Məhkəmə qərarları › İş №2(002)-2446/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2446/2025

13.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2446/2025 13.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2000-cı ildə Bakı şəhərində doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 onun qızı olmaqla 19 avqust 2000-ci ildə Bakı şəhərində anadan olmuşdur. Nərgiz müddətsiz olaraq birinci qrup əlildir. Nərgizin diaqnozu " Kvadroplegik spastik serebral iflic, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu" olmaqla onun kənar şəxslərin qulluq və himayəsinə ehtiyacı vardır. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ona mövcud problemlərin həlli barədə müxtəlif instansiyalara müraciət etmək üçün lazımdır. Ərizəçi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq ərizə təqdim edərək, növbəti prosesin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X7 məhkəmə iclasında rəylə razı olduğunu bildirərək, ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Tibbi Sosial Ekspert Komissiyasının göndəriş cavabından görünür ki, xx.xx.2000-cı il təvəllüdlü X6 " Kvadroplegik spastik serebral iflic, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu" diaqnoz qoyulmuşdur. İş materiallarına əlavə olunmuş 019050 saylı vəsiqədən görünür ki, xx.xx.2000-cı il təvəllüdlü X6-müddətsiz olaraq birinci qrup əlilldir. İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Ərizəçi Cəbrayıl rayonundan məcburi köçkündür, ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 2508 saylı ekspert rəyindən görünür ki, Yuxarıda göstərilənlərə əsasən X3 Uşaq serebral iflicinin qalıq əlamətləri, əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxs yeddi aylıq, doğuş zədəsi ilə anadan olması, körpəlikdən serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalması, nitqi inkişaf etməməsi, həmçinin görmə zəifliyi biruzə verməsi, bununla əlaqədar əvvəl nevropatoloqun müalicəsini qəbul etməsi, sonralar Bakı Uşaq Nevroloji Xəstəxanasında müalicələrdə olması, xəstəliyi ilə əlaqədar evə müəllim gələrək formal olaraq doqquz sinif təhsil alması, əqli geriliyi, fizioloji ifrazatları ilə natəmiz olması, yeriməməsi, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2018-ci il tarixdə müayinə edilərək "Kvadroplegik spastik serebral iflic, spastik serebral iflic ikili hemiplegiya (tetraplegiya) Psixoloji inkişafın qarışıq spesifik pozuntuları, uşaq serebral iflic formada kognitiv funksiyanın enməsi və nitqin geriliyi ilə" diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, xəstəliyi ilə əlaqədar hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə zamanı orta dərəcəli əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir.İİ Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır:1-ci sual: xx.xx.2000-ci il təvəllüdlü X2 hər hansı psixi qüsuru vardırmı?2-ci sual: xx.xx.2000-ci il təvəllüdlü X2 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdirmi? 3-cü sual: xx.xx.2000-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyətlidirmi?1-ci, 2-ci və 3-cü suallara cavab: X3 Uşaq serebral iflicinin qalıq əlamətləri, əqli geriliklə müəyyən edilir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X6 onda müəyyən edilən uşaq serebral iflici, əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatları ilə, iş materiallarındakı sağlamlıq vəziyyətinə dair olan sənədlərlə və həmçinin ekspertiza rəyləri ilə xx.xx.2000-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacıqardaşların),müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin qızı olan xx.xx.2000-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2000-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar