Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2498/2020 12.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Həsənzadə Zöhrə Ədalət qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum akt qeydində düzəliş edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ЕТDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum akt qeydində düzəliş edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus doğum akt qeydində düzəliş edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi, yeni doğum haqqında şəhadətnamə verilərkən təvəllüdü xx.xx.1952-ci il, doğulduğu yer Laçın rayonu, Əhmədli kəndi, soyadı “Rəhimov”, adı “İnqilab”, ata adı “Əhliman”, ata qrafasında “X5”, ana qrafasında “X12”, milliyətləri azərbaycanlı kimi qeyd olunmaqla ərizəçiyə yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, o, şəxsiyyət vəsiqəsində qeyd olunduğu kimi xx xxx 1952-ci il tarixdə Laçın rayonu, Əhmədli kəndində anadan olmuşdur. Onun bütün sənədlərdə adı Ərizəçi kimi qeyd edilmişdir. Hazırda doğum haqqında şəhadətnaməsi itmişdir və yeni doğum haqqında şəhadətnamə almaq istədikdə ona doğum haqqında akt qeydində bəzi qrammatik səhvlərin olduğu, adının İngilab, ata adının Əhlman, ana adının Qənurə Məmi qızı kimi yazıldığı bildirilmişdir. Hazırda şəxsiyyət vəsiqəsində, hərbi biletində və digər sənədlərdə adı, soyadı və ata adı X2, anası X3 göstərilmişdir. Doğum haqqında akt qeydində düzəliş edilməsi barədə qeydiyyat şöbəsinə müraciət etsə də, şöbə ona düzəlişin yalnız məhkəmə qaydasında mümkün olduğunu bildirmişdir. Bu səbəbdən o, məcburiyyət qarşısında qalaraq ərizə ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. O, özü də Laçın rayonu, Əhmədli kəndində anadan olmuşdur. Ərizəçi xx xxx 1952-ci il tarixdə Laçın rayonu, Əhmədli kəndində anadan olmuşdur. Ailədə 4 uşaq olmuşlar. Hazırda onlardan üçü sağdır. X1, anaları X8r. Onun doğum haqqında şəhadətnaməsi qalmışdır, onun və bacısının şəhadətnaməsində ata qrafasında X5, ana qrafasında X12, milliyətləri azərbaycanlı kimi qeyd olunmuşdur, Ərizəçi doğum haqqında şəhadətnaməsi isə itmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X14 ifadə verərək bildirdi ki, ərizəçi onun qohumu və həmyerlisidir. O, özü də Laçın rayonu, Əhmədli kəndində anadan olmuşdur, Ərizəçi isə xx xxx 1952-ci il tarixdə Laçın rayonu, Əhmədli kəndində anadan olmuşdur, ailədə 4 uşaq olmuşlar. X1, anaları X12, milliyətləri azərbaycanlıdır. Məhkəmə iş materiallarını araşdırıb, izahatları və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə Laçın rayonu, Əhmədli kəndində anadan olmuşdur. İş materiallarında NZ seriyalı, 262968 nömrəli hərbi biletin surətindən görünür ki, Ərizəçi Laçın rayonu, Əhmədli kəndində anadan olmuş, həqiqi hərbi xidmət keçmişdir və milliyəti azərbaycanlıdır. İş materiallarında olan İ-JQ seriyalı, 444122 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Ərizəçi xx.xx.1977-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 152 saylı Mənzil- Kommunal İsitsmar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1214 saylı arayışdan görünür ki, Ərizəçi Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev 39, 8 saylı mənzildə yaşayır və qeydiyyatdadır. İş materiallarında olan İ-İE seriyalı, 073822 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1956-cı il tarixdə Laçın rayonu, Əhmədli kəndində anadan olmuşdur. Rəhimova Dilbərin anası X12, milliyəti azərbaycanlıdır. İş materiallarında olan İ-İE seriyalı, 217588 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1950-ci il tarixdə Laçın rayonu, Əhmədli kəndində anadan olmuşdur. Rəhimova İlahənin atası X5, anası X12, milliyətləri azərbaycanlıdır. İş materiallarında olan AZ seriyalı, 292357 nömrəli attestatın surətindən görünür ki, Ərizəçi 1969-cu ildə Laçın rayonu, Əhmədli kəndində orta təhsilini tamamlamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən, doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.1-ci bəndinə əsasən, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Həmin Qaydaların 2.8-ci bəndinə əsasən, doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat müəyyən edilmiş qaydada yazılır. Beləliklə, iş üzrə sübutlara, o cümlədən izahatlara, şahidlərin ifadələrinə, iş materiallarında olan yazılı sübutlara əsasən ərizəçinin adının “İnqilab”, soyadının “Rəhimov”, ata adının “Əhliman”, atasının “X5”, anasının “X12” olması faktı müəyyən olunur. Ona görə də həm ictimai mənafe üçün, həm də vətəndaşın şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə ərizə əsaslı hesab olunaraq təmin edilməli, ərizəçinin doğum akt qeydində düzəliş edilməli və onun adına yeni doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxx 1952-ci il tarixdə Laçın rayonu, Əhmədli kəndində anadan olmuş Ərizəçi doğum akt qeydində düzəliş edilərək, adının “İnqilab”, soyadının “Rəhimov”, ata adının “Əhliman”, atasının “X5”, anasının “X12”, milliyyətlərinin azərbaycanlı olduğu qeyd edilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2498/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2498/2020
12.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver