Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2563/2024 15.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən tərtib olunmuş, xx.xx.2024-cü il tarixli ******* №li Akta əsasən, ünvan 1 ünvanında **********00000 nömrəli sayğaca müdaxilə olunub, qaz itkisi 6480 m3 hesablanmışdır.
2. Cavabdeh tərəfindən xx.xx.2024-cü il üzrə üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2024-cü il tarixli 0444 nömrəli Aktına əsasən G-4 markalı 12528289 nömrəli sayğacın hesablama müxanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olundu. xx.xx.2024-cü il tarixli təbii X2nın pozulması haqqında ******* nömrəli akta əsasən **********00000 saylı abonent İddiaçı 6480 m3 qaz sərfiyyatına uyğun dəymiş ziyan həcmi hesablanmışdır.
3. İddiaçı (abonent **********00000) məxsus saldo məlumatlarına əsasən, ünvan 1 GCZ-G-4 Diafraqma sayğac qurğusu üzrə istehlakçının 2022-ci il üzrə 27.60 manat, 2024-cü il üzrə 777.60 manat, cəəmi 2282,84 manat məbləğində borcu vardır.
4. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının 3-15-2-1/2-1795/2024 saylı xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən İddiaçı (abonent kodu **********00000) məxsus mənzilin qaz xətti üzərində olan G-4 markalı 1202AQ**********8 nömrəli smart-kart tipli qaz sayğacının ekranı söndüyü və qazı buraxmadığı üçün xx.xx.2020-ci il tarixində "Azəriqaz” İBnin əməkdaşları tərəfindən çıxarılaraq əvəzinə G-4 markalı 12528289 nömrəli mexaniki qaz sayğacı quraşdırılmışdır. Çıxarılan G-4 markalı 1202AQ**********8 nömrəli smart-kart tipli qaz sayğacı "Azəriqaz” İB-nin müayinə laboratoriyasında yoxlanılmış, sayğacın elementinin bitdiyi və sayğacdan qazın keçməsi, lakin mexanizmin hesabatı qeyd etməməsi barədə rəy verilmişdir. Halbuki, sayğac qaz buraxmadığı üçün qaz xəttindən çıxarılaraq əvəzinə yeni sayğac quraşdırılmışdır. Verilmiş rəyə istinadən "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən 138 m³ həcmində 27,60 manat məbləğində itirilmiş qaz hesablanaraq 2020-ci ilin iyun ayında abonentin hesabına işlənilmişdir. Bununla bağlı tərtib edilmiş xx.xx.2020-ci il tarixli 10036/35 nömrəli aktda günlərin sayı göstərilməmiş, aktda istehlakçının (İddiaçı) ad və soyadı qeyd olunsa da, imzadan imtina etdiyi qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixədək dövr ərzində G-4 markalı 12528289 nömrəli mexaniki qaz sayğacı istismarda olmuş və mənzildə istifadə edilən qazın hesabatı sayğacın göstəricisi esasında aparılmışdır. xx.xx.2024-cü il tarixində qaz xəttində istismarda olan G-4 markalı 12528289 nömrəli mexaniki qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi məqsədilə "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən qaz xəttindən çıxarılaraq yeni G-4 markalı GCZ0041015 nömrəli mexaniki sayğac quraşdırılmış və bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. Aktda çıxarılan sayğacın gövdədən qopub aralandığı barədə qeyd edilmiş və istehlakçının nümayəndəsi (İddiaçı) tərəfindən akt imzalanmışdır. G-4 markalı 12528289 nömrəli mexaniki qaz sayğacı laboratoriyada yoxlanıldıqdan sonra sayğaca müdaxilə olunması barədə rəy verilmiş və bu rəy əsasında "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən maksimal qaz serfi 6 m³/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (6x12x90-6480) 6480 m³ həcmində 777,60 manat dəyərində itirilmiş qaz hesablanaraq 2024-cü ilin aprel ayında abonentin hesabına daxil edilmişdir. Bununla bağlı bildiririk ki, "X2"nın (bundan sonra - Qaydalar) 4.8-ci bəndinə əsasən, Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 6.5-ci bəndinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Toplanmış sənədlərdən məlum olmuşdur ki, "X2"nın tələblərinə əməl olunmadan, sayğaca istehlakçı tərəfindən müdaxilə edilməsi və qazın talanmasında istehlakçının təqsirli olması sübuta yetirilmədən 2020-ci ilin iyun ayında 27,60 manat, 2024-cü ilin aprel ayında isə 777,60 manat məbləğində borc hesablanaraq abonentin hesabına işlənilmişdir. Abonentin saldosu təhlil olunarkən həmçinin məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixinə abonentin ümumi borcu 2289,09 manat təşkil edir. Bundan 805,20 manat (27,60 +777,60 = 805,20) qaz sayğacına görə qaz paylayıcısı tərəfindən əlavə hesablanmış qaz həcminin dəyəridir, qalan 1483,89 manat məbləğ sayğac göstəricisi əsasında istehlak edilən və abonent tərəfindən ödənilməyən qaz həcminin dəyəridir. İddia tələbi
5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29 aprel 2024-cü il tarixli ******* saylı akt əsasında və sayğacın mənfiyə işləməsinə görə onun **********00000 saylı istehlakçı hesabına əsassız yazılmış 2282.84 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Oktyabrın 70 illiyi küçəsində yerləşən 10 saylı mənzilində ailəsi ilə birlikdə yaşayır. Qeyd edilən yaşayış evi ona məxsusdur və həmin evə Cavabdeh İB tərəfindən qaz xətti çəkilmiş və onunla “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasıda alqı-satqısı barədə” Müqavilə imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən onların ünvanda qaz sayğacı quraşdırılmışdır. Onlar hər ay mütəmadi olaraq işlətdiyi qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin Cavabdeh İB-in əməkdaşları tərəfindən 29 aprel 2024-cü il tarixində onun adına ******* saylı “Təbii X2nın pozulması haqqında” Akt tərtib edərək güya onun təbii qazdan qaz sayğacına müdaxilə edərək qeyri-qanuni istifadə etdiyini qeyd etmişlər. Bundan əlavə qaz sayğacı mənfiyə işlədiyini bildirmişdir. Akt tərtib edilərkən onun iştirakı təmin olunmayıb və heç bir akt ona təqdim edilməmişdir. Akta əsaəsn onun ünvanına həmin tarixə 777.60 manat, bundan əlavə isə qaz sayğacı güya mənfiyə işlədiyi üçün də, 1505.24 manat əlavə borc hesablamışdır. Ümumilikdə 2282.84 manat əsassız borc onun **********00000 saylı istehlakçı hesabına borc kimi qeyd edilmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
7. İddiaçı tələbin hüququ əsası kimi “İstehlakçıların müdafiəsi haqqında” xx.xx.1995-ci il tarixli Qanunun 13-cü maddəsinin 8-ci bəndinə, 17-ci, 26-cı maddələrinə; “Qaz təchizatı haqqında” Qanunun 11-ci maddəsi, 12-ci maddəsinin 5-ci bənidnə, 12-ci maddəsinin 6-cı bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad etmişdir. İddiaya etiraz
8. Cavabdeh İB iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, İddia tələbinin əsasını sayğac göstəricisi üzrə 1505,24 manat borcun və dəymiş ziyana görə xx.xx.2024-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 777,6 manat pulun silinməsi təşkil edir. Abonent saldosuna əsasən mübahisələndirilən borc aşağıdakı qaydada hesablanmışdır: 2022-ci il üzrə sayğac göstəricisi üzrə sərfiyyat borcu 388,74 manat (83,74+311,2+33,8=388,74) 2023-2024-cü ilin iyun ayına kimi sərf edilən məbləğ: 2782,5 manat (1776,95+35,05+955,53+14,97=2782,5) xx.xx.2024-cü il tarixdə ******* nömrəli akta əsasən dəymiş ziyana görə hesablanmış 777,6 manat 2023-2024-cü ilin iyun ayına kimi ödənilən məbləğ: 1666 manat (563+1103=1666) (388,74+2782,5+777,6)-1666=2282,84 İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində X1 nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqlarında fiziki təsir nəticəsində əzik cızıq izləri aşkar edilmiş və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə X1 nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2024-cü il tarixdə ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə 777,6 manat borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Eyni zamanda iddiaçının yuxarıda qeyd edildiyi kimi sayğac göstəricisi üzrə istifadə etdiyi halda ödəməkdən yayınmaq üçün iddia ərizəsində mənfiyə hesablanma kimi göstərdiyi 1505,24 manat sərfiyyat borcu mövcuddur. İddiaçı iddia ərizəsində sayğaca müdaxilə nəticəsində və sayğacın mənfiyə işləməsi nəticəsində borcun ona hesablandığını göstərmişdir. Lakin iddiaçının hər iki saldosuna nəzər salsaq iddiaçıya yalnız 2024-cü ilin aprel ayında dəymiş ziyana görə 777,6 manat borc kimi əlavə edilmişdir (qalıq və aktlar bölməsi). Qalan 1505,24 manat borc sırf sayğac göstəricisi üzrə 2022, 2023, 2024-cü ilin iyun ayı ərzində sərf olunan qaza görə hesablanan borcdur.
9. Cavabdeh etirazın hüquqi əsası kimi “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndinə, “Əhalinin təbii qazda istifadə üzrə yaranmış borcların silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsaslanmışdır.
10. Qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı məhkəmə iclasında iştirak edərək bildirdi ki, iddia tələbini müdafiə edir, evdə uzun müddətdir yaşayır, 2022-ci ilə qədər sayğaca kartla ödəniş edib, sayğac çöldədir, ev həyət evidir, sayğaca müdaxilə etməyib, sayğaca axırıncı dəfə 900 manat ödəniş edib, mütəxəssis rəyinə etiraz etmir, akt əsasında yazılmış borc qanunsuz olduğundan silinməsini xahş edir.
12. Cavabdeh İB tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasında nümayəndənin iştirak edə bilməyəcəyini, iddia tələbini qəbul etmədiklərini və iddianın təmin edilməməsini xahiş edilmişdir. Tətbiq edilən qanun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
13. 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.
16. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Qanunun:
18. 17-ci maddəsinə əsasən, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun:
19. 6-2-ci bəndinə əsasən, müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür.
20. 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «X2»nın:
21. 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
22. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
23. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
24. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
26. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
27. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
28. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Əsaslandırma
30. İddia qismən əsaslıdır.
31. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac üzrə, xx.xx.2024-ci il tarixli cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən sayğacın hesablama mexanizminə kənar müdaxilə edilməklə qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, həmin akt əsasında hesabat müddəti 90 gün qəbul edilməklə 6480 m3 qaz itkisi müəyyən edilmiş və həmin akt əsasında 777.60 manat borc hesablanmışdır. İstehlakçı aktla razılaşmır və saldo məlumatlarına əsasın 2282.84 manat borcun silinməsini tələb edir.
32. Məhkəmə ilk növbədə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, hazırkı iddia tələbi bilavasitə qanundan irəli gəlməklə, tərəflər arasında mübahisə mülki hüquq pozuntusundan (delikt) yaranan münasibətlərə aiddir.
33. Mülki hüquq pozuntusunun (delikt) (Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1097.1ci maddələri) dizpozisiya şərtləri aşağıdakı ünsürlərdən ibarətdir: əməl (hərəkət və hərəkətsizlik), əməlin hüquqazidd olması, səbəbli əlaqə və təqsir.
34. Hazırkı işdə əməlin baş verib-vermədiyi, iddiaçının hüquqazidd hərəkət etməsi və bu zaman təqsirli olmasının yoxlanması zamanı ilk növbədə sübutetmə yükünün düzgün müəyyən edilməsi zəruridir. Məhkəmə qeyd edir ki, kənar xəttin çəkilməklə qaz itkisinin baş verməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutları təqdim etmək vəzifəsi qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə məhz Cavabdeh İB-nin üzərinə düşür.
35. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı sübut qismində xx.xx.2024-ci il tarixli akta, cavabdehin özü tərəfindən tərtib edilmiş laborator akt və həmin akta əsasən hesablanmış dəymiş ziyanla bağlı tələbnaməyə istinad edilmişdir.
36. Məhkəmə qeyd edilən sübut vasitəsilə bağlı onu qeyd edir ki, həmin aktlar kserosurət olmaqla, lazımi qaydada təsdiq edilməmiş, iddiaçı tərəfindən imzalanmamışdır. Halbuki mülki qanunvericiliyin tələbinə əsasən yazılı sübutlar-sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməlidir. Bundan əlavə qeyd edilən aktların tərtib edilməsində istehlakçı qismində çıxış edən iddiaçı tərəfindən imzalanmamış, həmin akt cavabdehin özü tərəfindən birtərəfli qaydada tərtib edilmiş, iddiaçı məhkəmə iclasında verdiyi izahatında aktı imzalamadığını bildirmişdir. Bu hal isə həmin aktın formal olaraq tərtib edilməsi kimi qiymətləndirilməsinə əsas verir. Belə olduqda, cavabdeh tərəfindən təqdim edilmiş həmin sənədlərin iş üzrə mötəbər sübut qismində qəbul edilməsi yolverilməzdir.
37. Bundan əlavə yuxarıda qeyd edilən “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci maddəsi (maddə 2022-ci ilin mayın 1-dən qüvvəyə minmişdir) və “X2”nın 6.5-ci bəndinin tələblərindən aydın olduğu kimi, qeyd edilen tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə halı aşkar edildikdə bu barədə akt tərtib edilməli va həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xatalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda) təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ila müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan təleb etməlidir.
38. Hazırkı işdə Cavabdeh tərəfindən Qanunun yuxarıda göstərilən maddəsinin tələblərinə əməl edilməmiş, abonent İddiaçı tətəfindən sayğaca müdaxilə halları ila bağlı tərtib edilmiş akt inzibati xəta haqqında iş üzra icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilməmiş, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların va ya məhkəmənin qərarı ilə təsdiq edilmədən onun şəxsi hesabına borc kimi yazılaraq tələb edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı qanunsuz müdaxilə halının etirafı baş verməmişdir.
39. Məhkəmə qeyd edir ki, istehlakçının sayğaca müdaxiləsi ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq akt əsasında hesablana borca dair hissədə iddia tələbinin əsaslı olmasına qiymət verilməsi üçün kifayət edir.
40. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması halına dair başqa heç bir sübut təqdim edilməmişdir. Bu da öz növbəsində iddiaçıya akt əsasında hesablanmış borc məbləğinin əsassız olmasını şərtləndirir.
41. Bununla yanaşı, məhkəmə tərəfindən cavabdehin etirazının dəlillərinin araşdırılması üçün mütəxəssis rəyi əldə edilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının 3-15-2-1/2-1795/2024 saylı xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən aydın olur ki, xx.xx.2024-cü il tarixinə abonentin ümumi borcu 2289,09 manat təşkil edir. Bundan 805,20 manat (27,60 +777,60 = 805,20) qaz sayğacına görə qaz paylayıcısı tərəfindən əlavə hesablanmış qaz həcminin dəyəridir, qalan 1483,89 manat məbləğ sayğac göstəricisi əsasında istehlak edilən və abonent tərəfindən ödənilməyən qaz həcminin dəyəridir.
42. Göründüyü kimi, hazırkı mülki iş üzrə istehlakçı qismində çıxış edən iddiaçıya qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına 805,20 manat məbləğində ziyan vurulması halının müəyyən edilməsi və cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-ci il tarixli ******* nömrəli aktın əsasının müəyyən edilməsi mümkün olmamışdır, odur ki, həmin hissədə iddia təmin edilməlidir.
43. İstehlakçıya hesablanmış 1483,89 manat məbləğində borc isə istehlak edilən və abonent tərəfindən ödənilməyən qaz həcminin dəyəri olduğundan məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə xərcləri
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
45. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
46. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə bütün növ büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
47. Həmin qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir.
48. Məhkəmə hazırkı tələb üzrə ödənilməli olan dövlət rüsumunun “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən 42,83 manat təşkil etməsini, iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu əsas götürərək, MPM-in 119.2-ci maddəsinə əsasən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq qeyd edir ki, iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Nəticə
49. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, cavabdeh iddiaçının tələbdə göstərilən borcunun yaranması halını sübut edə bilməməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB-i tərəfindən iddiaçıya hesablanmış 805.20 manat məbləğində pul vəsaiti silinməli, iddia qalan hissədə təmin edilməməlidir.
50. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı **********00000 saylı (ünvan 1) istehlakçı hesabına ******* saylı xx.xx.2024-cü il tarixli akt əsasında yazılmış 805.20 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının azad edildiyi dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun məbləği - 30 manat Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova