Məhkəmə qərarları › İş №2(002)-2818/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2818/2023

11.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2818/2023 11.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon XDS İcrayyə Komitəsinin 26 iyul 1991-ci il tarixli 6/172 saylı qərarının ona Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Qaradağ rayon XDS İcrayyə Komitəsinin 26 iyul 1991-ci il tarixli 6/172 saylı qərarına əsasən ona fərdi yaşayış evinin tikintisi üçün AZNS qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Hazırda həmin torpaq sahəsində hasar çəkilmiş və ev tikdirmək istəyir. Torpaq sahəsini öz adına sənədləşdirmək istəyərkən müəyyən edilmişdir ki, Qaradağ rayon XDS İcrayyə Komitəsinin 26 iyul 1991-ci il tarixli 6/172 saylı qərarına onun adı Seyfan əvəzinə Seyfəli kimi yazılmışdır. Adında olan bu uyğunsuzluğa görə çıxarış ala bilmir. Həmin qərar hüquqmüəyyənedici sənəddir, torpağın sənədləşdirilməsi üçün əsasdır və o bunu başqa yolla təsdiq edə bilmir. Həmin sənəddə olan uyğunsuzluğun düzəldilməsi üçün Qaradağ rayon İcra Hakimiyyətinə müraciət etsə də, düzəliş onlar tərəfindən düzəliş edilməmiş və məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edir. Hazırda sənədlərdə olan bu uyğunsuzluğa görə həmin torpaq sahəsini adına sənədləşdirə bilmir, sənədlərdə olan bu uyğunsuzluğa görə müəyyən problemlər yaranmışdır. Hazırki hüquqi faktın müəyyən edilməsi ona torpaq sahəsinə dair sənədləşdirmə aparmaq üçün lazımdır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi X6 məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi X1 xx.xx.2023-cü il məhkəmə iclasında iştirak edərək, öz izahatında keçmiş sənəd olduğu üçün imtina etdiklərini və ərizənin təmin olunmasına etirazı olmadığını bildirdi. Maraqlı şəxslərə məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan, AA******* nömrəli, FİN xxxxxxx şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Mmilli Arxiv idarsi tərəfindən verilmiş arxiv çıxarışından görünür ki, Qaradağ rayon XDS İcrayyə Komitəsinin 26 iyul 1991-ci il tarixli 6/172№-li qərarına əsasən, Azərbaycan SSR Nazirlər Soveti xx.xx.1982-ci il tarixli “Həyətyanı torpaq sahələrinin nizamlanası” barəsindəki xx.xx.1987-ci il tarixli 301№-li Qətnaməsi və Bakı şəhəri İcraiyyə komitəsinin “Bakı və Bakı ətrafı ərazilərdə fərdi yaşayış evlərinin tikintisinin nizamlanması” barəsindəki xx.xx.1981-ci il tarixli 45/686№-li qərarına müvafiq olaraq Lökbatan qəsəbəsi, 1596-cı keçid, 1 nömrəli ev 7 nömrəli mənzildə yaşayan X2 fərdi yaşayış evinin tikintisi üçün AZNS qəsəbəsindən 600.0 kv.m torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmışdır. Ərizəçi qeyd edilən sərəncamın özünə məxsus olmasının müəyyən edilməsi üçün Qaradağ rayon İcra Hakimiyyətinə müraciət etmiş, Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Müavininin xx.xx.2023-cü il tarixli, 5-13/1-E-7-091/2023 nömrəli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını müəyyən edir. Bununla əlaqədar məhkəmə orqanlarına müraciət etmək ərizəçiyə tövsiyyə edilmişdir. Bundan sonra ərizəçi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, xx.xx.1991-ci il tarixli 6/172 №-li Qaradağ rayon XDS İcraiyyə Komitəsinin Qərarında qeyd edilmiş hüquq sahibinin adı adı ilə (“Seyfəli”) onun şəxsiyyətini təsdiq edən sənnəddə göstərilən adı (“Seyfan”) arasında fərq olduğu aşkar edilmiş, həmin sənəd hüquqmüəyyənedici sənəd olmaqla, sənədin Ərizəçi məxsus olmasının müəyyən edilməsi barədə ərizəçinin müraciətindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən imtina edilmişdir. Göründüyü kimi məhkəmədə tədqiq edilmiş sənədlər əsasında AZNS qəsəbəsində 600.0 m2 torpaq sahəsinə dair xx.xx.1991-ci il tarixli 6/172 №-li Qaradağ rayon XDS İcraiyyə Komitəsinin qərarının Ərizəçi məxsus olması halı öz təsdiqini tapmışdır. Belə ki, ərizəçinin şəxsiyyətini təsdiq edən sənəd, nikah haqqında şəhadətnaməsi, yaşadığı ünvanın (ünvan 1zil 7) dövlət qeydiyyatı barədə çıxarışdan görünür ki, ərizəçinin adı Seyfandır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırkı iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Qaradağ rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 6/172 saylı Qərarının Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Qaradağ rayon XDS İcrayyə Komitəsinin xx.xx.1991-ci il tarixli 6/172 saylı qərarının Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar