Məhkəmə qərarları › İş №2(002)-253/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-253/2021

02.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-253/2021 02.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (qızı) X7, Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X2 iştirakları ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu, xx.xx.1991-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki,. X10 onun qızıdır və xx xxxxx 1991-ci ildə doğulmuşdur. Qızı Ofeliya onunla birlikdə Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 25 mənzil 5 ünvanında yaşayır. X10 ruhi xəstə olmaqla müddətsiz ikinci qrup əlildir, Ofeliyaya o baxır, əmək qabiliyyətsiz olmaqla kənar şəxsin qulluğuna ehtiyacı vardır. Göründüyü kimi qızına xüsusi qulluq olmaqla Ofeliyaya kiminsə baxması zəruridir və Ofeliyaya qəyyum təyin edilməlidir. Odur ki, qızı X4 fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. Hazırda qızının fəaliyyət qabiliyyət olmamasını müəyyən etdirmək ona Ofeliyaya qəyyum olunması üçün lazımdır. AR MPM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Ərizəçi nümayəndəsi X11 məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ərizənin təmin edilib edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş XİV-JQ seriyalı 497204 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1991-ci il təvəlüdlü X4 atasının adı Ərizəçidur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı ******** və 16339521 nömrəli şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.1962-ci il təvəlüdlü Ərizəçi və xx.xx.1991-ci il təvəlüdlü X4 yaşayış yerləri Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 25, mənzil 5-dir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AR Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin xx xxxxx 2017-ci il tarixli arayışından görünür ki, xx.xx.1991-cı il təvəlüdlü X6 ağır dərəcəli kəmağıllılıq, kobud nitq və davranış pozuntulari ilə F72.1 diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş X12 xx.xx.2020-ci il tarixli çıxarışından görünür ki, xx.xx.1991-cı il təvəlüdlü X10 2-ci dərəcəli əlildir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən göründüyü kimi, Ərizəçi xx.xx.1991-cı il təvəlüdlü X4 atasıdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-2539/2020 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 2358 saylı ekspert rəyindən görünür ki, X5 AĞİR DƏRƏCƏLİ KƏMAĞİLLİQ (KƏSKİN NƏZƏRƏÇARPAN İMBESİLLİK DƏRƏCƏSİNDƏ OLİQOFRENİYA) NİTQ VƏ DAVRANİŞ POZUNTULARİ İLƏ aşkar olunur. Bunu anamnestik məlumatlar - erkən yaşlarından psixi inkişafda geri qalması, X3 və 2 nömrəli X1 müalicə olunması, X9 müayinə olunarkən yuxarıda göstərilən diaqnozun təyin olunması, İİ qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - ünsiyyətə çətin daxil olması, sualları başa düşə bilməməsi, söz ehtiyatının kasadlığı, təfəkkürünün konkretliyi, abstraktlaşdırma qabiliyyətinin olmaması, davranışı üzərində nəzarətinin zəifləməsi, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyriadekvatlığı, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır:1ci sual: X4 hər hansı psixi qüsuru vardırmı?Cavab: X5 ağır dərəcəli kəmağıllıq (kəskin nəzərəçarpan imbesillik dərəcəsində oliqofreniya) nitq və davranış pozuntulari ilə aşkar olunur.2-ci sual: X4 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdirmi?Cavab: X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.3-cü sual: X4 fəaliyyət qabiliyyətlidirmi?Cavab: X10 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacıqardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin qızı olan xx.xx.1991-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1991-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar