Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2482/2023 31.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi iştirakları ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1999cu il tarixdə Bakı şəhərində anadan olmuş oğlum Haqverdiyev Samir Fəqani oğlunun fəaliyyət qabiliyyəti olmyan hesab edilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1999-cu il təvəllüdlü oğlu Haqverdiyev Samir Fəqani oğlu anadan xəstə doğulmuşdur. O orta debillik dərəcəsində kəmağıllılığa görə 2-ci qrup əlildir. Ağıl zəifliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. Ona görə də qayğıya və himayəyə ehtiyacı vardır. Oğlu xəstə olduğundan onun sosial məsələlərini həll etmək məqsədi ilə aidiyyatı üzrə bir sıra dövlət orqanlarına müraciət etməli olur. Orada isə ona bildirirlər ki, onun qəyyumu və ya himayəçisi olmağın barədə sənəd təqdim eləməlisən. Sənəd təqdim edə bilmədiyindən çətinliklərlə üzləşməli olur. Bu məsələni yoluna qoymaq məqsədi ilə onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etməyini töfsiyə ediblər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyii yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli çıxarışına dair məlumatından görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Haqverdiyev Samir Fəqani oğlunun sağlamlıq imkanları məhdud olması müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2018-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatından görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Haqverdiyev Samir Fəqani oğlu müddətsiz 2-ci qrup əlildir. “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta debillik dərəcəsində kəmağıllıq davranış pozuntuları orta dərəcəli əqli gerilik” diaqnozu qoyulmuş və kənar şəxslərin ciddi nəzarət və qulluğuna ehtiyacı vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-2482/2023 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 2616 saylı ekspert rəyindən görünür ki, Haqverdiyev Samir Fəqani oğlunda Kəskin debillik dərəcəsində oliqofreniya müəyyən edilir. Bunu anamnestik məlumatlar, tibbi sənədlər (anamnestik məlumatlara ana xətti ilə irsiyyəti psixi xəstəliklərlə ağırlaşması, erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalması, yaşıdlarına nəzərən əqli inkişafda geri qalması, nitqinin qeyri-aydın olması, əqli geriliklə əlaqədar psixiatrik qeydiyyata düşərək müalicələrdədə olması, “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta debillik dərəcəsində kəmağıllıq davranış pozuntuları ilə. Orta dərəcəli əqli gerilik. Orta dərəcəli əqli gerilik” diaqnozu ilə ona müddətsiz İİ qrup əlillik təyin edilməsi, psixi vəziyyəti ilə əlaqədar hal-hazırda yaşayış yeri üzrə xəstəxanın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda olması, əqli geriliklə əlaqədar yardımçı məktəbdə beş sinif təhsil alması, davranış pozuntularının biruzə verməsi, fizioloji ifrazatları ilə natəmiz olması, narahatlığı ilə əlaqədar evdə sakitləşdirici və qoruyucu müalicəni qəbul etməsi, həmçinin hər hansı bir işi sərbəst yerinə yetirməməsi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar edilən əqli gerilik əlamətləri və s.) sübut edir.Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən.məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır:1-ci sual: xx.xx.1999-cu il təvəllüdlü Haqverdiyev Samir Fəqani hansı psixi qüsuru vardırmı?Haqverdiyev Samir Fəqani oğlunda Kəskin debillik oliqofreniya müəyyən edilir.2-ci sual: xx.xx.1999-cu il təvəllüdlü Haqverdiyev Samir Fəqani oğlu öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdirmi? 3-cü sual: xx.xx.1999-cu il təvəllüdlü Haqverdiyev Samir Fəqani oğlu fəaliyyət qabiliyyətlidirmi? 2-ci və 3-cü suallara cavab: Haqverdiyev Samir Fəqani oğlu hazırki psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də Haqverdiyev Samir Fəqani oğlu tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Haqverdiyev Samir Fəqani müəyyən edilən Kəskin debillik dərəcəsində oliqofreniya pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacıqardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin övladı olan xx.xx.1999-cu il təvəllüdlü Haqverdiyev Samir Fəqani oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1999-cu il təvəllüdlü Haqverdiyev Samir Fəqani oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2482/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2482/2023
31.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver