Məhkəmə qərarları › İş №2(002)-2702/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2702/2025

30.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2702/2025 30.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Babayeva Nərmin Sahib qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi4, Maraqlı şəxs başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi X3 iştirakı ilə, Ərizəçilər Ərizəçi4, X2, Ərizəçi2 və Ərizəçi3 «hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Əriçələrnin tələbi: Ərizəçi X14 Maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək, Qaradağ XDS İK-in xx.xx.1991-ci il tarixli 3 saylı daimi orderlərin verilməsi haqqında qərarının ona, Ərizəçi4, Xəlilova (Qurbanova) İzafət Ramiz qızına, Ərizəçi2, Xəlilova (Qarayeva) Aynurə Ramiz qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Qaradağ XDS İK-nin xx.xx.1991-ci il tarixli 3 saylı daimi orderlərin verilməsi haqqında qərarına əsasən ona 6 nəfər ailə üzvüləri nəzərə alınmaqla Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, 21 saylı evin 57 saylı mənzili verilmişdir. Lakin dövlət arxivinə göndərilmiş qərarda onun həyat yoldaşının adı və ata adı "Ərizəçi4” olduğu halda "X4" kimi, qızı "Xəlilova (Qurbanova) İzafət Ramiz qızı" olduğu halda "X8" yazılmışdır. Eyni zamanda qızları Ərizəçi2 və Xəlilova (Qarayeva) Aynurə Ramiz qızının doğum tarixləri dəyişik yazılmaqla Xəlilova (Qarayeva) Aynurə Ramiz qızı xx.xx.1983-cü il olduğu halda 198-ci il, Ərizəçi2 xx.xx.1981-ci il olduğu halda 1983-cü il kimi yazılmışdır. Hazırda həmin mənzili özəlləşdirmək istəyir, lakin arxiv arayışında olan bu uyğunsuzluğa görə mənzilin özəlləşdirilməsi mümkün olmur. Hazırkı hüquqi faktın müəyyən edilməsi ona mənzilini özəlləşdirmək üçün lazımdır. Həmin qərar hüquqmüəyyənedici sənəddir, evin sənədləşdirilməsi üçün əsasdır və o bunu başqa yolla təsdiq edə bilmir. Həmin sənəddə olan uyğunsuzluğun düzəldilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də onlar tərəfindən düzəliş edilməmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edir. Qeyd olunan halların nəzərə alınaraq, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçilər Ərizəçi4, Xəlilova (Qurbanova) İzafət Ramiz qızına, Ərizəçi2, Xəlilova (Qarayeva) Aynurə Ramiz qızı işin məhkəmə baxışına hazırlanması mərhələsində məhkəməyə yazılı ərizə ilə müraciət edərək əsl iddiaçı qismində məhkəmə icraatına cəlb edilməklərini xahiş etmişlər. Ərizəçi X14 xx.xx.2025-ci il tarixdə, işin məhkəmə baxışına hazırlanması mərhələsində məhkəməyə ərizə yazaraq, Ərizəçi4, X2, Ərizəçi2 və Ərizəçi3 2(002)- 2702/2025 saylı mülki iş üzrə ərizəçi qismində cəlb olunmaqlarına etiraz etməmişdir. Məhkəmə tərəfindən ərizəçilər əsl icraaçılarla əvəz edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Ərizəçi1 məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi. Göstərilənlərə əsasən, mülkiyyət hüquqlarını realizə etmək məqsədilə ərizənin təmin edilməsini xahiş edir. Ərizəçi4 məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi. Göstərilənlərə əsasən, mülkiyyət hüquqlarını realizə etmək məqsədilə ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi X15 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasına etirazı olmadığını bildirdi. Digər ərizəçilərə məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə ərizəçilərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarı: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.3-ü bəndində qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. b) Əsaslandırma İş materialların AZE 08623161 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1957-ci il tarixdə doğulmuşdur; AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1980-ci il tarixdə doğulmuşdur; AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1956-ci il tarixdə doğulmuşdur.; AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1983-ci il tarixdə doğulmuşdur; AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1981-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-21462 №-li xx.xx.2025-ci il tarixli məktubuna əsasən, xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi4 xx.xx.1983-cü il tarixdən, xx.xx.1980-cı il təvəllüdlü Qubadova (X5) xx.xx.1997-ci il tarixdən, xx.xx.1981-ci il təvəllüdlü Ərizəçi2 xx.xx.1998-ci il tarixdən, xx.xx.1983-cü il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdən hazırkı vaxtadək Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatdadırlar. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 132 saylı Mənzil- Kommunal İstismar Sahəsinin 255 №-li xx.xx.2025-ci il tarixli arayışa əsasən, Ərizəçi4, X8, Ərizəçi2, Ərizəçi3, X11 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Ş.İmanov küçəsi 21 saylı evin 57 saylı mənzilində qeydiyyatdadırlar. Qaradağ XDS İK-in xx.xx.1991-ci il tarixli 3№-li daimi orderlərin verilməsi haqqında qərarına əsasən, X9 və 6 nəfərdən ibarət ailə tərkibinə 47.63 kv.metr yaşayış sahəsi olan 57 №-li üç otaqlı mənzil verilmişdir. Orderə daxil edilmişdir: 1. X14-özü 1957-ci il təvəllüd 2.X4arvadı 1957-ci il təvəllüd 3. X10-qızı 1980-ci il təvəllüdlü. 4. X6- qızı 1981-ci il təvəllüdlü 5. Ərizəçi2- qızı 1983-cü il təvəllüdlü. 6. X12- oğlu 1986-cı il təvəllüdlü. Bakı şəhəri Ələt qəsəbə Soveti tərəfindən verilmiş: xx.xx.1983-cü il tarixli İX-ЖГ 430991 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. xx.xx.1980-ci il tarixli Vİ-ЖГ 481577 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. xx.xx.1956-cı il tarixli ИЖ № 330828 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X7 xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. xx.xx.1981-ci il tarixli Vİİ-ЖГ №408658 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, Ərizəçi2 xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. Qeyd edilən məlumatlar əriəçilərə məxsus şəxsiyyət vəsiqələri ilə də təsdiqini tapır, hazırda İzafət Xəlilova “Qubadova” soyadındadır, Aynurə Xəlilova isə “Qarayeva” soyadındadır. Göründüyü kimi, Qaradağ XDS İK-in xx.xx.1991-ci il tarixli 3№-li daimi orderlərin verilməsi haqqında qərarında texniki səhv olaraq, ərizəçilərdən Aynurə Xəlilovanın doğulduğu il 1983-cü il əvəzinə, 1981-ci il kimi ; Ərizəçi4 adı Nazimə əvəzinə “Nazilə”, ata ada Qara əvəzinə “Qarek”, doğulduğu il 1956 əvəzinə “1957” kimi; Ərizəçi2 doğulduğu il 1981 əvəzinə “1983” kimi qeyd edilmişdir. Ərizəçilər məhkəməyə hazırkı ərizə ilə müraciət edərək, sənədin özlərinə məxsusluğu faktının müəyyən edilməsinin mənzilin onların adına sənədləşdirilməsini üçün lazım olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən sənədlər hüquqmüəyyənedici sənəd olmaqla, sənədin ərizəçilərə məxsus olmasının müəyyən edilməsi barədə ərizəçinin müraciətindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən imtina edilmişdir. Göründüyü kimi, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, orderlərin verilməsi haqqında qərarın Ərizəçi4, Xəlilova (Qubadova) İzafət Ramiz qızı, Ərizəçi2 və Ərizəçi3 məxsus olması halı öz təsdiqini tapmışdır. Beləliklə, göstərilənlərin texniki səhv olması məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Odur ki, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Qaradağ XDS İK-in xx.xx.1991-ci il tarixli 3 saylı daimi orderlərin verilməsi haqqında qərarın Ərizəçi4, Xəlilova (Qubadova) İzafət Ramiz qızı, Ərizəçi2 və Ərizəçi3 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Qaradağ XDS İK-in xx.xx.1991-ci il tarixli 3 saylı daimi orderlərin verilməsi haqqında qərarın Ərizəçi4, Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar