Məhkəmə qərarları › İş №2(002)-2628/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2628/2024

25.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2628/2024 25.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi faktın müəyyən edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə, daha sonra ərizə tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Qaradağ rayon X10 İK-nin 22 may 1987-ci il tarixli, 40 nömrəli “xidməti mənzillərin verilməsi barədə” qərarının mərhum X1na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ İH) xx.xx.1987-ci il tarixli, 40 saylı qərarına əsasən, Bakı şəhəri Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Oktyabrın 50 illiyi (indiki Dəmiryolçular) küçəsi, 6 saylı evin 5 saylı mənzili 08 aprel 1987-ci il tarixli 5 saylı orderlə mərhum X1nun adına xidməti mənzil kimi verilmişdir. X1 02 avqust 2011-ci il tarixdə vəfat etmişdir. Həmin qərarın surəti dövlət arxivində öz əskini tapmışdır. Hazırda həmin mənzili özəlləşdirmək istəyirlər, lakin arxiv arayışında atasının adı "Əmirəli" əvəzinə "Mirəli" kimi yazılmışdır. Atasının adında olan bu uyğunsuzluğa görə sənədləşdirmə mümkün olmamışdır. Hazırkı hüquqi faktın müəyyən edilməsi ona mənzilin özəlləşdirilməsi üçün lazımdır. Həmin qərar hüquqmüəyyənedici sənəddir, evin sənədləşdirilməsi üçün əsasdır və o, bunu başqa yolla təsdiq edə bilmir. Həmin sənəddə olan uyğunsuzluğun düzəldilməsi üçün Maraqlı şəxsnə müraciət etsələr də, onlar tərəfindən düzəliş edilməmiş və məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Bununla əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı Maraqlı şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, o, ərizəçinin ərizəsi ilə tanış olmuşdur, sənəd köhnə olduğundan İcra Hakimiyyəti tərəfindən düzəliş edilməsi mümkün olmamış, bu səbəbdən ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hazırda ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, o, ərizəçinin bacısıdır, mərhum atasının adı Əmirəli olmuş, bütün sənədlərində də Əmirəli kimi qeyd olunmuşdur, mərhumun adı heç vaxt dəyişməmişdir. Məhkəmə, izahatları və şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1971-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Əliyeva Məryəmin X1dur. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 6, 5 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzildə ondan başqa digər şəxslər də qeydiyyatdadırlar. İş materiallarında olan İİ-ÇJ seriyalı, 389564 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Rızakulov Şövkət oğlu ilə X7 xx.xx.1989-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Rızakulova” soyadı verilmişdir. İş materiallarında olan İ-İE seriyalı, 348491 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X5 xx.xx.1963-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 476711 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2011-ci ildə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubundan və Qaradağ rayon X10 İK-nin 22 may 1987-ci il tarixli, 40 nömrəli “xidməti mənzillərin verilməsi barədə” qərarının surətindən görünür ki, PMS-26 (Dəmiryolu Stansiyası-26) təşkilatının baş mexaniki X8 xidməti mənzilə dair order verilməsi qərara alınmışdır. İş materiallarında olan xidməti yaşayış yerinə dair xx.xx.1987-ci il tarixli 5 nömrəli orderin surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən və 37,04 kv.m. ümumi sahəsi olan xidməti mənzil X3 verilmişdir, ailə üzvləri 4 nəfərdən (özü, həyat yoldaşı Ş.Əliyeva, qızları S.Əliyeva və M.Əliyeva) ibarətdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Başçısının Müavini tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ona xüsusi icraat qaydasında məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur Beləliklə, mülki iş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, izahatlarda, çahid ifadəsində, iş materiallarında olan yazılı sübutlarda, o cümlədən ərizəçinin atasının ölüm haqqında və evlənmək haqqında şəhadətnamələrində, orderin surətində qeyd olunan məlumatlar nəzərə alınaraq, ərizə təmin edilməli, Qaradağ rayon X10 İK-nin 22 may 1987-ci il tarixli, 40 nömrəli “xidməti mənzillərin verilməsi barədə” qərarının Ərizəçi mərhum X1na məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə, hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq müəyyən edir ki, ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Qaradağ rayon X10 İK-nin 22 may 1987-ci il tarixli, 40 nömrəli “xidməti mənzillərin verilməsi barədə” qərarının Ərizəçi X1na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar