Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2724/2021 19.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X3 iştirakları ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bacısı 26.03.1969-cu ildə Bakı şəhərində doğulmuş X4 və qardaşı 27.05.1971-ci ildə Bakı şəhərində doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X11 26.03.1969-cu ildə Bakı şəhərində anadan olmaqla onun bacısıdır. Elmira xəstə olmaqla diaqnozu “Dəli“ yəni kəmağılılıqdır. Elmira xəstə olmaqla 2-ci qrup əlildir, mütamadi olaraq müalicə olunur, kənar şəxsin qulluğuna ehtiyacı vardır. Göründüyü kimi Elmiraya xüsusi bir insan olmalıdır ki, ona baxsın və ona məxsus sənədlərə qol çəksin və ona qəyyum ləyin edilməlidir. Qardaşım X13 27.05.1971-ci ildə Bakı şəhərində anadan olmaqla onun qardaşıdır. Qardaşı Cavad da, xəstə olmaqla diaqnozu “Dəli“ yəni kəmağılılıqdır. Cavad xəstə olmaqla 2-ci qrup əlildir, mütamadi olaraq müalicə olunur, kənar şəxsin qulluğuna ehtiyacı vardır. Cavada xüsusi bir insan olmalıdır ki, ona baxsın və ona məxsus sənədlərə qol çəksin və ona qəyyum təyin edilməlidir. Onun anası X1ra baxırdı və zəruri ehtiyaclarını ödəyirdi. Anası 29.09.2020-ci il tarixdə vəfat etdikdən sonra onlara baxan yoxdur. Odur ki, onların fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. Hazırda bacısının və qardaşının fəaliiyət qabiliyyəti olmamasını müəyyən etdirmək ona onlara qəyyum təyin olunması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X9 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ərizənin təmin edilib edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 26.03.1969cu il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş АЗБ seriyalı 145417 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 27.05.1971ci ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 026220 və 126221 nömrəli Əlillik vəsiqələrinin surətlərindən görünür ki, 26.03.1969-cu il təvəllüdlü X11 və 27.05.1971-ci il təvəlüdlü X13 uşaqlıqdan ikinci qrup əlildirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən göründüyü kimi, Ərizəçi 26.03.1969-cu il təvəlüdlü X11 və 27.05.1971-ci il təvəlüdlü X6rdaşıdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06.09.2021-ci il tarixli 2(002)-2724/2021 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 27.09.2021-ci il tarixli 2255 saylı ekspert rəyindən görünür ki,X8 KƏSKİN DEBİLİK DƏRƏCƏSİNDƏ OLİQOFRENİYA müəyyən edilmişdir. Bunu anamnestik məlumatlar,təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri(anamnestik məlumatalara görə irsiyyəti psixi xəstəliklərlə ağırlaşması, yoxlanılan şəxsin qardaşının əqli gerilikdən əziyyət çəkməsi, doğuş zədəsi ilə anadan olması, yaşıdlarına nəzərən əqli inkişafda geri qalması, nitqinin qeyri-aydın olması, xəstəliyi ilə əlaqədar məktəbdə oxumaması, İİ qrup əlil olması,hər hansı bir işi müstəqil yerinə yetirə bilməməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin kasadlığı, intellektual inkişafdan geri qalması ilə əlaqədar nəzərə çarpan ağıl zəifliyi əlamətlərinin biruzə verməsi, maraq dairəsinin adi tələbatları ödəməkklə məhdudluğu və s) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 26.03.1969-cu il təvəlüdlü X8 hər hansı psixi qüsuru vardırmı?Cavab: 26.03.1969-cu il təvəlüdlü X8 KƏSKİN DEBİLİK DƏRƏCƏSİNDƏ OLİQOFRENİYA aşkar olunur. 2-ci sual: 26.03.1969-cu il təvəllüdlü X11 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdirmi? 3-cü sual: 26.03.1969-cu il təvəllüdlü X11 fəaliyyət qabiliyyətlidirmi? 2-ci və 3-cü suallara cavab: 26.03.1969-cu il təvəllüdlü X11 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də 26.03.1969-cu il təvəllüdlü X11 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X2 müəyyən edilən Kəskin debillik dərəcəsində oliqofreniya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06.09.2021-ci il tarixli 2(002)-2724/2021 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 27.09.2021-ci il tarixli 2256 saylı ekspert rəyindən görünür ki, , X12 Kəskin debillik dərəcəsində oliqofreniya müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə irsiyyəti psixi xəstəliklərlə ağırlaşması, yoxlanılan şəxsin bacısının əqli gerilikdən əziyyət çəkməsi, doğuş zədəsi ilə anadan olması, yaşıdlarına nəzərən əqli inkişafda geri qalması, nitqinin qeyri-aydın olması, xəstəliyi ilə əlaqədar məktəbdə oxumaması, İİ qrup əlil olması, hər-hansı bir işi müstəqil yerinə yetirə bilməməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin kasadlığı, intellektual inkişafdan xeyli geri qalması ilə əlaqədar nəzərə çarpan ağıl zəifliyi əlamətlərinin biruzə verməsi, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 27.05.1971-ci il təvəllüdlü X10 hər hansı psixi qüsuru vardırmı? Cavab: X12 Kəskin debillik dərəcəsində oliqofreniya müəyyən edilir. 2-ci sual: 27.05.1971-ci il təvəllüdlü X13 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdirmi?, 3-cü sual: 27.05.1971-ci il təvəllüdlü X13 fəaliyyət qabiliyyətlidirmi?, 2-ci və 3-cü suallara cavab: X13 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X13 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X7 müəyyən edilən Kəskin debillik dərəcəsində oliqofreniya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacıqardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara, ekspertiza rəylərinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin bacısı və qardaşı olan 26.03.1969-cu il təvəllüdlü X11 və 27.05.1971-ci il təvəllüdlü X13 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26.03.1969-cu il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. 27.05.1971-ci il təvəllüdlü X13 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş 20(iyirmi) manat məbləğində dövlət rüsumu Ərizəçina aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2724/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2724/2021
19.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver