Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2587/2024 08.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası”nın məsul katibi, “Qəyyumluq və Himayədarlıq Məsələləri üzrə komissiya”nın üzvü–psixoloqu Nümayəndə iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2006-ci ildə Bakı şəhərində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6 onun oğludur və xx.xx.2006-ci ildə doğulmuş və hazırda ünvan 1 ünvanında birlikdə yaşayırlar. Oğlu kvadroplegik spastik serebral, iflicserebral kista, əqli geriliyin digər formaları, əqli geriliyi spastik tetraplegiya, immobillik (hərəkətsizlik) nitqin digər və dəqiqləşdirilməmiş pozğunluqları, niqtin pozğunluğu dioqnozu ilə birinci dərəcəli əlildir. Ona o baxır, yataq xəstəsidir, gəzib və otura bilmir, əmək qabiliyyətsiz olmaqla kənar şəxsin qulluğuna ehtiyacı vardır. Onların kənar şəxslərin qulluğuna ehtiyacları vardır. Onların fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ona mövcud problemlərin həlli barədə müxtəlif instansiyalra müraciət etmək üçün lazımdır. Qeyd olunanları nzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, oğlu öz hərəkətlərinin mənasını dərk edə bilmir, uzun müddətdir xəstədir. Hazırda onun faəliyyət qabiliyyətsiz hesab edilməsi barədə sənədləşmə onlar təqaüd almaq üçün lazımdır. Ərizəçi göstərilənlərin nəzərə alınaraq məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası”nın məsul katibi, “Qəyyumluq və Himayədarlıq Məsələləri üzrə komissiya”nın üzvü–psixoloqu Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasına etirazı olmadığın bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AA4234190 seriyalı şəxsiyyət vəsiqəsinin və AZ-İ 841448 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2006-ci ildə doğulmuşdur. Atası Ərizəçi, anası X1r. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(002)-2587/2024 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2489 saylı ekspert rəyində müəyyən edilmişdir ki, X2 uşaq serabral iflicinin qalıq əlamətləri, dərin əqli gerilik ilə müəyyən edilir. Bunun anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və halhazırkı psixiatrik müayinənin nəticələri sübut edir. X6 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.2006-ci il təvəllüdlü X6 oğludur. Ərizəçinin izahatı, ərizəyə əlavə edilmiş xəstəlik tarixçəsindən çıxarış və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertza Mərkəzi xx.xx.2024-cü il tarixli 2489 saylı saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, X4 psixi qüsuru ciddidir və onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə kifayət qədər əsaslar vardır. Məhkəmə qeyd edir ki, X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üzrə hazırkı işdə ərizəçi sübutetmə predmetini icra etmiş və müəyyənləşdirilməli olan faktiki halların dairəsi, yəni şəxsin psixi qüsurunun mövcudluğu, şəxsin öz hərəkətlərini anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi, psixi qüsurla şəxsin öz hərəkətlərini anlaya bilməməsi arasında səbəbli əlaqənin olması faktı tam müəyyən edilmişdir. Məhkəmə iş üzrə qəbul edilmiş ekspert rəyini ərizəyə əlavə edilmiş sənədlərlə birlikdə araşdıraraq, iş üzrə sübutların mötəbərliyinə ayrılıqda və birlikdə qiymət verərək, sübutların bir-birini təkzib etməməsini nəzərə alıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2006-ci ildə doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il tarixdə anadan olmuş X6 (şəxsiyyət vəsiqəsinin nömrəsi AA4234190; FİN 8H1TKWQ) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-2587/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2587/2024
08.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver