Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2625/2021 12.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, ərizəçilər Quliyeva (Ramazanova) Səbinə Rafiddin qızının, Ərizəçi1, Şəkərova (Ramazanova) Ayatxanım Rafiddin qızının və maraqlı şəxslər Əhədova (Ramazanova) Samirə Rafiddin qızının, Maraqlı şəxs2 iştirakı ilə, ərizəçilər Quliyeva (Ramazanova) Səbinə Rafiddin qızının, Ərizəçi1 və Şəkərova (Ramazanova) Ayatxanım Rafiddin qızının maraqlı şəxslər Əhədova (Ramazanova) Samirə Rafiddin qızına, Maraqlı şəxs2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Quliyeva (Ramazanova) Səbinə Rafiddin qızının, Ərizəçi1 və Şəkərova (Ramazanova) Ayatxanım Rafiddin qızının maraqlı şəxslər Əhədova (Ramazanova) Samirə Rafiddin qızına, Maraqlı şəxs2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi1 Şıxbala qızı”nın, “X3”nın, “X4”nın, “X8”nın, “Maraqlı şəxs2”nun adlarına verilmiş JN:101F KOD 30124038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin “Ərizəçi1”na, “Əhədova (Ramazanova) Samirə Rafiddin qızı”na, “Quliyeva (Ramazanova) Səbinə Rafiddin qızı”na, “Şəkərova (Ramazanova) Ayatxanım Rafiddin qızı”na, “Maraqlı şəxs2”na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı ərizəçi Quliyeva (Ramazanova) Səbinə Rafiddin qızı izahat verərək bildirdi ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli 14/2 saylı qərarına əsasən onlara, yəni Ərizəçi1, Quliyeva (Ramazanova) Şəbinə Rafiddin qızına, Şəkərova (Ramazanova) Ayatxamm Rafiddin qızına, Əhədova (Ramazanova) Samirə Rafiddin qızma, Maraqlı şəxs2 Qusar rayonunun Kuf-oba kəndi ərazisindən 0,19 ha fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:101F KOD 30124038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təsdiq edilmişdir. JN:101F KOD 30124038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1 atasının adı səhvən “Şıxbala”, onun adı isə səhvən “Səbina”, ərizəçi Şəkərova (Ramazanova) Ayatxanım Rafiddin qızının adı səhvən “Ayət” kimi qeyd edilmişdir. Şəxsiyyətlərini təsdiq edən bütün sənədlərdə onun adı “Səbinə”, Ərizəçi1 atasının adı “Şahbala”, ərizəçi Şəkərova (Ramazanova) Ayatxanım Rafiddin qızının adı “Ayatxanım” kimi qeyd edilmişdir. Onlar bir ailə üzvləridir: ata, ana və üç övlad. X21 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:101F KOD 30124038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçilərin soyadları, adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Bu yaxınlarda onlar həmin şəhadətnamədə olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənəd almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. X24 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:101F KOD 30124038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsində Ərizəçi1 atasının adı səhvən “Şıxbala”, onun adı səhvən “Səbina”, ərizəçi Şəkərova (Ramazanova) Ayatxanım Rafiddin qızının adı səhvən “Ayət” kimi, şəxsiyyətlərini təsdiq edən bütün sənədlərdə isə onun adı “Səbinə”, Ərizəçi1 atasının adı “Şahbala”, ərizəçi Şəkərova (Ramazanova) Ayatxanım Rafiddin qızının adı “Ayatxanım” kimi qeyd edildiyindən DƏDRX-nin 5 saylı Ərazi İdarəsi onlara lazım olan sənədləri verməkdən imtina etmiş, şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələrini izah etmişdir. Hazırda o, məhkəmədən ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı Ərizəçi1 Quliyeva (Ramazanova) Səbinə Rafiddin qızının izahatına uyğun izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı ərizəçi Şəkərova (Ramazanova) X2 (Ramazanova) Səbinə Rafiddin qızının izahatına uyğun izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı maraqlı şəxslər Əhədova (Ramazanova) Samirə Rafiddin qızı və Maraqlı şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin olunmasını xahiş etdilər. Digər maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qusar rayon İcra Hakimiyyəti Başçısının X19 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Ərizəçi1 verilmiş 216 saylı, 20.05.2021-ci il tarixli arayışdan görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 14/2 saylı qərarı ilə verilmiş JN-101F, KOD 30124038 olan Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə onun və ailə üzvlərinin adları səhv olaraq Ərizəçi1 Şıxbala qızı, X3, X4, X9 və Maraqlı şəxs2 kimi yazılmışdır. Həqiqətən həmin şəxlərin adları Ərizəçi1, X3, X5, X1 və Maraqlı şəxs2 kimi yazılmalıdır. İş materiallarında olan JN-101F, KOD 30124038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, bu şəhadətnamə ilə Qusar rayonu Kuf-oba kənd sakini Ərizəçi1 Şıxbala qızına və onun dörd nəfərdən ibarət ailə üzvlərinə (X3, X4, X9 və Maraqlı şəxs2) Qusar rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli 14/2 saylı qərarı ilə verilmiş 0,19 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. İş materiallarında olan X-JQ seriyalı, 471455 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxx 1985-ci il tarixdə anadan olmuşdur, anası Ərizəçi1, atası Maraqlı şəxs2dur. İş materiallarında olan AZ-İ seriyalı, 492888 saylı saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X20 ilə X5 11.07.2009-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Qaradağ rayon Qeydiyyat şöbəsində 534 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Ərizəçi3 məxsus AA No ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan XVİİİ-JQ seriyalı, 332356 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx xxxx 1993-cü il tarixdə anadan olmuşdur, anası Ərizəçi1, atası Maraqlı şəxs2dur. İş materiallarında olan AZ-İ seriyalı, 970023 saylı saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 ilə X1 20.08.2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Xəzər rayon Qeydiyyat şöbəsində 898 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Ərizəçi2 məxsus AZE No ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZ seriyalı, 585272 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxx 1964-cü il tarixdə anadan olmuşdur, anası Zəkərayeva Nabat, atası Zəkərayev Şahbaladır. İş materiallarında olan Ərizəçi1 məxsus AZE No 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1964-cü il tarixdə Qusar rayonu, Kuf-Oba kəndində anadan olmuşdur. İş materiallarında olan İİİ-JQ seriyalı, 268038 saylı saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs2 ilə X6 24.09.1982-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. İş materiallarında olan Maraqlı şəxs1 məxsus AZE No ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı, 242603 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X3 16.06.2006-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Qaradağ rayon VVADQ şöbəsində 434 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X3 11.07.2009-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Qaradağ rayon Qeydiyyat şöbəsində 535 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Əlisultanova S.X. (AZE ********), Şıxova F.B. (AZE ********), Məmmədova S.T. (AZE ********), Hacımuradova Z.B. (AZE ********) tərfindən tərtib edilmiş və 119 saylı MKİS tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsi, ev 57, mənzil 41 Maraqlı şəxs2 məxsusdur, onun həyat yoldaşı Ərizəçi1dır və həmin ünvanda yaşayır. Beləliklə, mülki iş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, ərizəçilərin doğum, nikah haqqında şəhadətnamələrdə və şəxsiyyət vəsiqələrində qeyd olunan məlumatları, onların maraqlı şəxslərin ailə üzvü olmaları, maraqlı şəxsin şəhadətnamədə düzəliş etməkdən imtina etməsi halları nəzərə alınaraq, ərizə təmin edilməli, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi1 Şıxbala qızı”nın, “X3”nın, “X4”nın, “X8”nın və “Maraqlı şəxs2”nun adlarına verilmiş JN:101F KOD 30124038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1, Əhədova (Ramazanova) Samirə Rafiddin qızına, Quliyeva (Ramazanova) Səbinə Rafiddin qızına, Şəkərova (Ramazanova) Ayatxanım Rafiddin qızına, Maraqlı şəxs2 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda, hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə, hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq müəyyən edir ki, ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi1 Şıxbala qızı”nın, “X3”nın, “X4”nın, “X8”nın, “Maraqlı şəxs2”nun adlarına verilmiş JN:101F KOD 30124038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin “Ərizəçi1”na, “Əhədova (Ramazanova) Samirə Rafiddin qızı”na, “Quliyeva (Ramazanova) Səbinə Rafiddin qızı”na, “Şəkərova (Ramazanova) Ayatxanım Rafiddin qızı”na, “Maraqlı şəxs2”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2625/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2625/2021
12.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver