Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2471/2021 25.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçinun və Maraqlı şəxs nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 29.11.1987-ci ildə Bakı şəhərində anadan olmuş qızı X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, X10 29.11.1987-ci ildə Bakı şəhərində anadan olmaqla onun qızıdır. Rəna xəstə olmaqla diaqnozu “şizofreniya, paranoid forma psixi qüsur halı” olmaqla 2-ci qrup əlildir, mütəmadi olaraq müalicə olunur, kənar şəxsin qulluğuna ehtiyacı vardır. Güründüyü kimi Rənaya xüsusi qulluq olunmaqla ona kiminsə baxması zəruridir və qəyyum təyin edilməlidir. Odur ki, qızının fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. Ona görə də o, qızının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 izahat verərək bildirdi ki, iş materialları ilə tanış olmuşdur, ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə, izahatları dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X13 tərəfindən verilmiş 26.07.2021-ci il tarixli, 6143 saylı arayışdan görünür ki, X8 “şizofreniya paranoid forma, psixi qüsur halı” diaqnozu qoyulmuşdur. İş materiallarında olan X8 məxsus AZE No 16997211 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 29.11.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1, 5-ci küçə, ev 50 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Ərizəçi məxsus AZE No ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Masallı rayonunda anadan olmuşdur, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1, 5-ci küçə, ev 50 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.07.2021-ci il tarixli arayışdan görünür ki, X2 qəsəbəsi, 1-ci massiv, 5-ci küçə, ev 50 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Xİİİ-JQ seriyalı, 271032 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 29.11.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Nəbiyeva Rənanın anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının 02.10.2021-ci il tarixli, 2293 saylı rəyindən görünür ki, X7 şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. Xroniki ruhi xəstəliyi ilə əlaqədar X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Buna görə də X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X1 məhkəmədə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların) ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə ərizəçinin izahatını, yuxarıda qeyd olunan sübutları, o cümlədən ekspert rəyini və qanunvericiliyin normalarını nəzərə alaraq müəyyən edir ki, ərizəçinin 29.11.1987-ci ildə Bakı şəhərində anadan olmuş qızı X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 317 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 29.11.1987-ci ildə Bakı şəhərində anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2471/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2471/2021
25.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver