Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2568/2023 31.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə ərizəsi ilə müraciət edərək, əsassız olaraq onun **********00000 saylı istehlakçı hesabına 2023-cü ilin may ayında ******* saylı aktla yazılmış 3110 manat 40 qəpik borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı mülki iş üzrə ərizəsində əsassız olaraq hesablanmış borcun silinməsini xahiş etmiş, lakin borcun yaranmasını təsdiq edən aktın, tələbnamə iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsinə müvəqqəti təminat tədbiri görülməsi barədə ərizə əlavə edərək qaz kartından pul tutulmalarının dayandırılması və təbii qaz təchizatının kəsilməsi işlərinin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 159.1-ci maddəsinə görə, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Göründüyü kimi, iddiaçı müvəqqəti təminat tədbiri barədə ərizəni iddia ərizəsinə əlavə şəklində deyil, ayrıca icraatda baxılmaq üçün təqdim etməli idi. Odur ki məhkəmə mülki qanunvericiliyə edilmiş dəyişikliklərdən sonra müvəqqəti təminat tədbiri barədə ərizələrə iddia ərizəsi ilə eyni icraatda baxılmadığından iddiaçıya həmin ərizə ilə ayrıca müraciət etməli olmasını izah edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin forma və məzmununa dair qanunvericiyin tələblərinə əməl olunmadığından, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, hazırkı iş istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı olmaqla iddiaçı iddia ərizəsinin verilməsinə görə dövlət rüsumundan azad olduğundan iddia ərizəsinin geri qaytarılması zamanı rüsumun qaytarılması zərurəti aradan qalxmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı əsassız olaraq onun **********00000 saylı istehlakçı hesabına 2023-cü ilin may ayında ******* saylı aktla yazılmış 3110 manat 40 qəpik borcun silinməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-2568/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2568/2023
31.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver