Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-251/2024 13.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs iş üzrə maraqlı şəxs qismində qeyd etməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi İbadova X1 Rayon İcra Hakimiyyətini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcrayə Komitəsi XDS tərəfindən verilmiş 22 sentyabr 1977-ci il tarixli 159664 saylı orderin X6 aid olmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 16 yanvar 2024-cü il tarixdə iddia tələbinə dəqiqləşdirmə verərək, Bakı şəhəri İcrayə Komitəsi XDS tərəfindən verilmiş X7 məxsus 22 sentyabr 1977-ci il tarixli 159664 saylı orderin Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 2ənzilinə aid olmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X7 ilə 21 may 1971-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Şahnəzərlə birgə yaşadığı müddət ərzində Bakı şəhər İK XDS 22 sentyabr 1977-ci il tarixli 159664 saylı orderinə əsasən X3na Bakı şəhəri hazırkı ünvan 1 evin 32 saylı ünvanda yerləşən 3 otaqlı mənzil vermişlər. Mənzilin orderinə ailə üzvü kimi mən və oğlum İbadov Elxan qeyd edilmişdir. 1978-ci ildən ailə üzvüləri ilə birlikdə həmin evdə qeydiyyatda olmaqla yaşayırlar. X3 15 oktyabr 2016-cı il tarixdə vəfat etmişdir. Hazırda həmin mənzili özəlləşdirmək istəyirlər, lakin müəyyən edilmişdirki, evin orderində bina 44 əvəzinə 50 yazılmışdır. Əslində onların binası 44 saylı olmaqla 50 saylı bina ilə heç bir əlaqəsi yoxdur. Orderdə binanın səhv yazılması səbəbindən, yəni sənədlərdə olan uyğunsuzluğa görə evi özəlləşdirə bilmirlər. Hazırkı hüquqi faktın müəyyən edilməsi onlara evin özəlləşdirilməsi üçün lazımdır. Həmin order hüquqmüəyyənedici sənəddir, evin özəlləşdirilməsi üçün əsasdır və o ,bunu başqa yolla təsdiq edə bilmir. Həmin sənəddə olan uyğunsuzluğun düzəldilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də düzəliş onlar tərəfindən edilməmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir.Bu səbəbdən də məhkəməyə müraciət edir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi.Əlavə olaraq qeyd edir ki, ev orderlə onun rəhmətlik həyat yoldaşına verilmişdir, 1978-ci il tarixdən həmin ünvanlı evdə yaşayaraq, qeydiyyatdadırlar.Hazırda evi adına özəlləşdirmək isyətirlər lakin sənəddə olan texniki səhvə yol verildiyindən onun mülkiyyət hüquqlarının həyata keçirilməsi qeyri mümkün olmuşdur. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahatında qeyd etmişdir ki, sənəddə texnik səhvə yol verilmişdir. Ona görə ərizənin təmin edilməsinə etiraz etmirlər.Düzəliş edilməlidir ki, vətəndaş mülkiyyət hüquqlarını həyata keçırə bilsin. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixdə verilmiş A-İ seriyalı, 827490 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür, X7 xx.xx.2016-cı il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixində 491 nömrəsi ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı 02310855 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X7 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 2ənzil ünvanında qeydiyyatda olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 2ənzil ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AЗ seriyalı 198811 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki,X7 ilə Ərizəçi arasında nikah xx.xx.1971-ci il tarixdə 106 saylı akt ilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, Ərizəçi üvanladığı məktubdan görünür ki, müvafiq məsələ ilə bağlı məhkməyə müraciət olunması tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri X4 İcrayə Komitəsinin 15966 saylı xx.xx.1977-ci il tarixli orderindən görünür ki, Bakı şəhəri, Ələt qəsəbəsində 3 (üç) otaqlı, Blok 3, mərtəbə 4, ev nömrəsi 32, 50 saylı mənzil (35,72 kv.m) 3 nəfər ailə üzvü tərkibdə olmaqla X6 verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentin 127 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 250 nömrəli arayışından görünür ki, Ərizəçi Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 2ənzil ünvanında qeydiyyatda olmaqla ailə tərkibi ilə birlikdə yaşayır. Tətbiq edilən normalar: Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri Qaradağ rayon X2 İcrayə Komitəsinin 159664 saylı xx.xx.1977-ci il tarixli orderində vətəndaşa verilmiş mənzilin ünvanı yanlış qeyd edildiyindən hüquqmüəyyənedici sənədlərdə uyğunsuzluq yaranmışdır.Ərizəçi qeyd olunan mənzilin özəlləşdirilməsi üçün müraciət etdikdə məlum olur ki, hüquqmüəyyənedici sənədlərdə uyğunsuzuq aşkar edilmişdir. Bu məsələ ilə bağlı ərizəçi uyğunsuzluğa yol verilmiş sənədi vermiş orqanamaraqlı şəxsə müraciət etmiş, lakin Maraqlı şəxs isə hüquqmüəyyənedici sənədlərdə qeyd olunan uyğunsuzluğun aradan qaldırılması və düzəlişlərin edilməsindən sonra müraciət etməsini təklif etmişdir. Hazırki faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün lazımdır. Yuxarıda sadalanan normalardan göründüyü kimi belə faktın müəyyən edilməsi imkanı prosessual qanunvericilikdə təsbit olunmuşdur, lakin bu faktın müəyyən edilməsi üçün müəyyən şərtlərin olması zəruridir. Hansı ki hazırki mübahisədə həmin şərtlərin hamısı mövcuddur. Əvvəla Bakı şəhəri Qaradağ rayon X2 İcrayə Komitəsinin 159664 saylı xx.xx.1977-ci il tarixli orderində isə “Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 50 saylı evin 32 saylı mənzili qeyd edilməklə, ərizəçinin şəxsiyyət vəsiqəsinə uyğun qeydiyyatda olduğu və faktiki yaşadığı mənzilin ünvanı ilə düz gəlmir. İkincisi həmin sənədlər hüquqmüəyyənedici sənədlərdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Üçüncüsü sənədləri verən təşkilatın hüququ varisi tərəfindən sənəddəki səhv aradan qaldırılmamışdır. Bu səbəbdən həmin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəyə baxılması mümkündür və həmin faktın müəyyən edilməsi məhz sübutetmə ilə bağlı olan məsələdir.Hüqüqmüyyəndici sənədlərin verildiyi şəxs olan- X7 isə ərizəçinin həyat yoldaşıdır. Həmçinin, Mənzil Kommunal İstismar Sahəsinin arayışından, X5 və ərizəçinin şəxsiyyət vəsiqələrindən görünür ki, onlar Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 3 ünvanda yaşayırlar. Bununla da təsdiq olunur ki, şəxsin hüquqmüəyyənedici sənədlərdə qeyd edilən ünvan- Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 50 saylı evin 32 saylı mənzilinə aiddir. Odur ki, ərizə əsaslı hesab edilməli və hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri İcrayə Komitəsi XDS tərəfindən verilmiş X7 məxsus 22 sentyabr 1977-ci il tarixli 159664 saylı orderin Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 2ənzilinə aid olmasının müəyyən edilməsinə məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri İcrayə Komitəsi XDS tərəfindən verilmiş X7 məxsus 22 sentyabr 1977-ci il tarixli 159664 saylı orderin Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 2ənzilinə aid olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-251/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-251/2024
13.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver