Məhkəmə qərarları › İş №2(002)-2738/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2738/2023

10.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2738/2023 10.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X2 1 saylı Bakı ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə məhkəməyə müraciət edərək, Qaradağ rayon XDS İcrayyə Komitəsinin 26 iyul 1991-ci il tarixli 6/172 saylı qərarının, ona Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.1.3-cü maddəsinin tələbinə görə, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı mülki iş üzrə iddia ərizəsi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Belə ki, iddia ərizəsi ərizəçinin səlahiyyəti nümayəndəsi Nümayəndə tərəfindən imzalanmışdır. Ərizə və ona əlavə olunmuş sənədlərdən ərizəçinin nümayəndəsi Nümayəndə ərizəçinin yaxın qohumu olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 69.1-1-ci maddəsinə görə, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbi nə əsasən, hazırkı mülki iş üzrə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.2, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X2 1 saylı Bakı ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə məhkəməyə müraciət edərək, Qaradağ rayon XDS İcrayyə Komitəsinin 26 iyul 1991-ci il tarixli 6/172 saylı qərarının, ona Ərizəçi məxsus olması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə ərizəçiyə geri qaytarılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (mədaxil qəbzinin nömrəsi: ********** ödənişin təyinatı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi geri qaytarılsın. Qərardad ödənilmiş dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Ərizəçiyə izah edilsin ki, iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində, elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar