Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2500/2021 04.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Əsədov Kamran Bağır oğlu, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh1 MMC-nin faktiki rəhbəri Cavabdeh2, Cavabdeh1 MMC-nin faktiki rəhbəri Cavabdeh3, “İncili Beton” zavoduna, “Lyuks Monolit - Mingəçevir”ə, "xxxx" MMC-yə, Cavabdeh7 MMC-yə, Cavabdeh8 MMC-yə və qeyrilərinə qarşı İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında 07.01.2015-ci il tarixdə bağlanmış “tapşırıq müqaviləsinə “əsasən vəkalət alan yəni Cavabdeh1 MMC, "xxxx" ASC və Greenroom MMC arasında bağlanan 07.01.2015-ci il tarixli, 2015/ASM /94 (Qoşmada) saylı sement məhsullarının alğı-satqı müqaviləsinə əsasən İddiaçı MMC adından, "xxxx" ASC-dən qəbul etdikləri sement məhsullarını topdan satış, fiziki şəxslər və Beton zavodlarına paylanması nəticəsində Cəmiyyətə və "xxxx" ASC-yə vurulmuş ziyanın ödənilməsi və Dövlət Büdcəsindən mənimsənilmiş külli miqdarda vəsaitlərin geri qaytarılmasına dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı MMC cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh1 MMC-nin faktiki rəhbəri Cavabdeh2, Cavabdeh1 MMC-nin faktiki rəhbəri Cavabdeh3, “İncili Beton” zavoduna, “Lyuks Monolit - Mingəçevir”ə, "xxxx" MMC-yə, Cavabdeh7 MMC-yə, Cavabdeh8 MMC-yə və qeyrilərinə qarşı İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında 07.01.2015-ci il tarixdə bağlanmış “tapşırıq müqaviləsinə “əsasən vəkalət alan yəni Cavabdeh1 MMC, "xxxx" ASC və Greenroom MMC arasında bağlanan 07.01.2015-ci il tarixli, 2015/ASM /94 (Qoşmada) saylı sement məhsullarının alğı-satqı müqaviləsinə əsasən İddiaçı MMC adından, "xxxx" ASC-dən qəbul etdikləri sement məhsullarını topdan satış, fiziki şəxslər və Beton zavodlarına paylanması nəticəsində Cəmiyyətə və "xxxx" ASC-yə vurulmuş ziyanın ödənilməsi və Dövlət Büdcəsindən mənimsənilmiş külli miqdarda vəsaitlərin geri qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə ərizə icraata qəbul edilməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, hesab edirəm ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə (kommersiya mübahisəsi) olduğundan həmin işə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 267-268-ci maddəsinə əsasən, QƏRARA ALDİM: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh1 MMC-nin faktiki rəhbəri Cavabdeh2, Cavabdeh1 MMC-nin faktiki rəhbəri Cavabdeh3, “İncili Beton” zavoduna, “Lyuks Monolit - Mingəçevir”ə, "xxxx" MMC-yə, Cavabdeh7 MMC-yə, Cavabdeh8 MMC-yə və qeyrilərinə qarşı İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında 07.01.2015-ci il tarixdə bağlanmış “tapşırıq müqaviləsinə “əsasən vəkalət alan yəni Cavabdeh1 MMC, "xxxx" ASC və Greenroom MMC arasında bağlanan 07.01.2015-ci il tarixli, 2015/ASM /94 (Qoşmada) saylı sement məhsullarının alğı-satqı müqaviləsinə əsasən İddiaçı MMC adından, "xxxx" ASC-dən qəbul etdikləri sement məhsullarını topdan satış, fiziki şəxslər və Beton zavodlarına paylanması nəticəsində Cəmiyyətə və "xxxx" ASC-yə vurulmuş ziyanın ödənilməsi və Dövlət Büdcəsindən mənimsənilmiş külli miqdarda vəsaitlərin geri qaytarılmasına dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2500/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2500/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver