Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-28/2024 06.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı, onun vəkili X13, Digər iddia üzrə iddiaçı Cavabdeh2, Digər iddia üzrə cavabdehlər Cavabdeh8, Cavabdeh4 və Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı «vəsiyyətnamə və məcburi pay üzrə miras əmlak payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə və digər iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh8, İddiaçı, Cavabdeh6, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5 və Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı “ miras əmlakdan payın müəyyən edilməsi və məcburi paya vərəsəlik hüququ üzrə şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı « vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzilə vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini Bakı şəhəri 45 saylı Notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X14 29 mart 2022-ci il tarixdə vəfat etmişdir. Mülkiyyətində olan bütün əmlaklarını o cümlədən Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzilini 01 dekabr 2017-ci il tarixli vəsiyyətnaməyə əsasən (vəsiyyətnamə 45 saylı notariat ofisində təsdiq edilmişdir) ona vəsiyyət etmişdir. Bununla bağlı 45 saylı notariat ofisində müraciət etmiş, vərəsəlik işi açılsa da vərəsələr arasında məcburi payın verilməsi ilə əlaqədar mübahisə olduğunu əsas gətirməklə məhkəməyə müraciət etməyi töfsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Hazırkı tələblə bağlı Bakı İnzibati Məhkəməsinə mürciət etmişdir. Bakı İnzibati Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarına istinad etməklə işin ümumi məhkəməyə aid olduğunu qeyd etməklə iddianı mümkünsüz saymışdır. Məhkəmənin icraatında olan 2(002)-3379/2022 saylı digər mülki iş üzrə Cavabdeh2 cavabdehlər Cavabdeh8, İddiaçı, Cavabdeh6, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5 və Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı “qanun üzrə miras əmlakdan payın müəyyən edilməsi və məcburi paya vərəsəlik hüququ üzrə şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi. Emin Quliyev küçəsi, ev 31-də yerləşən 3 otaqlı 3 nömrəli mənzilə vərəsələrin miras payının müəyyən edılməsi və məcburi paya dair vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariat orqanına həvalə edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Digər iddiaçı Cavabdeh2 iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X14 29 mart 2022 ci il tarixdə vəfat etmişdir. Vəfat edən günə onun 8 vərəsəsi (Rauf 1965 Azər 1971, Dilarə 1967, Sevda 1969, Səadət 1974, Balaxanım 1978, Fatma 1981 və Şəfa 1984) qalmışdır. Mərhum atasının ölümündən sonra mülkiyyət hüququ ilə ona məxsus olmuş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 31-də yerləşən 3 Otaqlı, 3 saylı mənzil miras qalmışdır. Miras qalmış əmlaka mərhum atası tərəfinasn 2017-ci ildə vəsiyyətnamə qoyulması barədə cavabdeh qardaşı İddiaçı tərəfindən məlumat verilmişdir. Bu məlumat əsasında məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar ərazi üzrə Bakı şəhəri 45 saylı Notoriat ofisinə müraciət elmiş, Notoriat ofisinin xüsusi notariusu Tofiq Şükürov ərizəsinə belə bir cavab vermişdi-“atanız X14 29 mart 2022 ci il tarixdə vəfat etmişdir Mərhum öz sağlığında bütün əmlakını oğlu İddiaçı vəsiyyət etmişdi. Onun ərizəsi əsasında 11.04 2022-cı idə Bakı şəhəri 45 saylı Notoriat ofisinə vərəsəlik işi açılmışdır. Vərəsələr arasında məcburi payın verilməsi ilə əlaqədar mübahisə olduğuna görə məhkəməyə muüraciət etməlisiniz deyə ona notariat ofisindən məktub ünvanlanmışdır. Atası tərəfindən qoyulmuş vəsiyyətnamə barədə onda məlumat olmamışdı.O, həmişə mərhum valideynləri ilə birlikdə yaşamışdır. Anası xx.xx.2022-cı il tarixdə vəfat etmişdir. Bundan sonra atası cavabdeh Azər yaşadığı Badamdar qəsəbəsinə aparmışdır. Atası gedən günədək vəsiyyətnamə barədə ona heç bu söz deməmişdir. Cavabdehlərin bəzilərinin rəsmi qeydiyyatları miras əmlakın yerləşdiyi ünvan olsa da, onların hamısı ailə qurmuş və müxtəlif ünvanlarda yaşamışlar. Halhazıradək qoyulmuş vəsiyyətnamənin məzmunu barədə notariat ofisi bilgi vermiş, lakin vəsıyyətnamə ona göstərilməmişdir. Vəsiyyətnamənin məzmunu ilə notariusda vərsələrlə tanış etməli olduğu halda, bu hərəkətləri etmədiyindən 8 vərəsədən mərhum atası tərəfindən yalnız Azərin adına vəsiyyətnamə qoyulması ona inadırıcı görünmür. Buna görə də, artıq vərəsəiyin qanunla nəzərdə tutulmuş qəbulu müddəti (6 aylıq müddət) keçdiyindən, vəsiyyətnamə olduğu təqdirdə məcburi paya dair vərəsəlik şəhadətnaməsinin verilməsini 45 saylı Notariat ofisindənn xahiş etsə də vərəsələr arasında mübahisəni gündəmə gətirən notariat ofisi məhkəməyə müraciət bildirmişdir. Miras əmlakı faktiki və rəsmi olaraq o, qəbul etmiş və hazırda onun idarəçiliyindədir.Hesab edir ki, vəsiyyətnamə üzrə bütün əmlak İddiaçı vəsiyyət edilsə də, onlar vərəsələrin miras əmlakdan bərabər paylarla məcburi payı vardır və bu paylar məhkəmə qaydasında müəyyən edilməlidir. Lakin, vəsıyyətnaməni bəhanə gətirən qardaşı İddiaçı bütün əmlakın ona çatacağını bildrərək, haqsız mübahisə törədir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 13 dekabr 2022-ci il tarixli, 2(002)- 2891/2022 saylı qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh8, İddiaçı, Cavabdeh6, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5 və Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı qanun üzrə miras əmlakdan payın müəyyən edilməsi və məcburi paya vərəsəlik hüququ üzrə şəhadətnamənin verilməsi tələbinə dair iddiası üzrə 2(002)-3379/2022 nömrəli mülki iş iddiaçı X8 cavabdeh Bakı şəhəri 45 saylı Notariat ofisinə qarşı «vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair iddiası üzrə 2(002)- 2891/2022 saylı mülki işlə bir icraatda birləşdirilməsi və birləşmiş mülki işə 2(002)- 2891/2022 nömrəsi verilməsi qərara alınmışdır. İddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, vəsiyyətnamə və məcburi pay üzrə ona düşən miras əmlak payının müəyyyən edilməsi və bu barədə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsini Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, iddianı müdafiə edir, anası və atası vəfat ediblər, 8 uşaqdırlar.Qardaş-bacıları sağdır. Ata anası (nənəsi və atası (babası) da vəfat etmişlər. Atasının ikinci ailəsi yoxdur, olmamışdır.Atası bütün əmlakı onun xeyrinə vəsiyyət etmişdir. Şəfanın miras əmlakdaı məcburi payını istəməsnə etiraz etmir. Evi öz adına sənədləşdirmək istəyir. Hamısının payını pul ödəməklə verəcək. Şəfa bütün paltarlarnı aparıb, evdə onun 2-3 salafan paltarı var, onu da qapının ağzına qoyacaq ki, gəlib götürsün. Bacısı Sevda iclasa gəlməyib, ilk gündən onun xeyrinə payından imtina edib. Bacısı Balaxanım ilə 13000 manata razılaşıb, o, da payından imtina edib. İddiaçı cavabdeh İddiaçı vəkili X17 məhkəmə iclasında iddia müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Digər iddiaçı Cavabdeh2 məhkəmədə qeyd etdi ki, öz payını istəyir. Evdən pul payını istəmir. Azərin payı özünündür, onun payı özünündür. O, 8 nəfərin payının pozulması ilə bağlı müraciət etmişdir. Azər onu evdən çıxarıb. Bütün paltarları o evdədir. Bacılarıgildə qalır. O öz iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Digər iddiaçı Cavabdeh2 iddiası üzrə Cavabdeh8 məhkəmə iclasında ərizə təqdim edərək, payından Azərin xeyrinə imtina etdiyini və qardaşı Azərin xeyrinə qərar qəbul olunmasını xahiş etdi. Digər iddiaçı Cavabdeh2 iddiası üzrə Cavabdeh5 məhkəmə iclasında izahatında qeyd etdi ki, öz payını heç kimə güzəştə getmir. Onun da miras əmlakda məcburi payı vardır. Digər iddiaçı Cavabdeh2 iddiası üzrə Cavabdeh4 məhkəmə iclasında izahatında qeyd etdi ki, öz payını tələb edir, kimsənin xeyrinə imtina etmək fikri yoxdur. Digər iddiaçı Cavabdeh2 iddiası üzrə Cavabdeh7 sədrlik edənin göstərişi ilə məhkəmə iclasında telefon vasitəsilə vidoezəng edildi və Cavabdeh7 bildirdi ki, miras əmlakdan ona düşən məcburi payını heç kimin xeyrinə imtina etmir, öz payını tələb edir. Cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh X3 mail vastəsi ilə Bakı İstintaq təcridxanasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun iddiaya qarşı hər hansı bir etirazı daxil olmamışdır. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə iddia tələbi üzrə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, hər iki iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Mülki iş materiallarında olan Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli vəsiyyətnamədən görünür ki , Bakı şəhəri ,Sahil qəs,E.Quliyev küçəsi, ev.31, mənzil 3-də yaşayan xx.xx.1940-cı il təvəllüdlü, X14 (Ş/V AZE ********. Qaradağ RPl-dən xx.xx.2005-ci ildə verilib) vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam verir: Harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günədək ona məxsus olan bütün əmlakını- Bakı şəhər, Qaradağ rayonu, Sahil qəsəbəsi ,E,Quliyev küçəsi, ev.31, mənzil 3-də yaşayan İddiaçı vəsiyyət edir. Mülki iş materiallarında olan AZ-İİ seriyalı 269394 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X14 29 mart 2022-ci il tarixdə vəfat etmiş və bu barədə xx.xx.2022-ci il tarixdə 246 saylı nömrə ilə qeyd edilmişdir. Mülki iş materiallarında olan AZ-İİ seriyalı 244233 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X22 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 109 saylı nömrə ilə qeyd edilmişdir. Mülki iş materiallarında olan Elekton notarat X1 vasitəsilə “X10” çıxarışından görünür ki, X14 ilə X22 arasında nikah xx.xx.1964-cü il tarixdə bağlanmış və bu barədə AZ-İ Seriyalı 369036 saylı şəhadətnamə verilmişdir. Mülki iş materiallarında olan AZ-T seriyalı 192237 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1971-ci i ltəvəllüdlü İddiaçı atası X14 ,anası X18r. Mülki iş materiallarında olan AZ-T seriyalı 194512 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh8 atası X14, anası X18r. Mülki iş materiallarında olan AZ-T seriyalı 194512 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh8 atası X14, anası X18r. Mülki iş materiallarında olan АЗ seriyalı ******* saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X4 atası X14, anası X18r. Mülki iş materiallarında olan İV-ЖГ seriyalı 494603 saylı nikahın bağlnması haqqında şəhadətnamədən görünür ki, X11 ilə X23 arasında nikah xx.xx.1989-cu i ltarixdə bağlanmış və bu barədə 7 nömrəli akt ilə qeyd aparılmışdır. Mülki iş materiallarında olan İİ-ЖГ seriyalı 491102 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X5 atası X14, anası X18r. Mülki iş materiallarında olan Vİİ-ЖГ seriyalı 314393 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X12 ilə X24 arasında nikah xx.xx.1996-cı il tarixdə bağlanmış və bu barədə 242 nömrəli akt ilə qeyd aparılmışdır. Mülki iş materiallarında olan X-ЖГ seriyalı 368655 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1984-ci il təvəllüdlü Cavabdeh2 atası X14, anası X18r. Mülki iş materiallarında olan MN seriyalı 016518 saylı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. Mülki iş materiallarında olan AA 074327 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, Cavabdeh2 Füzuli rayonundan məcburi köçkündür, Qaradağ rayon ərazisində müvəqqəti məskunlaşmlışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinın çıxarışdan görünür ki, Bakı şəhər, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzil xx.xx.2022-ci il tarixdən ********** nömrəsi ilə X9 adına qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontorunun xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh8 məktubuna cavab olaraq bildirilmişdir ki, atası X14 xx.xx.2022-ci ildə vəfat etmişdir. Mərhum öz sağlığında bütün əmlakını oğlu - İddiaçı vəsiyyət etmişdir. Onun ərizəsi əsasında xx.xx.2022-ci ildə Bakı şəhəri 45 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Ərizədən göründüyü kimi vərəsələr arasında məcburi payın verilməsi ilə əlaqədar mübahisə olduğuna görə məhkəməyə müraciət edilməlidir. Mülki iş materiallarında olan Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontorunun xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh2 məktubuna cavab olaraq bildirilmişdir ki, atası X14 xx.xx.2022-ci ildə vəfat etmişdir. Mərhum öz sağlığında bütün əmlakını oğlu - İddiaçı vəsiyyət etmişdir. Onun ərizəsi əsasında xx.xx.2022-ci ildə Bakı şəhəri 45 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Ərizədən göründüyü kimi vərəsələr arasında məcburi payın verilməsi ilə əlaqədar mübahisə olduğuna görə məhkəməyə müraciət edilməlidir Mülki iş materiallarında olan Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontorunun xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh2 məktubuna cavab olaraq bildirilmişdir ki, atası X14 xx.xx.2022-ci ildə vəfat etmişdir. Mərhum öz sağlığında bütün əmlakını Sizə vəsiyyət etmişdir. Ərizədən göründüyü kimi vərəsələr arasında məcburi payın verilməsi ilə əlaqədar mübahisə olduğuna görə məhkəməyə müraciət edilməlidir. Mülki iş materiallarında olan xx.xx.2020-ci il tarixli qarşıllıqlı müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh6 araslnda razılaşma əldə olunmuşdr ki, Cavabdeh6 Bakı şəhər, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzilinə olan məcburi payından 13000 manat müqabilində İddiaçı xeyrinə imtina etmiş və gələcəkdə həmin ünvamdakı əmlakda məcburi paya dair hər hnsı bir iddia irəli sürməyəcəyinə dair öhdəlik götürümüşdür. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1007/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı «miras qalmış əmlaka dair qoyulmuş vəsiyyətnamənin etibarsız edilməsi» tələbi rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1986/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1007/2024 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1986/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1986/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-2772/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1986/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılaraq verilmiş kassasiya şikayəti təmin edilməmiş və qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Mülki iş materiallarında olan Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh3 Bakı şəhər, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzilindən ona düşən paydan İddiaçı xeyrinə imtina etmişdir. Mülki iş materiallarında olan Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş ərizələrdən görünür ki, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8, Cavabdeh7 və İddiaçı Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna müraciət edərərk, xx.xx.2022-ci i ltarixdə vəfat etmiş ataları- X6 miras almış Bakı şəhər, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzilindən onlara çatası pay üzrə şəhadətnamənin verilməsini xahiş etmişdilər. Mülki iş materiallarında olan Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna müraciət edərək,bildirmişdir ki, o, Bakı şəhər, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzilində yaşamış və xx.xx.2022-ci i ltarixdə vəfat etmiş atası X6 qalmış mirası qəbul edir. Miras əmlak Bakı şəhər, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzildən ibarətdir. Mənzildə ondan başqa vərəsələr yaşayır. Cavabdeh8, Cavabdeh3, Cavabdeh5, Cavabdeh7, Cavabdeh4, X7, X15 və X19. Miras qoyanın AR-nın MM-nin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat əyimin zəruriliyi notarius tərəfindən ona izah edildi. Göstərilən əmlakdan ona çatası paya vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməyini xahiş etmişdir. Mülki iş materiallarında olan Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh5 Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna müraciət edərək,bildirmişdir ki, o, Bakı şəhər, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzilində yaşamış və xx.xx.2022-ci i ltarixdə vəfat etmiş atası X6 qalmış mirası qəbul edir. Miras əmlak Bakı şəhər, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzildən ibarətdir. Mənzildə ondan başqa vərəsələr yaşayır. Cavabdeh8, Cavabdeh3, İddiaçı, Cavabdeh7, Cavabdeh4, X7, X15 və X19. Miras qoyanın AR-nın MM-nin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat əyimin zəruriliyi notarius tərəfindən ona izah edildi. Göstərilən əmlakdan ona çatası paya vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməyini xahiş etmişdir. Mülki iş materiallarında olan Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh4 Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna müraciət edərək,bildirmişdir ki, o, Bakı şəhər, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzilində yaşamış və xx.xx.2022-ci i ltarixdə vəfat etmiş atası X6 qalmış mirası qəbul edir. Miras əmlak Bakı şəhər, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzildən ibarətdir. Mənzildə ondan başqa vərəsələr yaşayır. Cavabdeh8, Cavabdeh3, İddiaçı, Cavabdeh7, Cavabdeh5, X7, X15 və X19. Miras qoyanın AR-nın MM-nin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat əyimin zəruriliyi notarius tərəfindən ona izah edildi. Göstərilən əmlakdan ona çatası paya vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməyini xahiş etmişdir. Mülki iş materiallarında olan Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X19 Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna müraciət edərək,bildirmişdir ki, o, Bakı şəhər, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzilində yaşamış və xx.xx.2022-ci i ltarixdə vəfat etmiş atası X6 qalmış mirası qəbul edir. Miras əmlak Bakı şəhər, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzildən ibarətdir. Mənzildə ondan başqa vərəsələr yaşayır. Cavabdeh8, Cavabdeh3, İddiaçı, Cavabdeh7, Cavabdeh5, X7, X15 və Cavabdeh4. Miras qoyanın AR-nın MM-nin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat əyimin zəruriliyi notarius tərəfindən ona izah edildi. Göstərilən əmlakdan ona çatası paya vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməyini xahiş etmişdir. Mülki iş materiallarında olan Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X15 Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna müraciət edərək,bildirmişdir ki, o, Bakı şəhər, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzilində yaşamış və xx.xx.2022-ci i ltarixdə vəfat etmiş atası X6 qalmış mirası qəbul edir. Miras əmlak Bakı şəhər, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzildən ibarətdir. Mənzildə ondan başqa vərəsələr yaşayır. Cavabdeh8, Cavabdeh3, İddiaçı, X19, Cavabdeh5, X7, X15 və Cavabdeh4. Miras qoyanın AR-nın MM-nin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat əyimin zəruriliyi notarius tərəfindən ona izah edildi. Göstərilən əmlakdan ona çatası paya vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməyini xahiş etmişdir. Mülki iş materiallarında olan Cavabdeh2 Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki,atası X14 xx.xx.2017-ci ildə bütün əmlakını qardaşı İddiaçı vəsiyyət etmişdir.Atası xx.xx.2022-ci i ltarixdə vəfat etmişdir. Onun adına Bakı şəhəri 45 saylı Dövlət Notariat ofisində xx.xx.2022-ci ildə vərəsəlik açılıb. X2 8 vərəsəsi var.Vərəsələr arasında məvburi pay hüquqi ilə əlaqəadr mübahisə olduğuna görə məhkəməyə müraciət edəcəkdir. Mülki iş materiallarında olan Cavabdeh8 Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, atası X14 xx.xx.2017-ci ildə bütün əmlakını qardaşı İddiaçı vəsiyyət etmişdir.Atası xx.xx.2022-ci i ltarixdə vəfat etmişdir. Onun adına Bakı şəhəri 45 saylı Dövlət Notariat ofisində xx.xx.2022-ci ildə vərəsəlik açılıb. X2 8 vərəsəsi var.Vərəsələr arasında məcburi pay hüquqi ilə əlaqəadr mübahisə olduğuna görə məhkəməyə müraciət edəcəkdir. Mülki iş materiallarında olan Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontorunun İddiaçı Bağır oğluna ünvanlandığı 324 saylı məktubdan görünür ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaf olduğundan məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, X14 29 mart 2022-ci il tarixdə vəfat etmişdir. X14 vəfat etməzdən əvvəl 01 dekabr 2017-ci il tarixli vəsiyyətnaməyə əsasən bütün əmlaklarını, o cümlədən Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzilini oğlu İddiaçı vəsiyyət etmişdir. Vərəsəlik işi açılan zaman miras alanlar arasında mübahisə olduğuna görə notarius vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. İddiaçı, Cavabdeh2, Cavabdeh8, Cavabdeh6, Cavabdeh3,Cavabdeh7, Cavabdeh4 və Cavabdeh5 mərhum X9 vərəsələridir. İddiaçı «vəsiyyətnamə və məcburi pay üzrə miras əmlak payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbi ilə, Cavabdeh2 isə “miras əmlakdan payın müəyyən edilməsi və məcburi paya vərəsəlik hüququ üzrə şəhadətnamənin verilməsi” tələbi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh8 ona düşən məcburi paydan məhkəmə iclasında yazılı ərizə təqdim edərək və ifadə verərək qardaşı İddiaçı xeyrinə imtina etmişdir. Cavabdeh3 ona duşən məcburi paydan notariat ofisinə müraciət edərək qardaşı İddiaçı xeyrinə imtina etmişdir. Cavabdeh6 isə qardaşı İddiaçı ilə xx.xx.2022-ci il tarixli qarşılıqlı razılaşma müqaviləsi bağlayaraq 13000 manat müqabilində miras əmlakdan qardaşı İddiaçı xeyrinə indi və gələcəkdə imtina etməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh7, Cavabdeh4 və Cavabdeh5 isə öz məcburi paylarını heç kimin xeyrinə imtina etməmişlər. Məhkəmə qeyd edir ki, hər iki iddia tələbi bir-biri ilə qarşılıqlı bağlılığı olduğundan aşağıdakı maddi hüquq normalarının tətbiqini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmin Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1193-cü maddəsinə əsaən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1193-cü maddəsinə əsaən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsaən, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1202.1-cı maddəsinə əsaən, məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarına əsasən, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Məhkəmə sadalanan hüquq normalarına əsasən qeyd edir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, X14 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, iddiaçılar və cavabdehlər isə miras qoyan şəxsin övladları olmaqla birinci növbəli vərəsələrdir. İşdən görünür ki, İddiaçı mübahisəli əmlak vəsiyyət edilmişdir. Həmçinin digər vərəsələr Cavabdeh8, Cavabdeh3 və Cavabdeh6 məcburi paydan İddiaçı xeyrinə imtina etmişdilər. Məhkəmə qeyd edir ki, baxmayaraq ki, onlar Azərin xeyrinə imtina etmişdilər, Azərin xeyrinə imtina ilə əlaqədar yox, məhz imtina etməklə əlaqədar Mülki Məcəllənin 1202.1-cı maddəsinə əsaən həmin pay Azərin vərəsəlik payına keçmiş olur. Belə ki, həmin maddəyə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məhkəmə onu da qeyd edir ki, məcburi pay hüququ olan vərəsələrə çatan hissə vərəsənin yarısı, yəni 1/2 cox olmayan pay olacaq, rəsmi vərəsəyə-Azərə çatan hissə isə 1/2 hissə, yəni miras əmlakın yarı hissəsi qalacaq. 8 nəfər məcburi pay hüququ olan vərəsə olduğu ucun hər bir 8 nəfərə qanun üzrə çatası payın yarısı nəzərə alınmaqla 1/2 payın 8 nəfər arasında bölünməsinə əsasən məcburi vərəsələrin hər birinə 1/16 hissədə məcburi pay çatacaq. Rauf, Sevda və Balaxanım isə öz məcburi paylarından İddiaçı xeyrinə imtina etməkləri və İddiaçı də özünün məcburi pay hüquq olmasını nəzərə almaqla İddiaçı payı- (1/2+1/16+3*1*16= 8/16+1/16+3/16=12/16) 12/16 hissə təşkil edir. Digər məcburi vərəsələrin hər birinə 1/16 vərəsəlik payı çatacaq və onların cəmi payı 8-4 nəfər=4 nəfər 4*1/16=4/16 kimi olacaq. Bununla da, cəmi vərəsəlik 4/16 +12/16=16/16 yəni tam bir payı təşkil edəcək . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumu tərəflərə bərabər şəkildə aid edilməlidir. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı olaraq qeyd edir ki, İddiaçı məcburi köçkün və müharibə veteranı olduğuna görə, həmçminin digər iddiaçı Cavabdeh2 isə məcburi köçkün olduna görə dövlət rüsumunu ödəməkdən azaddırlar və iddia ərizlərini verərkən dövlət rüsumunu ödəməmişdirlər. İddiaçı iddiası üzrə cavabdeh dövlət təssisatı(qurumu) olduğundan onun iddiası münasibətdə dövlət rüsümü tutulmamalıdır. İddiaçı Cavabdeh2 iddia tələbi təmin edilsə də cavabdehlərdən- Cavabdeh6, Cavabdeh7, İddiaçı AZEMİS Elektron Məhkəmə Sistemindən məcburi köçkün (müharibə veteranı) statutusunun olduğu müəyyən edildiyindən onlardan dövlət rüsumu tutulması yolverilməzdir. Digər cavbdehlər - Cavabdeh4, Cavabdeh5, Cavabdeh8 və Cavabdeh3 “AZEMİS Elektron Məhkəmə Sistemi”-ndə məcburi köçkün statusunun olması müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 iddia tələbi üzrə 100 manat dövlət rüsumu Cavabdeh4, Cavabdeh5, Cavabdeh8 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı «vəsiyyətnamə və məcburi pay üzrə miras əmlak payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair iddiası təmin olunsun. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzilə İddiaçı vəsiyyətnamə və məcburi pay üzrə miras əmlak payı 12/16 hissə müəyyən edilsin. Bu qətnamə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzilə münasibətdə Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna İddiaçı üçün vərəsəlik şəhadətnaməsinin verilməsinə əsas hesab olunsun. İddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh8, İddiaçı, Cavabdeh6, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5 və Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı “miras əmlakdan payın müəyyən edilməsi və məcburi paya vərəsəlik hüququ üzrə şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilsin . Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzilə Cavabdeh7,Cavabdeh4 və Cavabdeh5 hər birinin məcburi payı 1/16 hissə olması nəzərə alınmaqla iddiaçı Cavabdeh2 həmin mənzilə 1/16 hissədə məcburi payı müəyyən edilsin. Bu qətnamə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzilə münasibətdə Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna Cavabdeh2 üçün vərəsəlik şəhadətnaməsinin verilməsinə əsas hesab olunun. 100 manat dövlət rüsumu Cavabdeh4, Cavabdeh5, Cavabdeh8 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov.
Məhkəmə qərarları › İş №2(002)-28/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-28/2024
06.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver