Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1140/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ilkin iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Abşeron rayonu, Masazır kəndi, Süleyman Rüstəm küçəsində yerləşən 0,0095 ha torpaq sahəsi üzərində inşa edilmiş, yaşayış sahəsi 37,3 kv.m, yardımçı sahəsi 14,2 kv.m, ümumi sahəsi 51,5 kv.m olan 29 E saylı fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) 2014-cü ildən İddiaçı mülkiyyətindədir;
3. 2018-ci ildə İddiaçı arvadı X1 notarial qaydada ərizə verərək mübahisəli evin satılmasına etiraz etmədiyini bəyan etmişdir;
4. Iş materiallarında olan ##.##.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 14000 manat məbləğində pul borc vermiş, borc alan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs krediti ##.##.2029-cu il tarixədək borc verən Cavabdeh qaytarmağı öhdəsinə götürmüşdür.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı, cavabdeh Cavabdeh ailə üzvləri və digər şəxslər ilə birlikdə mübahisəli evdən çıxarılmaları və vurulmuş ziyanın əvəzi kimi ##.##.2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən qrafik üzrə ödənilməmiş 15205 manat pulun cavabdeh Cavabdeh tutulub iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli evi 2013-cü ildə tarixli alqısatqı və ipoteka müqaviləsinə əsasən əldə etmişdir. Tərəflər arasında 2019-cu ilin dekabr ayında əldə olunmuş şifahi razılaşmaya əsasən iddiaçı həmin evi gələcəkdə cavabdehə satmağı, cavabdeh isə ev üzrə ipoteka kreditinin aylıq ödənişlərini vaxtında həyata keçirməyi öz üzərinə götürmüşdür. Razılaşma hər hansı yazılı müqavilə ilə rəsmiləşdirilməmişdir. Razılaşmadan sonra cavabdeh ailəsi ilə birlikdə mübahisəli evə köçmüşdür. Tərəflər arasında əldə olunmuş əlavə razılığa əsasən cavabdeh ilkin olaraq iddiaçıya 14.000 manat ödəmiş, həmçinin 2038-ci ilin dekabr ayınadək hər ay 267 manat məbləğində ipoteka ödənişlərini həyata keçirməli, ödənişlər tam başa çatdıqdan sonra isə ev onun adına rəsmiləşdirilməli idi. Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş, aylıq ödənişləri vaxtında və tam şəkildə etməmiş, sonradan isə ümumiyyətlə dayandırmışdır. Belə ki, cavabdeh ##.##.2020-ci il tarixdən ##.##.2024-cü il tarixədək müxtəlif vaxtlarda cəmi 2.150 manat ödəmiş, halbuki həmin dövr ərzində ödənilməli olan məbləğ 17.355 manat təşkil etmişdir. Nəticədə 15.205 manat məbləğində borc yaranmışdır. Həmçinin cavabdehin ödəniş öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçıya maddi zərər dəymiş, həmin zərər aylıq ipoteka ödənişləri üzrə hesablanmaqla 15.205 manat təşkil etmişdir.
7. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli evin satılması müqabilində ondan alınmış 14000 manat, evin kreditinə görə Cavabdeh tərəfindən ödənilmiş 6000 manat, 1020 manat məbləğində əldən çıxmış fayda, 1000 manat məbləğində mənəvi zərərin, 94 manat məhkəmə xərci olmaqla, cəmi 22020 manat məbləğində pulun İddiaçı tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 2019-cu ilin dekabr ayında ailəsi ilə birlikdə kreditlə ev almaq məqsədilə internetdə yerləşdirilmiş elan vasitəsilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə əlaqə saxlamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ona mübahisəli evi göstərmiş, İddiaçı verdiyi baş etibarnaməni və X1 evin satılmasına dair notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsini təqdim etmişdir. Tərəflər evin satış qiymətini təxminən 75.000 manat müəyyən etmiş, ilkin ödəniş kimi 14.000 manatın verilməsi barədə razılığa gəlmişlər. ##.##.2019-cu il tarixdə notariat qaydasında kredit (borc) müqaviləsi bağlanmış, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs evin ipotekada olduğunu və kredit tam ödənildikdən sonra evin Cavabdeh adına rəsmiləşdiriləcəyini bildirmişdir. Bundan sonra Cavabdeh 14.000 manat ödəmiş, evin açarlarını, qaz kartını və ödəniş qrafikini alaraq ailəsi ilə həmin evə köçmüşdür. Cavabdeh qeyd etmişdir ki, 2020-ci ilin iyul ayında hərbi xidmətə getmiş, həmin dövrdə evlə bağlı məsələlərin idarə olunması üçün atası adına etibarnamə verilmişdir. O, hərbi xidmətdən qayıtdıqdan sonra ailəsi ilə birlikdə həmin evdə yaşamağa davam etmişdir. ##.##.2023-cü il tarixdə isə verilmiş etibarnamə əsasında qaz təchizatı ilə bağlı müqavilə bağlamışdır.2024-cü ilin əvvəllərindən etibarən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ondan borc müqaviləsini ləğv etməsini tələb etmiş, razılaşmadığı halda problem yaradacağını bildirmişdir. Sonradan İddiaçı da onunla əlaqə saxlayaraq evin sahibi olduğunu bildirmiş, bu hadisələrdən sonra tərəflər arasında mübahisə yaranmışdır. Cavabdeh İddiaçı əvvəllər tanımamış, onunla hər hansı danışıqları və ya razılaşmaları olmamışdır. İddiaçı ona zəng edərək mübahisəli evin sənəd üzrə sahibi olduğunu bildirmiş, Cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə bağladığı kredit (borc) müqaviləsini ləğv etməsini tələb etmiş, əks halda onu evdən çıxaracağını demişdir. İddiaçı ona qarşı iddia qaldırmaq hüququ yoxdur. Çünki İddiaçı verdiyi etibarnamə əsasında hərəkət edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2019-cu ildə evi ona satmış, ilkin ödəniş kimi 14.000 manat qəbul etmiş, evi faktiki istifadəsinə vermişdir. O, həmin tarixdən etibarən ailəsi ilə birlikdə evdə açıq, fasiləsiz və etirazsız yaşamış, həmçinin ev üzrə kredit ödənişləri etmişdir. Cavabdeh hesab etmişdir ki, İddiaçı və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əlbir olaraq ondan alınmış 14.000 manat və ev üzrə etdiyi təxminən 6.000 manat kredit ödənişini əsassız olaraq saxlamışlar. Buna görə də 14.000 manat ilkin ödənişin, ev üzrə etdiyi 6.000 manat kredit ödənişinin, həmin məbləğlər üzrə hesabladığı 1.020 manat əldən çıxmış faydanın, habelə ona vurulduğunu iddia etdiyi mənəvi zərərin cavabdehlərdən tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı həmçinin göstərmişdir ki, ev alqı-satqısı adı altında ödədiyi vəsaitlərdən məhrum olmuş, həmin vəsaitlərdən sərbəst istifadə etmək imkanını itirmişdir. Onun fikrincə, bu səbəbdən maddi zərərə məruz qalmış, eyni zamanda yaranmış mübahisə nəticəsində mənəvi sarsıntılar keçirmişdir.
9. Iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, mübahisəli ev iddiaçının mülkiyyətindədir. Tərəflər arasında 2019-cu ilin dekabr ayında əldə olunmuş şifahi razılaşmaya əsasən cavabdeh ilkin olaraq 14.000 manat ödəməyi, daha sonra isə ipoteka ödənişlərini aylıq qrafikə uyğun olaraq həyata keçirməyi, kredit tam ödənildikdən sonra evin onun adına rəsmiləşdirilməsini gözləməyi qəbul etmişdir. Razılaşmadan sonra cavabdeh ailəsi ilə birlikdə həmin evə köçərək orada yaşamağa başlamışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, 2020-ci ilin yanvar ayından 2024-cü ilin dekabr ayınadək ödənilməli olan 17.355 manatın yalnız 2.150 manatını ödəmiş, nəticədə 15.205 manat məbləğində borc yaranmışdır. Bu səbəbdən iddiaçı şifahi razılaşmaya xitam verərək evin boşaldılmasını tələb etmişdir. Qarşılıqlı iddiaya münasibətdə isə qeyd edilmişdir ki, cavabdehin ev üzrə 6.000 manat kredit ödəməsi və iddiaçının ondan 20.000 manat vəsaiti qanunsuz əldə etməsi barədə iddiaları sübut olunmamışdır. Onun sözlərinə görə, cavabdeh özü də qarşılıqlı iddiasında ipoteka ödənişlərini vaxtında həyata keçirməli olduğunu etiraf etmişdir. Məhz bu öhdəliyin yerinə yetirilməməsi səbəbindən mülkiyyətçi evin boşaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Nümayəndə həmçinin göstərmişdir ki, iddiaçının evi satmaq niyyəti olmuş və bu məqsədlə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs etibarnamə verilmişdir. Tərəflər arasındakı razılaşmaya uyğun olaraq 14.000 manat məbləğində vəsait iddiaçıya çatdırılmışdır. Bununla belə, cavabdeh razılaşmanın şərtlərinə əməl etmədiyindən qarşılıqlı iddia üzrə tələb olunan 14.000 manatın qaytarılması tələbi ilə razılaşmırlar. Nümayəndə əlavə etmişdir ki, cavabdeh hazırda atası və digər ailə üzvləri ilə birlikdə mübahisəli evdə yaşayır. Mülki qanunvericilik şifahi razılaşmaları qadağan etmir və cavabdeh də belə razılaşmanın mövcudluğunu inkar etmir. Buna görə ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etmişdir. 10.Cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, onlardan əvvəlki vaxtlarda 2013- 2019-cu illərdə ipoteka ödənişləri edilməmişdir və 2013-cü ildən 2019-cu ilə qədər yaranmış borcun onlara aidiyyəti yoxdur. Bundan əlavə, İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi qeyri-müəyyəndir. Belə ki, iddia tələbi digər şəxslərə aid hissədə çıxarılmalıdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs də məhkəmə iclasında etiraf etmişdir ki, o, pulu alıb İddiaçı vermişdir. Ilkin iddia tələbində Cavabdeh evdən çıxarılması hissəsi də əsasızdır. Belə ki, 4429 manat məbləğində pul onlar tərəfindən banka pul ödənilmiş və bu faktı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs də etiraf etmişdir. 11.Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında qeyd etmişdir ki, onunla Cavabdeh arasında * saylı “ASAN xidmət” Mərkəzində 2019-cu ildə borc müqaviləsi bağlanmış və o, 14000 manat məbləğində pulu götürüb İddiaçı vermişdir. Lakin Cavabdeh ev üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı evi satmaq niyyəti olmuşdur. O, Cavabdeh atası ilə danışmışdır ki, ödəniş etsinlər və banka olan borc bağlanılsın.
12. “xxxx” QSC BOKT-un ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “xxxx” ASC-dən “xxxx” QSC-yə ötürülmüş və QSC-nin Bakı filialının idarəetməsində olan borclu İddiaçı ipoteka krediti üzrə “xxxx” QSC-yə ##.##.2019-cu il tarixdən ##.##.2024-cü il tarixə cəmi ödənilən məbləğ 4694 manat olmuşdur. O cümlədən qeyd olunan kredit borcu üzrə ##.##.2020-ci ildən ##.##.2024-cü il tarixədək olan ödənişin məbləği cəmi 4429 manat təşkil etmiş, bu məbləğin 2150 manatı əsas borca, 2279 manatı isə onun faiz borcuna silinmişdir. 2025-ci ildə ödəniş olmamışdır (iş materialları, vərəq 133). 13.Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh mübahisəli evdən çıxarılması, Cavabdeh İddiaçı və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı mübahisəli evin ona satılması müqabilində ondan alınmış 14000 manat məbləğində pulun əvəzinin, satılmış evin kreditinə görə ödənilmiş 6000 manat məbləğində pulun əvəzinin, 1020 manat məbləğində əldən çıxmış faydanın əvəzinin, 1000 manat məbləğində mənəvi zərərin əvəzinin, məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 94 manat dövlət rüsumunun əvəzinin, cəmi 22020 manat məbləğində pulun əvəzinin İddiaçı tutulub ona ödənilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilməsi qərara alınmışdır (hakim: E.Məmmədov). 14.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında 2019-cu ilin dekabr ayında olan şifahi sövdələşməyə əsasən İddiaçı evin Cavabdeh gələcəkdə satılması, cavabdeh isə öz növbəsində mənzilin ipotekası ilə bağlı aylıq ödənişləri hər ay vaxtı vaxtında ödəməsi barədə razılığa gəlmiş və həmin münasibətlər müqavilə ilə rəsmiləşdirilməmişdir. Tərəflər arasında əldə edilmiş razılıqdan sonra, yəni 2019-cu ilin dekabr ayında Cavabdeh ailəsi ilə birlikdə həmin evə köçmüşdür və hazırki vaxtadək orada yaşayır. Lakin Cavabdeh şifahi razılıq əsasında üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və heç bir hüquqi əsas olmadan, qanunsuz şəkildə İddiaçı mülkiyyətində olan evdə yaşamağa davam etmişdir. Beləliklə, ilkin iddia üzrə cavabdeh Cavabdeh ilkin iddia üzrə iddiaçı İddiaçı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarına hörmətlə yanaşmamış və evi mülkiyyətçiyə təhvil verməkdən imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur. Həmçinin ilkin iddia tələbinin vurulmuş ziyanın əvəzi kimi ##.##.2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən qrafik üzrə ödənilməmiş 15205 manat pulun Cavabdeh tutulub İddiaçı ödənilməsi hissəsində məhkəmə qeyd edir ki, İddiaçı ipoteka krediti üzrə “xxxx” QSC-yə ödəməli olduğu qalan 15205 manat borcu Cavabdeh tələb etməsinin heç bir hüquqi əsası olmadığından ilkin iddia tələbi bu hissədə rədd edilməlidir. 15.Eyni zamanda, qarşılıqlı iddia tələbinin mübahisəli evin satılması müqabilində alınmış 14000 manat məbləğində pulun əvəzinin İddiaçı tutulub Cavabdeh ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Cavabdeh ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında 2019-cu ildə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 14000 manat məbləğində pul borc vermiş, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs krediti ##.##.2029-cu il tarixədək Cavabdeh qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi Cavabdeh kredit müqaviləsinə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs borc olaraq verdiyi 14000 manat məbləğində pul vəsaitini İddiaçı tələb etməkdə haqlı olmamış, sözügedən müqaviləyə görə ödədiyi pulu müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əvəzinə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tələb etmişdir. 16.Cavabdeh tərəf mübahisə predmeti olan fərdi yaşayış evində yaşadığı vaxtdan, yəni 2019-cu ilin dekabr ayından etibarən İddiaçı ipoteka krediti üzrə ödənişlər etdiyini bildirmiş, bununla da qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı heç bir hüquqi əsas olmadan onun hesabına əsassız varlandığını iddia etsə də məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı borcu üzrə ödəniş etməklə yanaşı heç bir hüquqi əsas olmadan 5 il müddətində qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətində olan evdə yaşamış və evdən əvəzsiz olaraq istifadə etmişdir. Həmçinin qarşılıqlı iddianın bu hissəsinə münasibətdə əsassız varlanma halı müəyyən edilmədiyindən iddia tələbi bu hissədə də təmin edilməməlidir. 17.Cavabdeh ona 1020 manat məbləğində əldən çıxmış faydanın əvəzi və 1000 manat məbləğində mənəvi zərərin ödənilməsi tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ona 1020 manat məbləğində maddi ziyan və 1000 manat məbləğində mənəvi ziyan dəydiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında qarşılıqlı iddianın mənəvi ziyan hissəsi də əsaslandırılmamış, qarşılıqlı iddia üzrə iddiaçının mənəvi sarsıntı keçirməsinə, iztirablara məruz qalmasına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. 18.Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Konstitusiyanın 13, 29-cu, Mülki Məcəllənin 21, 152, 157, 158.4, 159, 163.1, 449, 449.2, 1091, 1092, 1096.1, 1096.2, 1097ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. Cavabdeh apellyasiya şikayəti vermiş, qarşılıqlı iddia tələbinin təmin edilməsi və İddiaçı 22020 manat pulun əvəzinin tutulub ona qaytarılmaqla evdən çıxarılması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları tam araşdırmamış, sübutları düzgün qiymətləndirməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Onun fikrincə, evin alqı-satqısı adı altında ondan 14000 manat alınması, ev üzrə kredit ödənişləri etməsi, 1020 manat məbləğində əldən çıxmış faydaya və mənəvi zərərə məruz qalması lazımi qaydada qiymətləndirilməmişdir.
21. İddiaçı da apellyasiya şikayəti vermiş, qətnamənin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli faktiki halları tam və hərtərəfli araşdırmamış, tərəflər arasında ipoteka ödənişləri ilə bağlı şifahi razılaşmanın mövcudluğunu nəzərə almamışdır. Cavabdehin bu barədə izahatı sübut kimi qiymətləndirilməmiş, yalnız yazılı sübutların olmaması əsas götürülərək iddia rədd edilmişdir. Şikayətdə göstərilmişdir ki, məhkəmə müqavilə öhdəliklərinin mahiyyətini və hüquqi əsasını müəyyən etməmiş, müvafiq maddi hüquq normalarını tətbiq etməmişdir. Eyni zamanda, qətnamədə şifahi müqavilənin mövcudluğu qəbul edilsə də, nəticə hissəsində bu faktla ziddiyyət təşkil edən nəticəyə gəlinmişdir. Apellyasiya şikayətinə görə, Mülki Məcəllənin 385, 386, 389 və 390-cı maddələrinə əsasən şifahi müqavilə də öhdəlik yaradır və bu halda cavabdehin öhdəlik daşıması nəzərə alınmalı idi. Lakin məhkəmə yalnız müqavilənin yazılı formada olmamasına istinad edərək iddianı rədd etmişdir.
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə, iddiaçının şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddiaya aid hissədə qismən - İddiaçı 14000 manatın və kredit üzrə ödənilmiş 4429 manatın alınaraq Cavabdeh ödənilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılaraq İddiaçı 14000 manat və kredit üzrə ödənilmiş 4429 manat, cəmi 18429 manatln alınaraq Cavabdeh ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər F.Məmmədov - sədrlik edən və məruzəçi, M.Rzayev və S.Qafari).
24. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, mübahisəli ev 2014-cü ildən İddiaçı xüsusi mülkiyyətindədir. Onun, ipoteka krediti əsasında aldığı mübahisəli həmin fərdi yaşayış evini satmaq niyyəti olmuş, bu səbəbdən onun tərəfindən iş üzrə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs etibarnamə verilmişdir. Iş üzrə tərəflər arasında 2019-cu ilin dekabr ayında olan şifahi sövdələşməyə əsasən iddiaçı İddiaçı mübahisəli evin cavabdeh Cavabdeh gələcəkdə satılması, cavabdeh isə öz növbəsində mənzilin ipotekası ilə bağlı aylıq ödənişləri hər ay vaxtı vaxtında ödəməsi barədə razılığa gəlmiş və həmin münasibətlər yazılı müqavilə ilə rəsmiləşdirilməmişdir. Bu məqsədlə yalnız cavabdeh Cavabdeh ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında ##.##.2019-cu il tarixdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlanmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 14000 manat məbləğində pulu iddiaçıya vermişdir. Tərəflər arasında əldə edilmiş razılıqdan sonra Cavabdeh ailəsi ilə birlikdə həmin evə köçmüşdür. Hazırda cavabdeh ipoteka krediti üzrə ödənişləri etmədiyi üçün iddiaçı İddiaçı mövcud tələblə məhkəməyə müraciət etmişdir. Bundan başqa, məhkəmə iclasında iştirak etmiş ilk iddia üzrə iddiaçının nümayəndəsi həmin 14000 manat məbləğində pulun Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən iddiaçı İddiaçı verildiyini etiraf etmişdir.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı ipoteka krediti üzrə “xxxx” QSC-yə ödəməli olduğu qalan 15205 manat borcu Cavabdeh tələb etməsinin hüquqi əsası olmadığından birinci instansiya məhkəməsinin ilkin iddia tələbinin bu hissədə rədd edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, ilk iddia üzrə iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir, həmin ipoteka krediti müqaviləsi üzrə öhdəliklərə görə məsuliyyət onun özünə aiddir. Cavabdehlə aralarındakı yuxarıda göstərilən razılaşma isə əhəmiyyətsizdir.
26. Odur ki, mübahisəli evin mülkiyyətçisi olan iddiaçının cavabdeh Cavabdeh mübahisəli fərdi yaşayış evindən çıxarılması, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh fərdi yaşayış evinin ona satılması müqabilində ondan alınmış 14000 manat məbləğində pulun və satılmış evin kreditinə görə ödənilmiş 4429 manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutulub ona ödənilməsi barədə hissələrdə iddia tələbləri əsaslı olmuşdur. Lakin birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini həmin hissədə təmin etməməklə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Belə ki, hər iki tərəf aralarında olan razılaşmanın əhəmiyyətsiz olduğunu bilirdilər, həm iddiaçı mübahisəli evə görə aldığı 14000 manat pulu və onun əvəzinə edilmiş 4429 manat kredit ödənişlərini cavabdehə, həm də cavabdeh hüquqi əsas olmadan əldə etdiyi mübahisəli evi iddiaçıya qaytarmalıdır. Kollegiya qeyd etmişdir ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından
27. asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız əqd olduğundan, iddiaçının mövcud tələbi əsassızdır. Odur ki, bu hissədə birinci instansiya məhkəməsinin işin mahiyyəti üzrə gəldiyi nəticə düzgün olmuşdur.
28. Kollegiya qarşılıqlı iddia tələbinin – mübahisəli evin kreditinə görə ödənilmiş 1571 (6000-4429) manat məbləğində pulun əvəzinin, 1020 manat məbləğində əldən çıxmış faydanın əvəzinin qarşılıqlı iddia üzrə cavabdehdən tutulması hissəsində təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı bu tələbinin əsaslılığını təşkil edən mötəbər sübut növünü məhkəməyə təqdim etməmiş və göstərilənlər işin araşdırılmış halları ilə məhkəmə iclasında müəyyən edilməmişdir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı mənəvi zərərin ödənilməsi tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. O cümlədən, mənəvi sarsıntı keçirməsinə, iztirablara məruz qalmasına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. Əksinə, hər iki tərəfə aralarındakı şifahi razılaşmanın bağlandığı andan əhəmiyyətsiz əqd olduğu bəlli olmuşdur.
29. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 21, 152, 157, 337, 351, 1091, 1092ci, Mülki Prosessual Məcəllənin 14, 77, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
30. Iddiaçı İddiaçı (vəkil: X3) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – “Cavabdeh apellyasiya şikayətinin qismən təmin olunaraq İddiaçı 14000 manat və kredit üzrə ödənilmiş 4429 manat, cəmi 18429 manatın alınaraq Cavabdeh ödənilməsi hissəsində ləğv edilməsi, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, yəni cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 15205 manat məbləğində pulun tutulması ilə bağlı iddianın təmin edilməməsi hissəsində” ləğv edilməsi və həmin hissələrdə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edəsiniz.
31. Şikayətin dəlilləri belə olmuşdur: Məhkəmə tərəflər arasında mövcud olan hüquq münasibətlərini yanlış olaraq alqı-satqı müqaviləsi kimi qiymətləndirmişdir. Halbuki, tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən Cavabdeh ilkin ödəniş etməyi və əmlak üzərində mövcud olan ipoteka öhdəliklərini mərhələli qaydada icra etməyi, İddiaçı isə həmin ödənişlər tam başa çatdıqdan sonra daşınmaz əmlakı onun adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Bu hal tərəflər arasında dərhal mülkiyyət hüququnun keçməsinə yönəlmiş alqısatqı müqaviləsinin deyil, gələcəkdə əsas müqavilənin bağlanmasına yönəlmiş ilkin müqavilənin mövcud olduğunu göstərir. Buna baxmayaraq işə baxan apellyasiya məhkəməsi mübahisənin düzgün həll edilməsi üçün Mülki Məcəllənin 402-ci maddəsini yanlış hüquqi kvalifikasiya etmiş və maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Məhkəmə Mülki Məcəllənin 337.5, 1091 və 1092-ci maddələrini düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə etibarsız əqdin nəticəsi kimi 14.000 manat pul vəsaitinin İddiaçı alınaraq Cavabdeh qaytarılması barədə nəticəyə gəlmişdir. Lakin iş materiallarından görünür ki, həmin pul vəsaiti birbaşa İddiaçı deyil, üçüncü şəxs Röyala verilmiş, bu münasibət isə Cavabdeh ilə Röyal arasında bağlanmış ayrıca borc müqaviləsi ilə rəsmiləşdirilmişdir. Məhkəmə bu hüquqi münasibəti nəzərə almadan restitusiya tətbiq etmişdir. Nəticədə Cavabdeh eyni məbləğ üzrə həm İddiaçı məhkəmə qərarı əsasında, həm də Röyaldan borc müqaviləsi əsasında tələb hüququ əldə etmiş olur ki, bu da restitusiya institutunun mahiyyətinə və əsassız varlanmanın qarşısının alınması prinsipinə ziddir. Məhkəmə 15.205 manat məbləğində zərərin tutulması ilə bağlı tələbi yalnız tərəflər arasındakı əqdin etibarsız olması əsası ilə rədd etmişdir. Halbuki iş üzrə müəyyən olunmuş hallardan görünür ki, Cavabdeh təxminən 5 il ərzində İddiaçı məxsus daşınmaz əmlakda yaşamış, bunun müqabilində kredit ödənişlərini həyata keçirməyi öhdəsinə götürmüşdür. Məhkəmənin özü tərəfindən də müəyyən edilmişdir ki, cavabdeh həmin öhdəliyi tam icra etməmişdir. Belə olan halda tərəflər arasında ən azı şifahi müqavilə münasibətlərinin mövcudluğu, cavabdehin öhdəliyi pozması, iddiaçıya zərər vurulması və əldən çıxmış faydanın yaranması məsələləri ayrıca araşdırılmalı idi. Məhkəmə isə zərərin mövcudluğuna, səbəb əlaqəsinə və cavabdehin məsuliyyətinə hüquqi qiymət vermədən iddianı rədd etmişdir ki, bu da Mülki Məcəllənin 21, 385, 389, 442 və 443-cü maddələrinin tələblərinə ziddir. Məhkəmə işin düzgün həlli üçün əhəmiyyətli olan sübutları tam və hərtərəfli araşdırmamışdır. Xüsusilə Cavabdeh ilə Röyal arasında bağlanmış borc müqaviləsi, pul vəsaitinin faktiki hərəkəti, tərəflər arasındakı şifahi razılaşmanın məzmunu və cavabdehin üzərinə götürdüyü öhdəliklər məhkəmə tərəfindən lazımi qaydada qiymətləndirilməmişdir. Bununla məhkəmə MPM-in 14, 76, 77, 80 və 88-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə 15.205 manat məbləğində zərərin ödənilməsi barədə müstəqil iddia tələbinə ayrıca hüquqi qiymət verməmişdir. Həmin tələb yalnız əqdin etibarsızlığı ilə əlaqələndirilərək rədd edilmiş, lakin zərərin mövcudluğu, səbəb əlaqəsi, cavabdehin davranışı və məsuliyyəti məsələləri üzrə hər hansı hüquqi təhlil aparılmamışdır. Eyni zamanda həmin tələb üzrə təqdim olunmuş sübutların niyə qəbul edilmədiyi və ya rədd edildiyi qətnamədə əsaslandırılmamışdır. Bu isə MPM-in 218.3 və 220.4-cü maddələrinin tələblərinin pozulması olmaqla qətnamənin həmin hissədə qanunsuz və əsassız olduğunu göstərir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Cavabdeh T.Y.Bəşirli kassasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq, şikayətin əsassız olduğu üçün təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
34. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından
36. asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
37. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
38. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
39. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
40. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, tərəflər arasında 2019-cu ildə evin gələcəkdə Cavabdeh satılması və onun ipoteka ödənişlərini həyata keçirməsi barədə şifahi razılaşma əldə edilsə də, bu razılaşma qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməmişdir. Odur ki, bu əhəmiyyətsiz (etibarsız) əqd hesab edilməlidir. Ipoteka krediti üzrə “xxxx” QSC qarşısında öhdəliklər evin mülkiyyətçisi olan İddiaçı məxsus olduğundan həmin borcun qalan hissəsinin Cavabdeh tələb olunması üçün hüquqi əsas yoxdur. O da qeyd olunmuşdur ki, əhəmiyyətsiz əqd üzrə tərəflər aldıqlarını qarşılıqlı qaydada geri qaytarmalı olduğundan, evin satılması məqsədilə alınmış 14.000 manat və ipoteka krediti üzrə ödənilmiş 4.429 manatın İddiaçı tutularaq Cavabdeh qaytarılmalıdır.
50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
51. Belə ki, Mülki Məcəllənin 329.1, 337.4 və 337.5-ci maddələrinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
52. Kassasiya şikayətinin “Cavabdeh təxminən 5 il ərzində İddiaçı məxsus daşınmaz əmlakda yaşamış olması” ilə bağlı dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, İddiaçı həmin faktla bağlı ayrıca iddia qaldırmaq hüququ istisna edilmir.
53. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
55. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.