Məhkəmə qərarları › İş №2(002)-273/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-273/2023

29.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-273/2023 29.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsini iş üzrə maraqlı şəxs qismində qeyd etməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon X7 İcrayə Komitəsinin 42 saylı 26 iyul 1968-ci il tarixli protokolunda və Bakı şəhəri X8 İcrayə Komitəsinin 7355 saylı 29 iyul 1968-ci il tarixli orderində yol verilmiş rəqəm xətalarındakı uyğunsuzluğun aradan qaldırılması və bu sənədlərin Bakı şəhəri,Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Dəmiryol küçəsi, ev 2, giriş 2, mərtəbə 2-də yerləşən 3 otaqlı 16 saylı mənzilinə aid olmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 23 yanvar 2023-cü il tarixdə iddia tələbinə dəqiqləşdirmə verərək, tələbimi "rəqəm xətasına yol verilməsinin tanınması və bu sənədlərin-Bakı şəhəri Qaradağ rayon X7 İcrava Komitəsinin 42 saylı 26 iyul 1968-ci il tarixli protokolun və Bakı şəhəri X8 İcrayə Komitəsinin 7355 saylı 29 iyul 1968-ci il tarixli orderinin Bakı şəhəri,Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Damiryol küçəsi, ev 2. giriş 2, mərtəbə 2-də yerləsən 3 otaqlı 16 saylı mənzilinə aid olmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryol küçəsi,ev 2 giriş 2 mərtəbə 2, mənzil 16-da ailə üzvləri ilə birlikdə yaşayır. Mənzil 3 otaqdan ibarətdir. O, 1978-ci ildə bu mənzildə anadan olmuş, valideyinləri ilə bu mənzildə yaşamış və bütün ömrü bu mənzildə keçirmişdir. Yaşadığı bu 16 saylı mənzil Bakı şəhəri Qaradağ rayon X7 İcrayə Komitəsinin 42 saylı 26 iyul 1968-ci il tarixli protokolu və Bakı şəhər X8 İcrayə Komitəsinin 7355 saylı 29 iyul 1968-ci il tarixli orderi ilə onun nənəsi X1 adına və onunla birlikdə yaşamış 5 nəfər ailə üzvünə verilmişdir. Orderdə qeyd olunmuş 5 nəfərdən 4 nəfəri vəfat etmiş, 1 nəfər sağ qalan bibisi X9 isə 40 ildir ki, evdən qeydiyyatdan çıxmaqla ailə üzvləri ilə birlikdə başqa ünvanda yaşayır. Yaşadığı 16 saylı mənzil özəlləşdirilməmişdir. Bu mənzili özəlləşdirmək üçün müxtəlif dövlət orqanlarına, o cümlədən arxivə və maraqlı şəxsə müraciət etmiş, tələb olunan və qohumluq əlaqələrini təsdiq edən bütün sənədləri toplamışdır. Toplanmış sənədləri maraqlı şəxsə - Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestri public hüquqi saxsin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmiş və mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsini xahiş etmişdir. Müraciətinə xx.xx.2022-ci il tarixli məktubla cavab verən maraqlı şəxs mənzilin qanuni istifadəyə verildiyi sənədlərdə - 42 saylı xx.xx.1968-ci il tarixli protokolda və xx.xx.1968-ci il tarixli mənzil orderində uyğunsuzluq olduğunu müəyyən etmiş və mənzilin adına dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Təqdim olunmuş protokol və orderin məzmunundan görünür ki, həqiqətən bu sənədlərdə X2 və 5 nəfərdən ibarət ailə üzvlərinin adına Sanqəçal qəsəbəsində çoxmənzilli 2 saylı evdə mənzil ayrılması nəzərdə tutulur. Protokolda mənzil 2 otaq, blok (giriş) 2, mərtəbə 3, evin nömrəsi 4 göstərilmiş, lakin bu protokola əsasında verilmiş orderdə isə mənzil 3 otaqlı, blok (giriş) 2, evin nömrəsi 2 saylı olduğu yazılmışdır. Həmçinin orderin nömrəsi müvafiq protokolun nömrəsinə uyğun olaraq 42 yox, 41 qeyd edilmişdir. Maraqlı şəxsin mütəxəsissləri tərəfindən mənzilə baxış keçirilmiş və 16 saylı mənzilinin faktiki 3 otaqlı olması, giriş 2, mərtəbə 2, evin nömrəsinin 2 olduğu müəyyən olunmuşdur. Hüquq müəyyənedici sənədlərdə texniki rəqəm xətalarının olması aşkardır. Bu xətalar mənzilin onun adına rəsmiləşdirilməsinə imkan vermir. Bu səbəbdən mülkiyyət hüquqları pozulur. Həmçinin, bu sənədləri vermiş dövlət orqanları hazırda fəaliyyət göstərmədiyindən rəqəm xətalarını başqa yolla aradan qaldırmaq mümkün deyildir. Odur ki, sənədlərin mənzilinə aid olmasını təsdiq etmək üçün MPM-ə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixdə verilmiş V-ЖГ seriyalı, 343455 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür, X6 xx.xx.1999-cu il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2000-ci il tarixində 04 nömrəsi ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş ИЖ seriyalı 344135 saylı doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1946-ci il təvəllüdlü X11 atası X14, anası X3r. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İX-ЖГ seriyalı 430609 saylı doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Ərizəçi atası X21, anası X10r. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş vətəndaş Ərizəçi ünvanlanmış Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubuna əlavə edilmiş Qaradağ rayon X7 İcrayə Komitəsinin 42 saylı 26 iyul 1968-ci il tarixli protokolundan görünür ki, xx.xx.1967-ci il tarixdə İİİ qrup əlil olan X4 (5 nəfər ailə üzvü tərkibdə olmaqla) Sənqəçal qəsəbəsi, blok (giriş) П, mərtəbə Ш, ev 4, mənzil 16 (44 kv.m) ünvanlı olmaqla 2 otaqlı mənzil verilməsi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, 2 saylı evin, 16 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı MİHO/4.1.3-2-2022-177 saylı, xx.xx.2022-ci il tarixli (********** daxil olma nömrəli, xx.xx.2022-ci il tarixli) müraciətinə baxılaraq bildirlmişdir ki, aparılan araşdırma zamanı ərizəyə əlavə olunmuş Qaradağ rayon ZDS İK-nin 42 saylı, xx.xx.1968-ci il tarixli protokolunda qeyd olunan mənzil 2 (iki) otaqlı, Blok П, mərtəbə Ш, ev nömrəsi 4 saylı göstərilsə də, qeyd olunan protokol əsasında verilmiş xx.xx.1968-ci il tarixli orderdə mənzil 3 (üç) otaqlı, Blok İİ, mərtəbə İİİ, ev nömrəsi 2 saylı kimi göstərilmişdir.İdarənin mütəxəssisləri tərəfindən mənzilə baxış zamanı qeyd olunan mənzilin faktiki 3 (üç) otaqlı, giriş 2, mərtəbə 2, ev nömrəsi 2 saylı olduğu müəyyən olunmuşdur.Qeyd olunan sənədlərdə düzəliş edildikdən və uyğunsuzluq aradan qaldırıldıqdan sonra mənzilə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər ilə müraciət ediləcəyi təqdirdə ərizədə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Əlavə olaraq bildirir ki, vətəndaş ərizəsində mənzilin öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını qeyd etsə də, müraciətə əlavə olunan razılıq ərizələri 16 saylı mənzilin X5 adına qeydiyyata alınmasına dair verilmişdir.. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri X8 İcrayə Komitəsinin 7355 saylı 29 iyul 1968-ci il tarixli orderindən görünür ki, Bakı şəhəri, Sənqəçal qəsəbəsində 3 (üç) otaqlı, Blok İİ, mərtəbə İİİ, ev nömrəsi 2, 16 saylı mənzil (44 kv.m) 4 nəfər ailə üzvü tərkibdə olmaqla X4 verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentin 127 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 37 nömrəli arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Həmi mənzil ünvan 2taqlıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentin 127 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 79 nömrəli arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında aşağıdakı ailə tərkibi ilə birlikdə yaşayır.X15 xx.xx.2016-ci ildən, X22 xx.xx.2016-ci ildən, X16 xx.xx.2016-cı ildən, Əhmədova Turanə (həyat yoldaşı) qeydiyyatsız, X18(bacısı) xx.xx.1986-cı ildən, Tarverdiyev Şahin (qohum) xx.xx.2015-ci ildən, X19 (bacısı) xx.xx.1986-ci ildən, Göyüşov Əmrah (qohumu) xx.xx.2002-ci ildən qeydiyyatda olmaqla yaşayırlar. Tətbiq edilən normalar: Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri Qaradağ rayon X7 İcrayə Komitəsinin 42 saylı 26 iyul 1968-ci il tarixli protokolunda və onun əsasında verilmiş Bakı şəhəri X8 İcrayə Komitəsinin 7355 saylı 29 iyul 1968-ci il tarixli orderində vətəndaşa verilmiş mənzilin ünvanı yanlış qeyd edildiyindən hüquqmüəyyənedici sənədlərdə uyğunsuzluq yaranmışdır. Ərizəçi qeyd olunan mənzilin özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin maraqlı şəxs isə hüquqmüəyyənedici sənədlərdə qeyd olunan uyğunsuzluğun aradan qaldırılması və düzəlişlərin edilməsindən sonra müraciət etməsini təklif etmişdir. Hazırki faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün lazımdır. Yuxarıda sadalanan normalardan göründüyü kimi belə faktın müəyyən edilməsi imkanı prosessual qanunvericilikdə təsbit olunmuşdur, lakin bu faktın müəyyən edilməsi üçün müəyyən şərtlərin olması zəruridir. Hansı ki hazırki mübahisədə həmin şərtlərin hamısı mövcuddur. Əvvəla Bakı şəhəri Qaradağ rayon X7 İcrayə Komitəsinin 42 saylı 26 iyul 1968-ci il tarixli protokolunda mənzilin ünvanı- “Sənqəçal qəsəbəsi, blok (giriş) П, mərtəbə Ш, ev 4, 2 otaqlı 16 saylı mənzil” kimi və Bakı şəhəri X8 İcrayə Komitəsinin 7355 saylı 29 iyul 1968-ci il tarixli orderində isə “Sənqəçal qəsəbəsində Blok İİ, mərtəbə İİİ, ev nömrəsi 2, 3 otaqlı 16 saylı mənzil” qeyd edilməklə, ərizəçinin şəxsiyyət vəsiqəsinə uyğun qeydiyyatda olduğu və faktiki yaşadığı mənzilin ünvanı ilə düz gəlmir. İkincisi həmin sənədlər hüquqmüəyyənedici sənədlərdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Üçüncüsü sənədləri verən təşkilatın hüququ varisi tərəfindən sənəddəki səhv aradan qaldırılmamışdır. Bu səbəbdən həmin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəyə baxılması mümkündür və həmin faktın müəyyən edilməsi məhz sübutetmə ilə bağlı olan məsələdir. İş materiallarına əlavə edilmiş problemli hüquqi sənədlərdə ailə üzvləri sırasında qeyd edilən X21 ərizəçinin doğum haqqında şəhadətnaməsindən də göründüyü kimi atası, hüqüqmüyyəndici sənədlərin verildiyi şəxs olan- X6 isə nənəsidir.Həmçinin, 127 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 37 nömrəli arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Həmin mənzil ünvan 2taqlıdır. Eyni zamanda həmin ünvanda yaşayan şəxslərin qeydiyyata düşməsinə dair arayışda ərizəçinin özünü nə vaxt qeydiyyata düşməsi göstərilməsə də, ərizəçinin bacılarının Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Dəmiryol küçəsi, ev 2, giriş 2, mərtəbə 2-də yerləşən 3 otaqlı 16 saylı mənzilə 1986-ci il tarixindən qeydiyyata düşmələri qeyd olunmuşdur. Bununla da təsdiq olunur ki, şəxsin hüquqmüəyyənedici sənədlərdə qeyd edilən ünvan(Bakı şəhəri Qaradağ rayon X7 İcrayə Komitəsinin 42 saylı 26 iyul 1968-ci il tarixli protokolunda mənzilin ünvanı- “Sənqəçal qəsəbəsi, blok (giriş) П, mərtəbə Ш, ev 4, 2 otaqlı 16 saylı mənzil” kimi və Bakı şəhəri X8 İcrayə Komitəsinin 7355 saylı 29 iyul 1968-ci il tarixli orderində isə “Sənqəçal qəsəbəsində Blok İİ, mərtəbə İİİ, ev nömrəsi 2, 3 otaqlı 16 saylı mənzil”) Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Dəmiryol küçəsi, ev 2, giriş 2, mərtəbə 2-də yerləşən 3 otaqlı 16 saylı mənzilinə aiddir. Odur ki, ərizə qismən əsaslı hesab edilməli və hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Ərizəçinin iddia tələbinin "rəqəm xətasına yol verilməsinin tanınması” hissəsinə dair qeyd edir ki, iddia tələbi bu hissədə məhkəmə səlahiyyətlərinə aid olmadığından təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməli, Bakı şəhəri Qaradağ rayon X7 İcrayə Komitəsinin 42 saylı 26 iyul 1968-ci il tarixli protokolu və Bakı şəhəri X8 İcrayə Komitəsinin 7355 saylı 29 iyul 1968-ci il tarixli orderi Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Dəmiryol küçəsi, ev 2, giriş 2, mərtəbə 2-də yerləşən 3 otaqlı 16 saylı mənzilinə məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməli və ərizə qalan hissədə rədd edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Qaradağ rayon X7 İcrayə Komitəsinin 42 saylı 26 iyul 1968-ci il tarixli protokolu və Bakı şəhəri X8 İcrayə Komitəsinin 7355 saylı 29 iyul 1968-ci il tarixli orderi Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Dəmiryol küçəsi, ev 2, giriş 2, mərtəbə 2-də yerləşən 3 otaqlı 16 saylı mənzilinə aid olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar