Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-283/2021 17.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili və nümayəndəsi X3 iştirakları ilə İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evindən çıxarılma, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi » tələbi və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul və dəymiş ziyan tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evindən çıxarılma, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi » tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 6A saylı fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi və vurulmuş maddi zərər görə 2800 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, 6A saylı fərdi yaşayış evinə mülkiyyət hüququ oğlu X1 vəfatından sonra vərəsəlik qaydasında ona keçmişdir. Bununla bağlı 30 dekabr 2018-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət mərkəzində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin tələbinə əsasən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib olunmuşdur. Qeyd etmək lazımdır ki, həmin yaşayış evinə bitişik eyni torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi Cavabdeh tərəfindən zəbt olunmuşdur. Belə ki, 2013-cü ilin yay aylarından həmin fərdi yaşayış evi mərhum oğlu Şahin Qurbanov tərəfindən cavabdehə aylıq 200 manat müqabilində kirayəyə verilmişdir. 28 avqust 2018-ci il tarixdə Şahin Qurbanovun vəfatından sonra cavabdeh mənzilə dair kirayə haqqını ödəməkdən yayınmışdır. O, qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etdikdən sonra cavabdehdən aylıq kirayə haqqının ödənilməsini tələb etmişdir. Cavabdeh əvvəlcə maddi imkanının aşağı olmasını bu səbəbdən ona qısa müddət ərzində möhlət verilməsini tələb etdi. Daha sonra cavabdeh aylıq kirayə haqqını ödəmədiyindən fərdi yaşayış evini boşaldaraq ona təhvil verməsini tələb etmişdir. Həmin vaxtdan halhazırki günədək Cavabdeh həmin fərdi yaşayış evini boşaldaraq ona təhvil verməmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi X4 16 noyabr 2020-ci il tarixli məhkəmə hazırlıq məhkəmə iclasında etiraz ərizəsi təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, tərəfindən nə vaxtsa inşa edilmiş Lökbatan qəsəbəsi, 28 May küçəsində m 6 a saylı ev dövlət reyestrindən qeydiyyatdan keçməyən qanunsuz və özbaşına tikilmiş evdir. Özbaşına tikilmiş evin faktiki sahibi Şahin Qurbanov 2013-cü ildə həmin evi Sevda Novruzəli qızı ilə razılaşaraq ona 20 min manata satmışdır. 2016-cı ilin aprel ayına kimi Cavabdeh ona hissə-hissə 5600 manat ödəmiş, 2016-cı il aprel ayının sonunda isə nəfər şahidlərin yanında 14000 manat, yəni ev üçün razılaşdırılmış tam məbləği ödəmişdir. 2016-cı ilin may ayının axırlarında ev sahibi Şahin Qurbanov satdığı evi guya sənədləşdirmək üçün Cavabdeh əlavə olaraq 1000 manat pul almışdır. 2016-cı ilin ayında isə məlum olmuşdur ki, evi satan Şahin Qurbanov onkoloji xəstəlikdən dünyasını dəyişmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə görə mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) vəzifələrin (miras passivi) toplusu daxildir Mübahisəli ev özbaşına sənədsiz tikili olduğun üçün dövlət reystrindən keçmədiyi üçün miras qoyanın həmin əmlakı hər hansı hüququ olmur və bu miras əmlakının siyahisına daxil edilə bilməz.İnzibati və mülki hüquq münajsibatlarmdan irəli gələn münasibətlərin məhkəmə aidiyyatına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il i Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasma diqqət yetirməlidir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 01.02.2021-ci il tarixində ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul və dəymiş ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı 20600 manat pulun, 800 manat evə çəkdiyim xərcin əvəzi və 5000 manat maddi ziyanın, cəmi 26400 (cəmi iyirmi altı min dörd yüz) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsi, 6A saylı fərdi yaşayış evi məhrum X2 məxsus olmuş, mən onunla razılaşaraq evi almışdır. 2014-cü ildə 5600 manat, 2016-cı ilin aprel ayında isə 14000 manat nağd pul vermişdir.Sonradan isə 700 manat Şahinin anası Bənövşəyə, 300 manat isə qardaşına pul vermişdir.İndi ona məlum olubdur ki, Şahin vəfat edəndən sonra anası həmin evi mülkiyyət hüququ əsasında adına rəsmiləşdirmişdir və onun evdən çıxarılmağısını tələb edirlər. Həminevio,pulödəyərəkalmışdır. Onun Şahinə və anasına pul verməyi barədə telefon danışıqlarıolmuşvəbubarədə diskə yazdırmışdır. Həmin diski məhkəməyə sübut kimi təqdim edə bilər. Həmçinin o, yaşadığı müddət ərzində evin damını təmir etdirmiş, damın təmiri üçün 800 manat xərci çıxmışdır.Əgər onun pulu qaytarılarsa evi boşaltmağa razıdır.O, vicdanlı alıçı kimi mübahisəli mənzilə pul verərək almışdır..Lakin həmin vaxt evin sənədləri tam hazır olmadığına görə o, iddiaçının oğluna 19600 manat, iddiaçıya isə 1000 manat pul vermişdır. Uzun müddət onun pulu cavabdehdə qalmaqla ona maddi ziyan dəymişdir. Həmin ziyanı 5000 manat məbləğində dəyərləndirmışdır. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili və nümayəndəsi X4 məhkəmə iclasında ilkin iddianın rədd edilməsini xahiş etmiş, iddiaçının əmlaka subyektiv hüququ olmadığını və cavabdeh tərəfindən evin pulunun tam ödənildiyini bildirmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyə Nazirliyi Bakı şəhəri 3 saylı “ASAN xidmət mərkəzinin” 27 yanvar 2019-cu il tarixli ərizəsindən görünür ki, X1 28 may 2018-ci il tarixdə vəfat etməsi əlaqədar vərəsəsi İddiaçı ərizəsi əsasında tərəflərindən V/k-507/2018 nömrəli vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. İddiaçı vərəsəlik işi əlaqədar ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Çıxarış verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin 20 may 2019-cu il tarixli ərizəsindən görünür ki, İddiaçı öz ərizəsinə fərdi yaşayış evinə və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Aərbaycan Respublikası Prezidentinin 20150ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinin təsdiq edən sənədlərin Siyahısından nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir,Həmçinin fərdi yaşayış evinə idarənin mütəxəssisləri təeəfindən inventarlaşma işlərinin aparilmasına şərait yaradılmamış və bu səbəbdən ərizəsi icrasız qalmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27.08.2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə qəbul etdiyi 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipini rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyil. Belə ki, iddiaçı ilk əvvəl həmin mübahisəli evə subyektiv hüquqlarının olduğunu, yəni mübahisələndirdiyi evin ona məxsus olmasını sübut etməlidir. Həmin halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür, lakin iddiaçı bununla bağlı sübutları məhkəmələrə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Bu səbəbdən iddia təmin edilməməlidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçı mübahisələndirilən mənzilinin mülkiyyət hüququ ilə ona məxsus olmasını və ya onun qanuni sahib olmasını təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Həmçinin iddiaçı mərhum oğlunun yeganə vərəsəsi olması ilə bağlı da məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Bu səbəbdən, hazırki halda ilkin iddia üzrə iddiaçının subyektiv hüququ olmadığından iddia təmin edilməməlidir. Məhkəmə həmçinin ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbini əsassız hesab edərək qeyd edir ki, ziyan tələbi mübahisələndirilən mənzilin boşaldılması tələbindən törəmə tələb olduğundan, və əsas tələb subyektiv hüququn olması səbəbindən əssasız hesab edildiyindən, maddi ziyan tələbi də təmin edilməməlidir. M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı 5 ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin məhkəmə qeyd edir ki qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul və dəymiş ziyan tələbi rədd edilməlidir, beləki qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı tərəfdən pul etsə də, qarşılıqlı iddia tələbini əsaslandıracaq və sübut edəcək hər hansi bir dəlil və faktları təqdim etməmişdir. Bu səbəbdən qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsinin məzmunun aşağıdakılar ehtiva edir: onların mümkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tələb ərizəçi tərəfindən sübuta yetirilmədiyindən, tələbdə qeyd edilən hüquqi əhəmiyyətli faktının mövcud olması sübuta yetirilmədiyindən ərizə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsaslanaraq, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi rədd edilməlidir. İlkin iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu ilkin iddia üzrə İddiaçı, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evindən çıxarılma, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi » tələbi rədd edilsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul və dəymiş ziyan tələbi rədd edilsin. İlkin iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu ilkin iddia üzrə İddiaçı, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-283/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-283/2021
17.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi zi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver