Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2503/2023 05.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs Başçısının 24 fevral 2000-ci il tarixli 146 saylı sərəncamının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Maraqlı şəxs Başçısının 24 fevral 2000-ci il tarixli 146 saylı sərəncamına əsasən ona fərdi yaşayış evinin tikintiki üçün Qaradağ rayonu, Lökbatan qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam dövlət arxivində öz əksini tapmışdır. Sərəncamla ayrılmış torpaq sahəsində ev tikmiş və hazırda da öz əksini tapmışdır. Onun ata adı Meyiş olsa da Sərəncamda Məyiş kimi yazılmışdır. Onun bütün sənədlərində ata adı Meyişdir. Hazırda həmin torpaq sahəsini sənədləşdirmək istəyir, lakin ata adının adında olan uyğunsuzluğa görə torpağın sənədləşdirilməsi mümkün olmamışdır. Hazırki hüquqi faktın müəyyən edilməsi ona torpaq sahəsini sənədləşdirmək üçün lazımdır. Həmin sərəncam hüquqmüəyyənedici sənəddir, torpağın sənədləşdirilməsi üçün əsasdır və o bunu başqa yolla təsdiq edə bilmir. Həmin sənədə olan uyğunsuzluğun düzəldilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, düzəliş onlar tərəfindən düzəliş edilməmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və bildirdi ki, sərəncamda ata adında olan yanlışlıqlara görə torpaq sahəsini sənədləşdirə bilmir. Göstərilənlərə əsasən ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək, öz izahatında keçmiş sənəd olduğu üçün imtina etdiklərini və ərizənin təmin olunmasına etirazı olmadığını bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan İİ-ЖГ 286251 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X2 arasında nikah xx.xx.1979-cu il tarixdə qeydə alınmışdır. İşdə olan, AA******* nömrəli, FİN xxxxxxx şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının xx.xx.2000-ci il tarixli 227146№-li Sərəncamına əsasən, Bakı şəhər İcrakomunun xx.xx.1989-cu il tarixli 13/713 saylı qərarına müvafiq olaraq Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 14, mənzil 33-də yaşayan Ərizəçi Məyiş qızına fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən 600.0 kv.m torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmışdır. Ərizəçi qeyd edilən sərəncamın özünə məxsus olmasının müəyyən edilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, Azərbaycan Respublikası Bakı şəhəri Maraqlı şəxs Başçısının Müavininin xx.xx.2023-cü il tarixli, 5-13/1-H-21-/2-091/2-t/1/23 nömrəli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını müəyyən edir. Bununla əlaqədar məhkəmə orqanlarına müraciət etmək ərizəçiyə tövsiyyə edilmişdir. Bundan sonra ərizəçi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, xx.xx.2000-ci il tarixli 146 №-li Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının Sərəncamında qeyd edilmiş hüquq sahibinin ata adı ilə (“Məyiş”) onun şəxsiyyətini təsdiq edən sənnəddə göstərilən ata adı (“Meyiş”) arasında fərq olduğu aşkar edilmiş, həmin sənəd hüquqmüəyyənedici sənəd olmaqla, sənədin Ərizəçi məxsus olmasının müəyyən edilməsi barədə ərizəçinin müraciətindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən imtina edilmişdir. Göründüyü kimi, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Lökbatan qəsəbəsində 600.0 kv.metr torpaq sahəsinə dair xx.xx.2000-ci il tarixli 146 №-li Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının Sərəncamında Ərizəçi məxsus olması halı öz təsdiqini tapmışdır. Ona görə də, məhkəmə hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs Başçısının xx.xx.2000-ci il tarixli 146 saylı sərəncamının Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının xx.xx.2000-ci il tarixli 146 saylı sərəncamının Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-2503/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2503/2023
05.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver