Məhkəmə qərarları › İş №2(002)-274/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-274/2021

15.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-274/2021 15.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs Qaradag Rayon İcra hakimiyətinin nümayəndəsi X2 iştirakı ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1997- ci ildə Bakı şəhərində doğulmuş oğlum X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki,xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olan X6 onun oğludur. Taleh xəstə olmaqla diaqnozu “Kvadropleqik spastik serebral iflic, Uşaq serebral iflici “ xəstə olmaqla onda ağır dərəcəli 1-ci qrup əlildir, mütamadi olaraq müalicə olunur, kənar şəxsin qulluğuna ehtiyacı vardır. Göründüyü kimi Taleh xüsusi qulluq olmaqla ona kiminsə baxması zəruridir və ona qəyyum təyin edilməlidir. Odur ki, oğlunun fəaliyyət qabiliyyəti olmamasının müəyyən etdirmək ona qəyyum təyin olunması üçün lazımdır.AR MPM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi işin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqənin surətindən görünür ki, Ərizəçi Bakı şəhəri Müşfiqabad qəsəbəsi, ev.5A, mənzil 53- də qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı 15058547 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZİİ № 673177 seriyalı doğum haqqında şəhadətnamədən göründüyü kimi, Ərizəçi xx.xx.1997-ci il tarixdə təvəllüdlü X3 anasıdır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 15.02 2016ci il tarixli 1273 №-li sağlamlıq haqqında arayışdan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü X4 “Uşaq seribral iflici”-nin qalıq əlamətləri sol tərəfli hemiparez,psixo-fiziki inkişafın geriliyi müəyyən edilmişdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2020 tarixli arayışının surətindən görünür ki, X1 spastik serebal iflic, Uşaq serebal iflici diaqnozuyla 1-ci qrup əlildir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-2609/2020 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 187 saylı ekspert rəyindən görünür ki, X4 Uşaq serebral iflicinin qalıq əlamətləri, kəskin əqli gerilik müəyyən edilir.Bunu anamnestik məlumatlar,təqdim edilmiş tibbi sənədlər və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə körpəlik dövründə qızdırmalı hal keçirməsi, onda serebral iflic müəyyən edilməsi yaşıdlarına nəzərən pşixo-fiziki inkişafda geri qalması, nitqinin inkişaf etməməsi, əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, sonralar Bakı Uşaq Nevroloji Xəstəxanasında müalicələrdə olması, hal-hazırda yaşayış yeri üzrə xəstəxanın poliklinik şöbəsinin psixiatrik kabinetində qeydiyyatda olmaqla müalicələr qəbul etməsi, İ qrup müddətsiz əlil olması, xx.xx.2006-cı il tarixdə 3 saylı Şəhər Kliniki Xəstəxanasında müayinədə olaraq onda “Uşaq serebral iflicinin qalıq əlamətləri. Sol tərəfli hemiparez. Psixo-fiziki inkişafın geriliyi” diaqnozu ilə hərbi xidmətdən azad edilməsi, sərbəst yeriyə bilməməsi, hər-hansı bir işi müstəqil yerinə yetirməməsi, hazırki müayinə gedişatında kəskin əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir.: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır:1-ci sual: X3 hər hansı psixi qüsuru vardırmı? Cavab: X4 Uşaq serebral iflicinin qalıq əlamətləri, kəskin əqli gerilik müəyyən edilir.2-ci sual: X6 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdirmi?Cavab: Bunları nəzərə alaraq belə nəticəyə gəlirəm ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.3-cü sual:X6 fəaliyyət qabiliyyətlidirmi? Cavab: X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X3 onda müəyyən edilən uşaq serebral iflici, kəskin əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacıqardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin oğlu olan xx.xx.1997-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1997-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar