Məhkəmə qərarları › İş №2(002)-2464/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2464/2023

10.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2464/2023 10.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətini iş üzrə maraqlı şəxs qismində qeyd etməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin N.Nərimanov adına Neft və Qazçıxarma idarəsinin bağçılıq təsərrüfatı tərəfindən ona verilmiş 30 yanvar 2006-cı il tarixli üzvlük kitabçasında göstərilən “Ərizəçi Feyzulla oğlu” nun onun şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi”na məxsus olması və onların eyni şəxs olması müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1978-ci ildə əmək fəaliyyətinə başlayaraq əvvəlcə "Baki Kondisioner zavodunda" tokar vəzifəsində isləmişdir.Daha sonra 1981-ci ildən Duvannı" Dəniz Texnoloji nəqliyyat idarəsində tornaçı işləməyə başlamışdır.2004-ci ildə N.Nərimanov adına Neft və Qazcixarma idarəsinin tərkibində olan bağçıliq təsərrüfatına üzv olmuşdur. Həmin idarədən ona üzvlük kitabçası verilmişdir.Həmin kitabça ona ayrılmış torpaq sahəsinə dair məlumatı özündə əsk etdirirdi. Üzvlüyü əsasında ona 500 kvm metr torpaq ayrılması qərarlaşdırılmışdır. Sadəcə həmin kitabçada ata adı Feyzulla olaraq qeyd edilmişdir. O bununla bağlı Azərbaycan Respublikası Dövlet Neft Şirkətinə müraciət etsə də, həmin idarədən ona məlumatların arxivə təhvil verildiyi və onu adının orada olsa da ata adının mövcud olmadığı göstərilmişdir.Bundan əlavə isə onlar ona şifahi olaraq məlumatlar arxivdə olduğu üçün heçbirdəyişiklik edə bilməyəcəklərini, bunun üçün məhkəməyə müraciət etməli olduğunu bildimişlər. Onun bütün sənədlərdə ata adı “Feyzi" olaraq keçir. Sadəcə üzvlük kitabçasında ata adı" Feyzulla" olaraq qeyd edilmişdir. Bu həmin təsərrüfatın işçilərinin səhvi nəticəsində baş vermişdir. Hazırda həmin təsərrüfat və yaxud onun səlahiyyatlərini həyata keçirən heç bir qurum yoxdur. Odur ki, həmin üzvlük kitabçasının ona məxsus olması va onun üzvlük kitabçasında qeyd edilmiş “Ərizəçi Feyzulla oğlu" ilə eyni səxs olması faktı müəyyən edilməlidir. Odur ki, məhkəməyə müraciət etmək gərarına gəlmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahatında ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, üzvlük kitabçası hüquqmüəyyənedici sənəddir və həmin faktın müəyyən edilməsi ərizəçi üçün torpağa dair mülkiyyət hüquqlarının müəyyən edilməsi üçün lazımdır. Maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi X3 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahatında bildirmişdir ki, ərizəyə etiraz etmirlər,belə ki, ərizəçi Dövlət Neft Şirkətində işləyib və həmin torpaq sahəsi ona verilib, lakin sənəddə ərizəçinin ata adı səhv olaraq qeyd edilmişdir.Ona görə ərizə ilə bağlı yekun qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2004-cü il tarixdə verilmiş üzvlük kitabçasından görünür ki, Ərizəçi Feyzulla oğlunun iş yeri Neft və Qazcixarma idarəsi olmaqla, Şıxlar qəsəbəsində 500 kvm metr torpaq ayrılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş ARSSR Nazirlər Sovetinin Dövlət texniki peşə təhsil komitəsinin 825630 saylı diplomdan görünür ki, Ərizəçi 1975-ci ildə 79 nömrəli orta texniki peşə məktəbinə daxikl olmuş və 1978-ci ildə həmin məktəbi bitirərək tokar peşəsi üzrə təhsil almışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş НЗ seriyalı ******* saylı hərbi bilətdən görünür ki, Ərizəçi 1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ seriyalı 042904 saylı ölüm haqqında şəhadətnamdən görünür ki, X4 xx.xx.1992-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 13.07.992-ci l tarixdə 15 nömrəli akt ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İ-ИE saylı 981449 nömrəli doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1960-ci il təvəllüdlü Ərizəçi atası X2. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, bağ sahəsine dair sənədlərin verilməsi və üzvlük kitabçasında düzəlişin edilmesi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətine daxil olmuş 03 may 2023-cü il tarixli 14-2/1-8-3xx-xx/2023-3468 nömrəli müraciətə baxılmışdır. Məlumat üçün bildirir ki, SOCAR-ın və Azərbaycan Neft Qaz X1 İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) 01 iyul 2009-cu il tarixli Əmr-qərarı ilə SOCAR-in və onun tabeliyində olan müəssisə və təşkilatlarla əmək münasibətlərində olan işçilərin mənzil,yataqxana, bağ, müvəqqəti və digər yaşayış sahələrinin vahid siyahılar üzrə uçotu və bölüşdürülməsi işi şirkətin aparatında aparılmaqla mərkəzləşdirilməsi müəyyən edilmişdir.Bundan sonra sənədlər müvafiq olaraq SOCAR-ın Baş ofisinin aidiyyəti strukturuna təhvil verilmişdir.Bildirir ki, Baş ofisin Mərkəzi Arxivində mövcud olan N.Nərimanov adına Neft-Qaz çıxarma İdarəsi (NQÇl) üzrə bağçılığa dair siyahıda Ərizəçi adlı şəxsin adı qeyd olunsa da, lakin ata adı qeyd edilməmişdir.Eyni zamanda müraciətə əlavə etdiyi sənədlərdə göstərilən bağın nömrəsi ilə Mərkəzi Arxivdə saxlanılan siyahıda qeyd edilən bağ nömrəsi arasında fərq mövcuddur. Tətbiq edilən normalar: Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Həmin qərarın 6.2-ci maddəsinə əsaən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur.Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmim Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin N.Nərimanov adına Neft və Qazçıxarma idarəsinin bağçılıq təsərrüfatı tərəfindən vətəndaşa verilmiş 30 yanvar 2006cı il tarixli üzvlük kitabçasında şəxsin ata adı olaraq “Feyzulla” qeyd edildiyindən hüquqmüəyyənedici sənədlərdə uyğunsuzluq yaranmışdır. Ərizəçi üçün qeyd olunan uyğunsuzluğun aradan qaldırılması və düzəlişlərin edilməsindən torpağın özəlləşdirilməsi lazım olmuşdur. Hazırki faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün lazımdır.Bunun üçün şəxs hüquqmüəyyənedici sənəd olan üzvlük kitabçasında yol verilmiş uyğunsuzluğun aradan qaldırılması üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə müraciət etmiş, lakin maraqlı şəxs isə hüquqmüəyyənedici sənədlərdə qeyd olunan uyğunsuzluğun aradan qaldırılması və düzəlişlərin edilməsindən sonra müraciət etməsini təklif etmişdir. Yuxarıda sadalanan normalardan göründüyü kimi belə faktın müəyyən edilməsi imkanı prosessual qanunvericilikdə təsbit olunmuşdur, lakin bu faktın müəyyən edilməsi üçün müəyyən şərtlərin olması zəruridir. Hansı ki hazırki mübahisədə həmin şərtlərin hamısı mövcuddur. Əvvəla Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin N.Nərimanov adına Neft və Qazçıxarma idarəsinin bağçılıq təsərrüfatı tərəfindən vətəndaşa verilmiş 30 yanvar 2006-cı il tarixli üzvlük kitabçasında şəxsin ata adı Feyzulla” kimi qeyd edilməklə, ərizəçinin digər rəsmi sənədlərində (şəxsiyyət vəsiqəsində, əmək kitabçasında, doğum haqqında şəhadətnaməsində və s) ata adı qrafasında qeyd olunan adı ilə düz gəlmir. İkincisi həmin sənədlər hüquqmüəyyənedici sənədlərdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Üçüncüsü sənədləri verən təşkilatın hüququ varisi tərəfindən sənəddəki səhv aradan qaldırılmamışdır. Bu səbəbdən həmin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəyə baxılması mümkündür və həmin faktın müəyyən edilməsi məhz sübutetmə ilə bağlı olan məsələdir. İş materiallarına əlavə edilmiş əmək kitabçasından, doğum haqqında şəhadətnaməsindən göründüyü kimi ərizəçinin ata adı “Feyzi”-dir,həmçinin maraqlı şəxsin nümayəndəsi də hüqüqmüyyəndici sənəd olan - üzvlük kitabçasının Ərizəçi məxsus olduğunu və həmin sənəd əsasında ərizəçiyə torpaq sahəsinin verildiyini təsdiqləyərək, ərizənin təmin edilməsini mübahisələndirməmişdir. Beləliklə məhkəmə qeyd edir ki, ərizəçinin ərizəsi hüquqmüəyyənedici sənədin ona məxsus olması hissəsində təmin edilərək, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin N.Nərimanov adına Neft və Qazçıxarma idarəsinin bağçılıq təsərrüfatı tərəfindən verilmiş 30 yanvar 2006-cı il tarixli üzvlük kitabçasının Ərizəçi aid olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməli, iddia ərizəsini hüquqmüəyyənedici sənəddə qeyd olunan şəxsin “Ərizəçi olması” na dair hissəsində rədd edir ki, belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019cu il tarixli qərarının 6.2-ci maddəsinə əsaən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, maraqlı şəxsin etirafını,hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməli, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin N.Nərimanov adına Neft və Qazçıxarma idarəsinin bağçılıq təsərrüfatı tərəfindən verilmiş 30 yanvar 2006-cı il tarixli üzvlük kitabçasının Ərizəçi aid olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməli və ərizə qalan hissədə rədd edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin N.Nərimanov adına Neft və Qazçıxarma idarəsinin bağçılıq təsərrüfatı tərəfindən verilmiş 30 yanvar 2006-cı il tarixli üzvlük kitabçasının Ərizəçi aid olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar