Məhkəmə qərarları › İş №2(002)-2823/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2823/2023

21.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2823/2023 21.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Maraqlı şəxs başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair məhkəməyə ərizə verərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Ərizəçi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi X2 mülki işin mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Güründüyü kimi, məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış ərizəçi məhkəmə iclasına gəlməmiş, maraqlı şəxsin nümayəndəsi işin mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.7-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İş üzrə xx.xx.2023-cü il tarixdə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Bakı şəhəri üzrə maliyyə İdarəsi tərəfindən Ərizəçi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. HAKİM KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar