Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2447/2022 15.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “aktın ləğv olunması, borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “aktın ləğv olunması və borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ******* nömrəli 29 noyabr 2021-ci il tarixli aktın ləğv edilməsi və Cavabdeh ASC tərəfindən onun adına(ünvanına) hesablanmış 480 manat borcun silinməsi,onun tərəfindən artıq ödənilmiş 149 manat pulun geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi təqdim edərək,0344843 nömrəli xx.xx.2022-ci il tarixli aktın ləğv edilməsi,akta görə hesablanmış 518.40 manat (qalıq borcdan 430.90 manat) silinməsini və ödədiyi 87.50 manatın ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aramızda bağlanmış müqavilə əsasında hazırda yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvana qaz saycağı qoyulmuşdur. Həmin vaxtdan onlar qaz sayğacından istifadə etmişlər. Cavabdeh tərəfindən onunla bağlanmış müqaviləyə əsasən həmin ünvana 2015ci il tarixdə “Smart” kart ilə sayğac quraşdırılmış, həmin vaxtdan da istifadəsində olmuşdur. Sonradan 29 noyabr 2021-ci il tarixdə qaz idarəsinin əməkdaşları gəlib sayğacı dəyişmişlər. Həmin vaxt sayğaca baxmışlar, sayğacın plombu üzərində olmuş, plomba heç bir müdaxilə olmamışdır. Lakin sonradan onun iştirakı olmadan xx.xx.2021-ci il tarixdə akt tərtib edilmiş, həmin akt əsasında guya sayğacda klapan işlək deyildin Bu əsasla da ona 629 manat borc hesanlıanmışdır.hansı ki,həmin borcdan o149 manat ödəniş etmiş və 480 manat borcum qalmışdır. Sonradan bu barədə o “Azərqaz” İstehsalat Birliyinə müraciət etmiş və ona rəsmi olaraq bildirmişlər ki, sayğaca ümumi baxış keçirilmiş, yivli birləşmələri korroziyaya uğraması, sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxlardan biri kənar təsir nəticəsində kəsilməsi, sayğacın arxivi oxundu, sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olubnayıb rəyi verilmişdir. O sayğaca heç bir müdaxilə etməmiş, sayğac evin çöl hissəsində yerləşirilmiş, sayğac dəyişdirilərkən plombu üzərində olmuş, plomba hər hansı bir müdaxilə olmamışdır. Həmçinin əraziyə nəzarət edən qaz istismar idarəsinin əməkdaşı vardır.Sayğaca hər hansı bir müdaxilə olsaydı vaxtında məlumat verərədi. Göründüyü kimi əvvəlki sayğac istismar müddəti bitmişdir, istismar müddəti 5 il olan sayğac müddətindən artıq işləmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə hazırlıq iclaslarında iştirak edərək, iddia tələbinə etiraz edərək, etiraza dair sənədləri məhkəməyə təqdim etmiş, etirazı onunla əsaslandırmışdır ki, qeyd edilən akt müdaxilə nəticəsində qaz itkisinə görə vurulmuş ziyan kimi yazılmış, ümumi məbləğ 518,80 manat vurulmuş ziyan olub, qalıq ziyan məbləği 430 manat olub. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə iddia tələbi üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 06 iyl 2022-ci il tarixli Cavabdeh İB tərəfindən verilmiş cavab məktubunun məzmunundan görünür ki, istehlakçı qismində İddiaçı mürcaiətinə baxılmış, xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən qaz sayğacının zədələnməsi nəticəsində 4320 m3 itirilmiş qazın həcmi müəyyənləşdirilmişdir. Lakin məsələyə dair tərəflər aarsında qarşılıqlı anlaşmanın əldə edilməsi mümkün olmadığı halda tərəflərin məhkəməyə mürcaiət etməsi tövsiyə olunmuşdur. xx.xx.2021-ci il tarixli 09 №li qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilənin məzmunundan görünür ki, İddiaçı ilə Azəriqaz İB arasında müqavilə bağlanılmış, həmin müqvailəyə əsasən qaz paylayıcısı istehlakçını keyfiyyətli qazla təmin edilməsi öhdəliyini götürmüş, istehlakçı isə qazın dəyərinin sayğac göstəricisinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. **********00000 №li abonent saldosu məlumatdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında sayğac üzrə sərfiyyat və ödəniş məbləğləri qeyd edilmiş, 01.2022-ci il üzrə akta əsasən 518,40 manat vurulmuş ziyan məbləği, qalıq ziyan məbləği kimi 430,90 manat qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli ******* №li Aktın məzmunundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında sayğaca müdaxilə olunub, qaz itkisi 4320 m3 kimi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-05431-1 № li aktın məzmunundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında sayğac üzrə qaz itkisi, müdxailə olunduğu müəyyən eidlmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29/1710- 05431-1 nömrəli akta və xx.xx.2022-ci il tarixli ******* №li akta əsasən **********00000 saylı abonent İddiaçı 1320 m3 dəymiş ziyan həcmi hesablanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac üzrə xx.xx.2022-ci il tarixli akta əsasən sayğaca müdaxilə olunduğu müəyyən edilmiş, həmin akt əsasında 4320 m3 qaz itkisi müəyyən edilmiş və onun əsasında cavabdehə 518,40 manat hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin ziyan məbləği ilə razılaşmamış, aktın əsassız olduğundan, həmin aktın ləğv edilməsini, həmin ziyan məbləği üzrə ödədiyi pulun ona geri qayatrılmasını, qalıq borcun silinməsini tələb etmişdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 6-2-ci bəndinə əsasən müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Həmin Qanunun13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edilməsi və bunun nəticəsində qaz itkisinin baş verməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunanqanunvericilik normalarının tələbinə görə bu halı sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin çölündə yerləşdirilmişdir. Bundan əlavə məhkəmə onu qeyd edir ki, cavabdeh tərəfindən qeyd edilən halın müəyyən eilməsi ilə bağlı yeganə sübut qismində tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta və həmin akta əsasən hesablanmış dəymiz ziyanla bağlı hesabata istinad etmişdir. Məhkəmə qeyd edilən sübut vasitəsilə bağlı onu qeyd edir ki, həmin akt kserosurət olmaqla, lazımi qaydada təsdiq edilməmişdir. Halbuki mülki qanunvericiliyin tələbinə əsasən yazılı sübutlarsənədlərin əsli və ya lazimi qyadada təsdiq eidlmiş surəti məhkəməyə təqdim edilməməlidir. Bundan əlavə qeyd edilən həmin aktların tərtib edilməsində istehlakçı qismində çıxış edən iddiaçının iştirakı təmin edilməmiş, həmin akt cavabdehin özü tərəfindən tərtib edilmişdir. Bu hal isə həmin aktların formal olaraq tərtib edilməsi kimi qiymətləndirilməsinə əsas verir. Qeyd edilən halda isə cavabdeh tərəfindən təqdim edilmiş həmin sənədlərin iş üzrə mötəbər sübut qismində qəbul edilməsi yolverilməzdir. Cavabdeh tərəfindən isə iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması halına dair başqa heç bir sübutvasitəsi təqdim edilməmişdir.Bununla da, hazırki mülki iş üzrə istehalkçı qismində çıxış edən iddiaçıya qazdan istifadə edilməsi zamanı qaz paylayıcsına qeyd edilən məbləğdə ziyan vurulması halının müəyyən edilməsi mümkün olmamışdır.Bununla da, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* №li aktın əsasının müəyyən eidlməsi mümkün olmamışdır. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, qeyd edilən akt əsasında cavabdeh tərəfindən istehlakçı qismində iddiaçıya məxsus sayğac üzrə 518,40 manat vurulmuş ziyan məbləği, qalıq məbləğ kimi 430,90 manat olduğu qeyd edilmişdir. Bu halda, məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar və 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, MPM-in 119-cu maddəsinin tələbi baxımından hazırki mülki iş üzrə tərəflərin dövlət rüsumu ödəməkdən azad olunması halının nəzərə alınmasını zəruri hesab edir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh İB-i tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvan üzrə **********00000 №li abonentə dair tərtib edilmiş ******* nömrəli 27 yanvar 2022-ci il tarixli akt ləğv edilməli və həmin akta əsasən ünvan 4 ünvanı üzrə (abonent kodu:**********00000 üzrə) hesablanmış 518,40 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən silinməli və ******* nömrəli 27 yanvar 2022-ci il tarixli akt üzrə iddiaçı tərəfindən ödənilmiş (abonent kodu:**********00000 üzrə) 87,50 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən İddiaçı geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB-i tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvan üzrə **********00000 №li abonentə dair tərtib edilmiş ******* nömrəli 27 yanvar 2022-ci il tarixli akt ləğv edilsin və həmin akta əsasən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvan üzrə **********00000 №li abonentə dair sayğac üzrə hesablanmış 518,40 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən silinsin və ******* nömrəli 27 yanvar 2022-ci il tarixli akt üzrə iddiaçı tərəfindən ödənilmiş (abonent kodu:**********00000 üzrə) 87,50 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən İddiaçı geri ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2447/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2447/2022
15.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver