Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2524/2023 02.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, X6 iclas katibliyi ilə, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа xüsusi icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən, X4, X7, X11 oğlunun saxlanılması üçün hər ayın sonuncu həftəsi 2000 (iki min) AZN məbləğində müəyyən edilmiş alimentin cavabdeh Maraqlı şəxs məcburi qaydada tutulub iddiaçı Ərizəçi verilməsi barədə xx.xx.2022-ci il tarixli Barışıq sazişini təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Bildirirəm ki, Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsi tərəfindənverilmişxx.xx.2008-ci il tarixli, AZ İ 383272 saylı nikah haqqında şəhadətnaməyə əsasən Maraqlı şəxs və Ərizəçi xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 134 nömrə ilə qeyd edilmişdir.xx.xx.2009-cu il tarixli, AZ-İİ Nº364915 saylı doğum haqqında şəhadətnaməyə əsasən qeyd edə bilərik ki, Maraqlı şəxs və Ərizəçi qızının birgə nikahından xx.xx.2008-ci il tarixdə X4 anadan olmuşdur. xx.xx.2010-cu il tarixli, AZ-İİ No441812 saylı doğum haqqında şəhadətnaməyə əsasən qeyd edə bilərik ki, Maraqlı şəxs və Ərizəçi qızının birgə nikahından xx.xx.2010-cu il tarixdə X7 anadan olmuşdur. xx.xx.2014-cü il tarixli, AZ-İİİ No273933 saylı doğum haqqında şəhadətnaməyə əsasən qeyd edə bilərik ki, Maraqlı şəxs və Ərizəçi birgə nikahından xx.xx.2014-cü il tarixdə X8 anadan olmuşdur. Tərəflərin ailə münasibətləri pisləşdiyi və birgə yaşayışları qeyri-mümkün olduğu üçün boşanma qərarına gəlmişlər. xx.xx.2022-ci il tarixli Barışıq Sazişinə əsasən Maraqlı şəxs və Ərizəçi aralarında bağlanmış nikahın pozulmasına razılaşdılar, tərəflər övladları xx.xx.2009-cu il tarixində anadan olmuş Bilalova Bilqeys Emil qızı, xx.xx.2010-cu il tarixdə anadan olmuş X7 və xx.xx.2014-cü ildə anadan olmuş X5 ana Ərizəçi Fəxrəddin qızının himayəsində saxlanmasına razılaşdılar. Tərəflər razılaşdılar ki, ata Maraqlı şəxs övladları xx.xx.2009-cu il tarixdə anadan olmuş Bilalova Bilqeys Emil qızı, xx.xx.2010-cu il tarixdə anadan olmuş X7 və xx.xx.2014-cü ildə anadan olmuş X1 üçün hər ayın sonuncu həftəsi 2000 (iki min) AZN məbləğində alimenti ikinci tərəf Bilalova Aynurə Fəxrəddin qızına məxsus bank hesabına ödəyəcək; 4. Tərəflər ata Bilalov Emil Tofiq oğlunun övladları ilə istədiyi vaxt və istədiyi müddətdə görüşməsinə razılaşdılar; 5. Tərəflər bir-birlərinə qarşı əmlak tələb etməyəcəklərinə razılaşdılar. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-417/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon qeydiyyat Söbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZ İ 383272 saylı nikah haqqında şəhadətnamə ilə rəsmiləşdirilmiş nikahın pozulmas qət olunmuşdur. Qeyd edək ki, cavabdeh Maraqlı şəxs nikah pozulduqdansonraxx.xx.2022-ci il tarixli Barışıq sazişiylə müəyyənləşdirilmiş üzərinə götürülmüş aliment öhdəliyini icra etməmişdir. Belə ki, cavabdehin götürdüyü öhdəliyə əsasən o, övladları X4, X7, X5 saxlanılması üçün hər ayın sonuncu həftəsi 2000 (iki min) AZN məbləğində alimenti iddiaçı Ərizəçi məxsus bank hesabına ödəməli idi. Ərizəçi vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak edərək, öz izahatında iddia tələbini müdafiə edərək, öz izahatında cavabdehin əvvəl aylarda alimenti ödəsə də, son aylarda ödəmədiyini, bu halın isə hüquqlarını müdafiə etdiyi şəxsin narazılığına, hüquqlarının pozulmasına səbəb olduğunu bildirərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar. Maraqlı şəxs və Ərizəçi aralarında bağlanmış nikahın pozulmasına; tərəflər övladları xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü təvəllüdlü X5 ana Ərizəçi himayəsində saxlanmasına; Maraqlı şəxs övladları xx.xx.2009-cu il tarixdə anadan olmuş X4, xx.xx.2010-cu il tarixdə anadan olmuş X7 və xx.xx.2014-cü ildə anadan olmuş X1 üçün hər ayın sonuncu həftəsi 2000 (iki min) AZN məbləğində alimenti ikinci tərəf Bilalova Aynurə Fəxrəddin qızına məxsus bank hesabına ödənilməsinə; Maraqlı şəxs övladları ilə istədiyi vaxt və istədiyi müddətdə görüşməsinə; tərəflərin bir-birlərinə qarşı əmlak tələb etməyəcəklərinə dair razılaşmışdılar. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahından üç uşaqları – xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014cü təvəllüdlü X5 hazırda yetkinlik yaşına çatmamışdır. xx.xx.2022-ci il tarixdə Ərizəçi və Maraqlı şəxs arasında keçirilmiş mediasiya prosesində nəticəsində onlar arasında barışıq sazişi imzalanmış, sazişin şərtlərinə görə Maraqlı şəxs hər ayın sonuncu həftəsi xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər 2000 (iki min) AZN sabit pul məbləğində alimenti Ərizəçi xeyrinə onun təqdim etdiyi bank kartı hesabına ödəməyi öz öhdəsinə götürmüşdür. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə alimentlə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Qeyd edilməlidir ki, sazişin şərtləri sazişi bağlayan tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tərəflərdən birindən digərinin xeyrinə aliment tutulması ilə bağlıdır ki, bu şərtlər tamamilə qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur.Bu baxımdan məhkəmə uşağın mənafeyini əsas götürərək, mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməsi nəticəsinə gəlir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2- 1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Barşıq sazişi” təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Barışıq sazişi” aşağıdakı şərtlərlə təsdiq edilsin: xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayın sonuncu həftəsi 2000 (iki min) manat sabit pul məbləğində aliment Maraqlı şəxs məcburi qaydada tutularaq Ərizəçi xeyrinə ödənilsin”. Alimentin vaxtı xx.xx.2022-ci il tarixdən hesablansın. Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixli barışıq sazişinin şərtləri üzrə indiyədək icra etdiyi öhdəliyi (ödədiyi alimentin məbləğləri) nəzərə alınsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2524/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2524/2023
02.08.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver