Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-273/2025 28.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 «hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Əriçələrin tələbi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının 15 may 2000-ci il tarixli 450 saylı sərəncamı ilə 0.06 hektar torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN-9292H KOD 00200066 nömrəli şəhadətnamənin Ərizəçi2, Ərizəçi3 Ziyafət oğlu və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Daha sonra ərizəçilər iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının 15 may 2000-ci il tarixli 450 saylı sərəncamı ilə 0.06 hektar torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN-9292H KOD 00200066 nömrəli şəhadətnamənin Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Ərizə belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının 15 may 2000-ci il tarixli 450 saylı sərəncamı ilə Qaradağ rayonu Sanqacal qəsəbəsində 0,06 hektar torpaq sahəsi ayrılmışdır. Bu barədə 27 oktyabr 2003-cü il tarixdə JN-9292H KOD 00200066 nömrə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamədə inzibati orqan tərəfindən texniki səhvlər buraxılaraq onun arvadı Ərizəçi2 qızlıq soyadı olan İsmayılova soyadını yazmışlar. Belə ki, o 30 iyun 1996-cı il tarixdə X2 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və Mətanət onun soyadı olan Nəsirova soyadını qəbul etmişdir. Eyni zamanda həmin şəhadətnamədə övladları Ərizəçi3 və Ərizəçi4 ata adları da səhv olaraq "Ziyafət" əvəzinə "Ziyatxan" kimi yazılmışdır. Şəhadətnamədən də görünür ki, onun adı Ziyafətdir. Lakin övladlarının adında Ziyatxan yazılmışdır. Torpağa dair müvafiq çıxarışın verilməsi üçün cavabdeh təşkilata müraciət edilmişdir. Ona verilmiş cavabda bildirilmişdir ki, JN-9292H nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadnamədə "Ərizəçi4" və "Ərizəçi3”ın ata adları "Ziyadxan" kimi notariat qaydasında təsdiq edilmiş razılıq ərizələrində isə "Ziyafət" kimi qeyd edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə DTXK-nin Bakı şəhər şöbəsi tərəfindəın verilmiş, hazırda həmin komitə mövcud olmasa da onun səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Bu barədə inzibati məhkəmədə iddia qaldırsa da məhkəmədə ona izah olunmuşdur ki, qeyd olunan şəhadətnamədə adlarda olan uyğunsuzluq aradan qaldırılmalıdır və bu məsələyə Qaradağ rayon məhkəməsində baxılmalıdır. Hazırda sənədlərdə olan bu uyğunsuzluğa görə həmin torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş evi adıma sənədləşdirə bilmir, sənədlərdə olan bu uyğunsuzluğa görə müəyyən problemlər yaranmışdır. Hazırkı hüquqi faktın müəyyən edilməsi ona torpaq sahəsinə dair sənədləşdirmə aparmaq üçün lazımdır. Qeyd olunan halların nəzərə alınaraq, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Ərizəçi1 məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və bildirdi ki, İsmayılova əvvəlki soyadıdır və nikah haqqında şəhadətnamə verilən zaman soyadının İsmayılova olduğunu qeyd etmişdir. Göstərilənlərə əsasən, mülkiyyət hüquqlarını realizə etmək məqsədilə ərizənin təmin edilməsini xahiş edir. Ərizəçi2 məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və bildirdi ki, sənəddə texniki səhvə yol verilib. Eltac və Elton oğlu olduğu qeyd etmişdir. Göstərilənlərə əsasən, mülkiyyət hüquqlarını realizə etmək məqsədilə ərizənin təmin edilməsini xahiş edir. Ərizəçilər Ərizəçi3, Ərizəçi4 və maraqlı şəxsə məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarı: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.3-ü bəndində qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. b) Əsaslandırma Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qaradağ rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 262444 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, X2 ilə X4 arasında nikah 114 nömrəli xx.xx.1996-ciı il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra ərə Nəsirov, arvada Nəsirova soyadı verilmişdir. AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1971-ci il tarixdə doğulmuşdur. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1975-ci il tarixdə doğulmuşdur. AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1996-ci il tarixdə doğulmuşdur. İşdə olan, AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 Zifayət oğlu xx.xx.2000-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Torpağın mülkiyyətə verilməsinə dair JN-9292H KOD 00200066 nömrəli şəhadətnaməyə əsasən, Ərizəçi1 (ailə tərkibi: X2, Ərizəçi3 Ziyadxan oğlu və Ərizəçi4 Ziyadxan oğlu) Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 450 saylı Sərəncamı ilə 0.06 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-9594/2024-**********94 nömrəli xx.xx.2024-cü il tarixli bildirişə əsasən, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı “B” yaşayış evinin əksər hissəsinin mülkiyyət hüququ ilə onlara məxsus olan torpaq sahəsindən kənarda, artıq topaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. Bundan əlavə, təqdim edilmiş JN-9292H nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “Ərizəçi4” və “Ərizəçi3”ın ata adları “Ziyadxan” kimi, X1 “İsmayılova” kimi, notariat qaydasında təsdiq edilmiş razılıq ərizələrində isə “Ziyafət” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 207№-li xx.xx.2002-ci il tarixli sərəncamına əsasən, vət. Ərizəçi1 Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 450 saylı sərəncamına əsasən Səngəçal qəsəbəsi, Məmmədyarov küçəsi, 20 saylı 709.0 kv.m torpaq sahəsində tikdirdiyi iki otaqdan ibarət yaşayış sahəsi 41.4 kv.m köməkçi sahəsi 40.3 kv.m həyətdə hamam sahəsi 12.2 kv.m ayaq yolu sahəsi 2.2 kv.m olan yaşayış evi sənədləşdirilib qeydiyyata alınmalıdır. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X12 Birliyinin xx.xx.2022-ci il tarixli MV 021123 №-li vəsiqəsinə əsasən, Ərizəçi3 müharibə veteranıdır. Beləliklə, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 450 saylı sərəncamında qeyd edilmiş ailə tərkibinin soyadı, adı və ata adları ilə onların şəxsiyyətini təsdiq edən sənəddə, habelə doğum haqqında şəhadətnamədə göstərilənlər arasında fərq olduğu aşkar edilmiş, beləki Ərizəçi2 soyadı “İsmayılova”, Ərizəçi3 və Ərizəçi4 ata adları “Ziyadxan” kimi qeyd olunmuş, həmin sənəd hüquqmüəyyənedici sənəd olmaqla, sənədin Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olmasının müəyyən edilməsi barədə ərizəçinin müraciətindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən imtina edilmişdir. Göründüyü kimi, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Məmmədyarov küçəsi, ev 20-də yaşayan Ərizəçi2, Ərizəçi3 və Nəsirli X5 qəsəbəsi, Məmmədyarov küçəsi, 20 saylı 709.0 kv.m torpaq sahəsində tikdirdiyi iki otaqdan ibarət yaşayış sahəsi 41.4 kv.m köməkçi sahəsi 40.3 kv.m həyətdə hamam sahəsi 12.2 kv.m ayaq yolu sahəsi 2.2 kv.m olan yaşayış evinin verilməsinə dair Azərbaycan Respublikası Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 450 saylı sərəncamına əsasən Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması halı öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının Sanqaçal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 507/25 №-li məktubuna əsasən, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Ziyafət oğlu, Nəsirli X6 rayonu, Sanqaçal qəsəbəsi, Məmmədyarov küçəsi, ev 20-də 2000-ci i tarixindən yaşayırlar. Ərizəçilərdən Mətanət Nəsirlinin soyadı ailə qurmamışdan əvvəlki soyadı olan “İsmayılova” kimi, Elton və Eltacın ata adları isə şəxsiyyət vəsiqələri və doğum haqqında şəhadətnamələrində yazıldığı kimi deyil, “Ziyadxan” kimi yazılmışdır. Göstərilənlərin texniki səhv olması məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Odur ki, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, Qaradağ rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli 450 saylı sərəncamı ilə 0.06 ha torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN-9292H KOD 00200066 nömrəli şəhadətnamənin Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli 450 saylı sərəncamı ilə 0.06 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN- 9292H KOD 00200066 nömrəli şəhadətnamənin Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-273/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-273/2025
28.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver