tələbinə uyğun olaraq, müvafiq tədbir görülmüşdür. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Komitənin mənzil-istismar Departamenti ilə Cavabdeh1 Kəmaləddin qızı arasında Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış qəsəbəsində yerləşən 5 saylı evin 12 nömrəli 1 otaqlı mənzilinin ona verilməsi ilə bağlı 29 may 2019-cu il tarixli 5/12 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmışdır. 29 may 2019-cu il tarixli, 5/12 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə (5.7, 5.7.1, 5.7.2, 5.7.3), həmçinin Azərbaycan Respublikasının Kosntitusiyasına və Mənzil Məcəlləsinin aidiyyatı maddələrinə istinad edən iddiaçı hesab edir ki, Cavabdeh1 Kəmaləddin qızına verilmiş mənzildə yaşamadığı müəyyən edildiyindən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 Kəmaləddin qızına və Cavabdeh2 Kəmaləddin qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1 Kəmaləddin qızının və Cavabdeh2 Kəmaləddin qızının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan (müqavilədən, aktlardan) görünür ki, xx.xx.2019-cu il tarixli, 5/12 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış qəsəbəsində 5 saylı binada yerləşən 12 nömrəli 1 otaqlı mənzili 2 nəfər ailə tərkibi ilə (özü və Cavabdeh2 Kəmaləddin qızı) Cavabdeh1 Kəmaləddin qızına kirayə verilmişdir. Cavabdeh1 Kəmaləddin qızı müqavilə şərtlərinə riayət etməmiş, o və digər cavabdeh mənzildən təyinatı üzrə istifadə etməmiş, müqavilə şərtlərini kobud şəkildə pozmuşlar. Halbuki, Dövlət mülkiyyətində olan mənzildən təyinatı üzrə istifadə edilməməsi mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır. İnşa edilmiş mənzillər bu mənzillərə ehtiyacı olan şəxslər üçün nəzərdə tutulmuşdur. Əgər mənzil icarəçisi icarəyə verilmiş mənzildə yaşamırsa və digər ünvanda yaşayırsa, deməli sonuncunun Dövlət mülkiyyətində olan mənzilə ehtiyacı yoxdur. Cavabdehə rəsmi şəkildə müraciət olunaraq, yaşamadığı mənzilin qaytarılması (təhvil verilməsi) tələb olunsa da, cavabdeh tərəf bu tələbə məhəl qoymamışdır. Göründüyü kimi, müqavilə tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Bu isə, həmin kirayə müqaviləsinin ləğv edilməsinə və cavabdehlərin xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılmalarına əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış 29 may 2019-cu il tarixli, 5/12 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 Kəmaləddin qızı və Cavabdeh2 Kəmaləddin qızı Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış qəsəbəsində 5 saylı binada yerləşən 12 nömrəli 1 otaqlı mənzilindən çıxarılmalıdırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış 29 may 2019-cu il tarixli, 5/12 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 Kəmaləddin qızı və Cavabdeh2 Kəmaləddin qızı Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış qəsəbəsində 5 saylı binada yerləşən 12 nömrəli 1 otaqlı mənzilindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar