Məhkəmə qərarları › İş №2(002)-2774/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2774/2022

26.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2774/2022 26.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X4 oğlunun katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun ləğv olunmasi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun ləğv olunmasi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azəriqaz İB-in Bakı Regional Qazın Satışı Departamentinin Qərarının ləğv edilməsi,onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi N.Niftəliyev küçəsi 22 saylı evə qaz istehlakı ilə əlaqədar olaraq onun adına yazılmış 1036 manat məbləğində borcun silinməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla X3 arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri Qaradağ rayon Qobustan qəsəbəsi Niftəliyev küçəsi 22 saylı evə “Smart” tipli Qaz sayğacı quraşdırılmışdır.Həmin sayğac uzun müddət heç bir problem olmadan istifadə etmiş və qaz sayğacı üzrə əvvəlcədən ödəniş etməklə istifadə etmişdir.Daha doğrusu əvvəlcədən ödəniş etməklə qazdan istifadə etmişdir.Lakin sonradan Azəriqaz İB-in Bakı Regional Qazın Satışı Departamentinin Qaradağ rayon üzrə idarəsinin əməkdaşları bildirmişlər ki,guya Qaz Sayğacının istismar müddəti başa çatdığından dəyişdirilməlidir.O zaman o onlara etiraz etməmiş və bildirmişdir ki,onun istifadəsində olan Qaz Sayğacı dəyişdirilərkən “Smart”tipli qaz sayğacı quraşdırsınlar.Həmin vaxtı Qaz İdarəsinin müvəqqəti olaraq “Mexaniki” Qaz Sayğacı quraşdıracaqlar və “Smart” tipli Qaz Sayğacı daxil olduğu təqdirdə gətirib dəyşdirəcəklər.Ona görə o etiraz etməmişdir.Eyni zamanda X1 gələrək Ərizə yazmış və onun evinə quraşdırılmış X5 “Smart”tipli Qaz Sayğacının dəyişdirilməsini təmin etməmişlər.Ona görə o təkrar müraciət etmiş və ona bildirmişlər ki,qısa müddətdə sayğacı dəyişdirəcəklər.xx.xx.2022-ci il tarixində onun evinə quraşdırılmış X6 dəyişdiriliblər və Mexaniki Sayğacı aparıblar.Həmin vaxtı X7 hər hansı müdaxilənin olması barədə heç bir hal aşkar etməmişlər.Onun evinə quraşdırılmış Qaz Sayğacı həyətinə giriş darvazasında quraşdırılmışdır.Həmin yerdən onun evinə təxminən 25 metrdən aralıdır və ona görə onun qaz xəttinə və qaz sayğacına müdaxilə etməyi mümkün deyildir.30 avqust 2022-ci il tarixində Qaradağ rayon Qobustan qəsəbəsi üzrə nümayəndəsi Tahir müəllim ona zəng edərək bildirdi ki,şöbəyə gəlsin.Ona görə o Qaz İdarəsinin qəsəbə nümayəndəliyinə gəlmiş və Tahir müəllim ona bildirmişlər ki,guya onun evindən iyul ayından çıxarılmış mexaniki Qaz sayğacı üzrə 1036 manat məbləğində cərimə vardır.Qaz Sayğacına müdaxilə etmişdir.O ona etiraz etmiş və ondan sənədi tələb etmişdir.O zaman ona bildirmişdir ki,Sayğaca görə yazılmış Akt “Azərqaz” İstehsalat Birliyindən gedib götürməlidir.Ona görə də o Birliyə gəlmiş və ona yazılmış cərimənin əsasın soruşmuş və ona bildirmişlər ki,guya sayğaca müdaxilə etmişdir.Həmin vaxt o bildirmişdir ki,onun aylar üzrə sayğac sərfiyyatı barədə Arayışa baxmağı təklif etmiş və məlum olmuşdur ki,onun evinə qaz sərfiyyatı aylar üzrə stabildir və hər hansı müdaxilədən söhbət gedə bilməz.Lakin buna baxmayaraq yazılmış cəriməni silə bilməyəcəklərini bildirmişlər.X5 çıxarılması ilə əlaqədar yazılmış cərimə əsassızdır və o heç vaxt və hər hansı bir formada qaz sayğacına müdaxilə etməmişdir.Ona qaz sayğacına görə yazılmış cərimə əsassızdır və silinməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, qeyd edilən akt sayğaca müdaxilə ilə bağlı tərtib eidlmiş, bununla bağlı sübut qismində müvafiq akt və yoxlama ilə bağlı rəy tərtib edilib, bundan başqa sübut vasitəsinin olmadığını, həmin akt əsasında isə 864 manat qaz itkisinə görə vurulmuş ziyanın məbləğinin hesablandığını bildirərək, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: xx.xx.2021-ci il tarixli 09-13143 №li qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilənin məzmunundan görünür ki, İddiaçı ilə Azəriqaz İB arasında müqavilə bağlanılmış, həmin müqvailəyə əsasən qaz paylayıcısı istehlakçını keyfiyyətli qazla təmin edilməsi öhdəliyini götürmüş, istehlakçı isə qazın dəyərinin sayğac göstəricisinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli ******* №li Aktın məzmunundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, B.Niftəliyev küçəsi ev 11, Qobustan qəsəbəsi Massiv 4 ünvanında sayğaca müdaxilə olunub, qaz itkisi 8640 m3 kimi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-02790-1 № li aktın məzmunundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 4 ünvanında sayğac üzrə qaz itkisi, müdxailə olunduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29/1710- 02790-1 nömrəli akta və xx.xx.2022-ci il tarixli ******* №li akta əsasən **********00000 saylı abonent İddiaçı 8640 m3 dəymiş ziyan həcmi hesablanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 6-2-ci bəndinə əsasən müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Həmin Qanunun13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə ilk öncə onu qeyd edir ki, hazırki mülki iş üzrə sübutetmə yükü bilavasitə cavabdehin üzərinə düşür. Belə ki, məhz cavabdeh tərəfindən iddiaçının qaz sayğacına müdaxilə edilməsi və bunun nəticəsində qaz itkisinin baş verməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməlidir. Həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. lakin buna baxmayaraq, cavabdeh tərəfindən qeyd eidlən hallara dair heç bir mötəbər sübut məhkəməyə təqdim eidlməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin çölündə yerləşdirilmişdir. Bundan əlavə məhkəmə onu qeyd edir ki, cavabdeh tərəfindən qeyd edilən halın müəyyən eilməsi ilə bağlı yeganə sübut qismində tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta və həmin akta əsasən hesablanmış dəymiz ziyanla bağlı hesabata istinad etmişdir. Məhkəmə qeyd edilən sübut vasitəsilə bağlı onu qeyd edir ki, həmin akt kserosurət olmaqla, lazımi qaydada təsdiq edilməmişdir. Halbuki mülki qanunvericiliyin tələbinə əsasən yazılı sübutlarsənədlərin əsli və ya lazimi qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməmişdir Bundan əlavə qeyd edilən həmin aktların tərtib edilməsində istehlakçı qismində çıxış edən iddiaçının iştirakı təmin edilməmiş, həmin akt cavabdehin özü tərəfindən tərtib edilmişdir. Bu hal isə həmin aktların formal olaraq tərtib edilməsi kimi qiymətləndirilməsinə əsas verir. Bu halda isə cavabdeh tərəfindən təqdim edilmiş həmin sənədlərin iş üzrə mötəbər sübut qismində qəbul edilməsi yolverilməzdir. Cavabdeh tərəfindən isə iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması halına dair başqa heç bir sübutvasitəsi təqdim edilməmişdir.Bununla da, hazırki mülki iş üzrə istehalkçı qismində çıxış edən iddiaçıya qazdan istifadə edilməsi zamanı qaz paylayıcsına qeyd edilən məbləğdə ziyan vurulması halının müəyyən edilməsi mümkün olmamışdır.Bununla da, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* №li aktın əsasının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, qeyd edilən akt əsasında cavabdeh tərəfindən istehlakçı qismində iddiaçıya məxsus sayğac üzrə vurulmuş ziyan məbləği 864 manat təşkil edir.. İddiaçı isə həmin akt əsasında ona 1036 manat vurulmuş ziyan məbləği hesablandığını bildirsə də, qeyd edilən hala dair heç bir sübut vasitəsi məhkəməyə təqdim edilməmişdir. Bu halda, məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, müvafiq aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış ziyanın məbləği (864 manat) hissəsində təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar və 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, MPM-in 119-cu maddəsinin tələbi baxımından hazırki mülki iş üzrə tərəflərin dövlət rüsumu ödəməkdən azad olunması halının nəzərə alınmasını zəruri hesab edir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh İB-i tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvan üzrə **********00000 №li abonentə dair tərtib edilmiş ******* nömrəli 31 avqust 2022-ci il tarixli akt ləğv edilməli və həmin akta əsasən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4 ünvanı üzrə (abonent kodu: **********00000 üzrə) hesablanmış 864 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB-i tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 5 ünvan üzrə **********00000 №li abonentə dair tərtib edilmiş ******* nömrəli 31 avqust 2022-ci il tarixli akt ləğv edilsin və həmin akta əsasən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvan üzrə **********00000 №li abonentə dair sayğac üzrə hesablanmış 864 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar